Fındığan
Fındığan – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Fındığan kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fındığan kənd Soveti yaradılmışdır.
== Toponimikası ==
Oykonim fındıq (meyvə ağacı) və -an (cəmlik, çoxluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "fındıq ağacları cox olan yer, fındıqlıq" deməkdir.
== Coğrafiyası və iqlimi ==
Kənd Ataçayın sahilində, dağətəyi ərazidə yerləşir.