fəaliyyətin sözü azərbaycan dilində

fəaliyyətin

Yazılış

  • fəaliyyətin • 96.8861%
  • Fəaliyyətin • 3.1139%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xarici iqtisadi fəaliyyətin auditi
Xarici iqtisadi fəaliyyətin auditi təsərrüfat subyektinin xarici iqtisadi fəaliyyəti ilə bağlı təsərrüfat əməliyyatlarının həyata keçirilməsinin qanuniliyinin və düzgünlüyünün yoxlanılması, onların sənədləşdirilməsi və mühasibat uçotuna qəbul edilməsi. Xarici iqtisadi fəaliyyətin auditi maliyyə nəzarəti tədbirinin tərkib hissəsi kimi (məsələn, sənədli audit) və ya ayrıca audit kimi həyata keçirilə bilər. == Ümumi xüsusiyyətləri == Azərbaycan Respublikasının milli mühasibat uçotu standartlarının tələblərinə uyğun olaraq, xarici iqtisadi fəaliyyətin uçotu ayrıca aparılmalıdır. Bunun üçün təsərrüfat subyektinin mühasibat uçotu hesabları üzrə uçot siyasətində xarici iqtisadi əməliyyatların uçotu üçün ayrıca subhesablar nəzərdə tutulmalıdır. Eyni zamanda, sintetik uçot manatla aparılır və göstərilən subhesablar üzrə analitik uçot eyni vaxtda xarici valyutada və Mərkəzi Bankın əməliyyat tarixinə məzənnəsi ilə manatla aparılır. == İxrac əməliyyatlarının yoxlanılması == İxrac əməliyyatlarını (alıcının xarici hüquqi şəxs olduğu alqı-satqı əməliyyatları) yoxlayarkən aşağıdakılara nəzarət etmək məqsədəuyğundur: İxrac mallarının maya dəyəri üçün xərclərin silinməsinin düzgünlüyü və əsaslılığı. Qaimə məsrəflərinin bölüşdürülməsinə xüsusi diqqət yetirilməlidir. İxrac qaimə məsrəflərinə (qaimə məsrəflərinin ümumi konsepsiyasından fərqli olaraq) ixrac olunan malların satışı ilə birbaşa bağlı olan məsrəflər daxil edilməlidir: nəqliyyat xərcləri, yükləmə/boşaltma, ixrac mallarının saxlanması, gömrük rüsumları, vasitəçilərə komissiya.Bu, əhəmiyyətlidir, çünki ixrac məhsullarının satışından əldə edilən maliyyə nəticəsi ayrıca hesablanır.Yekun maliyyə nəticəsinin hesablanmasının düzgünlüyü. Gəliri hesablayarkən, gəlirin tanınma tarixinə, yəni müqaviləyə uyğun olaraq mülkiyyət hüququnun verildiyi andakı məzənnədən istifadə etməlisiniz. Göndərilən malların analitik uçotunun aparılması.
"Diaspor fəaliyyətində xidmətə görə" medalı
"Diaspor fəaliyyətində xidmətə görə" medalı – Azərbaycan Respublikasının dövlət təltifi. == Təltif edilən şəxslər == "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfələrə və Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə təltif edilirlər. == Təltif edən orqan == "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının prezidenti təltif edir. == Taxılma qaydası == "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. === Medalın ön tərəfi === Səkkizguşəli ulduzun üzərində konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhə üfüqi istiqamətdə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun mina ilə örtülmüşdür. Dairənin mərkəzində mina üzərində yer kürəsini əks etdirən meridian və paralellər təsvir olunmuşdur. Yer kürəsinin aşağı hissəsində dəfnə budağı həkk edilmişdir. Bütün elementlər relyefli olaraq qabarıqdır.
Azərbaycanda fəaliyyətini dayandırmış aviaşirkətlərin siyahısı
Bu Azərbaycanda fəaliyyətini dayandırmış aviaşirkətlərin siyahısıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 45.35 dəfə / 1 mln.
2002 ••••••• 20.56
2003 ••••••••• 28.74
2004 •••••••••••••••• 51.88
2005 ••••••••• 26.99
2006 •••••••••••• 38.07
2007 •••••••••••••• 44.40
2008 •••••••••••••• 45.07
2009 •••••••••••••• 43.52
2010 •••••••••••• 38.31
2011 •••••••••••• 36.89
2012 ••••••••••••• 40.70
2013 •••••• 16.92
2014 ••••••••••••• 41.70
2015 ••••••••••••••••• 53.25
2016 ••••••••••••••••• 55.19
2017 •••••••••••••••••••• 66.01
2018 ••••••••••••••••••• 61.13
2019 •••••••••••••••••• 58.83
2020 ••••••••••••••••••• 61.40

"fəaliyyətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəaliyyətin nədir? #fəaliyyətin sözünün mənası #fəaliyyətin nə deməkdir? #fəaliyyətin sözünün izahı #fəaliyyətin sözünün yazılışı #fəaliyyətin necə yazılır? #fəaliyyətin sözünün düzgün yazılışı #fəaliyyətin leksik mənası #fəaliyyətin sözünün sinonimi #fəaliyyətin sözünün yaxın mənalı sözlər #fəaliyyətin sözünün əks mənası #fəaliyyətin sözünün etimologiyası #fəaliyyətin sözünün orfoqrafiyası #fəaliyyətin rusca #fəaliyyətin inglisça #fəaliyyətin fransızca #fəaliyyətin sözünün istifadəsi #sözlük