* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Öz oxu ətrafında dairəvi hərəkət etmək, dolanmaq, hərlənmək, dövr etmək. [Qüdrət:] Baxıram, təkərlər fırlanır, motorlar işləyir, hər şey hərəkət edir. C.Cabbarlı. Dəyirman pərləri elə fırlanır ki, görmək olmur. Mir Cəlal. 2. Bir şeyin ətrafına dolanmaq, hərlənmək, o yan-bu yanına keçmək. Evin ətrafına fırlanmaq. – …Qənbərli dönüb motorun dövrəsinə fırlandı. S.Rəhimov. 3. Rəqs zamanı dönmək, dolanmaq, hərlənmək. Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar kimi göründü. S.S.Axundov. Vals oynayan oğlan və qızlar bir-iki-üç, bir-iki-üç sayı ilə fırlanırlar. Ə.Bədəlbəyli. 4. Konkret bir məqsədi olmadan gəzmək; gəzişmək, gəzinmək. Parkda fırlanmaq. – [Qurban:] Heç, elə bazara çıxdım, bir az fırlandım, qayıtdım. Ə.Haqverdiyev. Anası [Tahirin] çox o yan-bu yana fırlandığını hiss edib, xəmirdən əllərini çıxarmayaraq arxaya sarı boylandı… M.Hüseyn. 5. Kiçik bir yerdə ora-bura hərəkət etmək; gedib-gəlmək, gəzinmək, gəzişmək. Gənc bir doktor daima [Yaqutun] başı yanında fırlanırdı. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / fırlanmaq1 Güman ki, əylənmək, hərlənmək, fırlanmaq sözləri tarixi baxımdan qohum olub və hamısı sinonim mənaya malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / fırlanmaq1 1. FIRLANMAQ (müxtəlif mənalarda) [Pərviz:] ..cücələr pəncərə qabağına sıçrayır, yeşiyin ətrafında fırlanır.. (M.İbrahimov); AYLANMAQ Rüstəm bəy: Haradasan, oğul, belimi sındıran oğul? Yaraların yadıma düşəndə dünyavü-aləm başıma aylanır, bədənim od tutub yanır, başımdan tüstü çıxır... (N.Vəzirov); DOLANMAQ Qurbanəli bəy bir stəkan içib genə başladı fırlanmağa, genə başladı dolanmağa (C.Məmmədquluzadə); HƏRLƏNMƏK Qoca ağacın dövrəsində hərlənib gövdəsinə yanaşdı.. (M.Rzaquluzadə). 2. fırlanmaq bax 1. gəzinmək 1; 2. gəzişmək I
Azərbaycan dilinin sinonimlər lüğəti / fırlanmaq2 глаг. крутиться, вертеться, вращаться, кружиться. Oxun ətrafında fırlanmaq вращаться вокруг оси, Günəşin ətrafında fırlanmaq вращаться вокруг Солнца, çarx fırlanır колесо вращается, karusel fırlanır карусель вращается ◊ başı fırlanır kimin голова кружится у кого, чья; dünya başıma fırlandı голова у меня закружилась (мне стало плохо); beynimdə fırlanır вертится в моей голове, у меня на уме; fırfıra kimi fırlanmaq вертеться волчком
Azərbaycanca-rusca lüğət / fırlanmaq1 f. to rotate, to revolve (round, around), to turn (over), to whirl; to spin; Yer həm öz oxu ətrafında, həm də günəş ətrafında fırlanır The Earth revolves round the Sun and rotates on its own axis
Azərbaycanca-ingiliscə lüğət / fırlanmaq1 гл. 1. элкъуьн (мес. чарх вичин гигинал); чарх ягъун (мес. кӀвалелай); 2. элкъведай гьерекатар авун, звер гун, элкъуьн (мес. кьуьлдамаз); 3. са макьсадни авачиз къекъуьн, экъуьн, къекъуьнар авун (мес. паркуна).
Azərbaycanca-ləzgicə lüğəti / fırlanmaq