fırıldağı sözü azərbaycan dilində

fırıldağı

Yazılış

  • fırıldağı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ay fırıldağı
Ay fırıldağı — Bir qrup insan tərəfindən irəli sürülmüş bir iddiadır. Apollon Layihəsi ilə insanlığın Aya ayaq basmadığını, əslində bütün layihənin bir yalandan ibarət olduğu iddiaları ictimaiyyət də əhəmiyyətli dərəcədə tərəfdar toplamışdır. Bu iddialar tarixçilər və kosmik araşdırmaçıları tərəfindən qəbul edilmir və bu əsilsiz iddianı təsdiq edən çoxlu sayda elmi dəlillər mövcud olduğu üçün bu fakt, elmi ictimaiyyətdə şübhə doğurmur. Ay fırıldağı iddialarının ABŞ əleyhdarı olan ölkələr, toplumlar və şəxslər ilə yaxından əlaqəsi vardır. Çünki Apollon Layihəsi, Soyuq Müharibə illərində ABŞ ilə SSRİ-nin girişdiyi Kosmik yarışın bir parçası idi və ABŞ-nin qələbəsi ilə nəticələnmişdi. Xüsusilə siyasi olaraq müxalif və ABŞ xaricindəki milliyyətçi iqtidara meylli kəslər, Apollon Layihəsini ABŞ-nin qlobal təhkiminin bir simvolu olaraq görməkdədir. Bu kəslərin ABŞ əleyhdarı duyğuları, Aya insanın getməsi fikrinin gətirdiyi qeyri-mümkünlük hissiylə birləşincə Ay fırıldağı inancına səbəb olmuşdur. Ay enişlərinin saxtakarlıq olduğunu müdafiə edənlər, bu iddialarını müxtəlif konkret dəlillərlə dəstəkləməyə çalışır. Ancaq indiyə qədər iddiaların etibarlılığının qəti bir dəlili ortaya qoyulmamışdır. 2000-ci illərin sonlarından bu yana, Apollon proqramının Ay üzərindəki izləri LROC kosmik gəmisi tərəfindən yüksək keyfiyyətli fotoşəkillərlə göstərilmişdir.
Nigeriya fırıldağı
Nigeriya fırıldağı (Nigerian scam)- elektron poçtla kütləvi göndərişlərin (spamların) meydana çıxması ilə geniş inkişaf edən fırıldaqçılıq növü. Məktubların belə adlandırılmasına səbəb, bu növ fırıldaqçılığın Nigeriyada xüsusilə, həm də İnternetin geniş yayılmasından öncə adi poçtla yayılması olub. Ancaq Nigeriya fırıldağı başqa Afrika ölkələrindən, eləcə də Nigeriya diasporunun böyük olduğu şəhərlərdən də (London, Amsterdam, Madrid, Dubay kimi) gəlir. Məktubların kütləvi göndərilməsi 1980-ci illərin ortasında başlanıb. 2005-ci ildə nigeriyalı spamerlərə ədəbiyyat üzrə Anti-nobel (Ig Nobel) mükafatı təsis edilib. Belə məktublarda məktubu alanın böyük məbləğdə pul əldə etmək imkanının olduğu və bu işdə məktub göndərənin ona yardım edə biləcəyi bildirilir. Sonra məktub göndərən, guya sənədləşmə və ya bank hesabı açmaq üçün onun hesabına azacıq pul göndərilməsini xahiş edir. Fırıldaqçıların əsas məqsədi də məhz bu məbləği qoparmaqdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

"fırıldağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fırıldağı nədir? #fırıldağı sözünün mənası #fırıldağı nə deməkdir? #fırıldağı sözünün izahı #fırıldağı sözünün yazılışı #fırıldağı necə yazılır? #fırıldağı sözünün düzgün yazılışı #fırıldağı leksik mənası #fırıldağı sözünün sinonimi #fırıldağı sözünün yaxın mənalı sözlər #fırıldağı sözünün əks mənası #fırıldağı sözünün etimologiyası #fırıldağı sözünün orfoqrafiyası #fırıldağı rusca #fırıldağı inglisça #fırıldağı fransızca #fırıldağı sözünün istifadəsi #sözlük