* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••• | 17.13 |
2003 | •••••••• | 26.77 |
2004 | •••••••••• | 34.70 |
2005 | ••••••••• | 31.04 |
2006 | •••••• | 20.27 |
2007 | •••• | 13.74 |
2008 | ••••• | 17.54 |
2009 | ••••• | 17.28 |
2010 | •••••••••••••••••••• | 75.98 |
2011 | ••••••••••••••• | 53.53 |
2012 | ••••••••• | 32.53 |
2013 | ••••••• | 26.11 |
2014 | ••••• | 15.27 |
2015 | •••• | 14.80 |
2016 | ••••• | 15.97 |
2017 | ••••• | 16.75 |
2018 | ••••• | 15.28 |
2019 | •••• | 14.33 |
2020 | ••••• | 17.11 |
1 is. [ər.] Böyük bəla, müsibət, afət, bədbəxtlik. Müharibənin törətdiyi fəlakətlər. – [Nüşabə:] Bir qığılcım böyüyüb yanğın olar; Bir xəta qanlı fəlakət doğurar. A.Şaiq. [Qəmər Gülsabaha:] Sən mənim fəlakətimə gülürsən? C.Cabbarlı. // Avariya, qəza, bədbəxt hadisə. Təbii fəlakət. – Kamilgilin gəmisi “Şəfəq” Şeytanşəhərdə fəlakətə düşübdür. M.Süleymanov.
Azərbaycan dilinin izahlı lüğəti / fəlakət2 FƏLAKƏT (bədbəxt hadisə) [Əbülhəsən bəy:] Başına bir fəlakət gəlməmişdi ki (M.S.Ordubadi); ACILIQ (məc.) O, Alo ilə qabaq-qabağa oturub demi sümürdükləri halda bir-birinin üzünə baxarkən, bu acılıqların hamısı onların sifətlərində ifadə olunurdu (S.Rəhimov); AFƏT (köhn.) ...əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkini-tikininə bir yandan bir afət və bir bəla toxunmaya (C.Məmmədquluzadə); BƏDBƏXTLİK ...İndi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm (M.S.Ordubadi); BƏLA Bir qətrə mübarək barmağının qanından çörəyə sürtüb naxoşa yedirdir; həmin saat bəla ondan rəf olur (Ə.Haqverdiyev); FACİƏ İki gün sonra məni daha artıq çaşdıran faciəyə son qoyan bir hadisə vaqe oldu (M.İbrahimov); XATA-BALA (dan.) Bayram: Tarverdi axmaqdır, bu sözlərin hamısına inanacaq, sarsaqlıq edib özün salacaq xata-balaya (M.F.Axundzadə); QİYAMƏT (məc.) Qiyamət olacaq olsun, imam gələcək gəlsin, daha camaatın qabağını kəsməyin... (M.İbrahimov); QOVĞA (köhn.) İnci: Hökmran qovğaya bais olmaram, alsın məni; Doğrasın ellər yolunda, zindana salsın məni (A.Şaiq); MÜSİBƏT Fəxrəddin bəy: Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid beyin ölümü atasını, qardaşını yandırır (N.Vəzirov).
Azərbaycan dilinin sinonimlər lüğəti / fəlakət1 FƏLAKƏT – SƏADƏT O, ailə həyatını gah səadət, gah da fəlakət törədici bir şəkildə görürdü (M.S.Ordubadi).
Azərbaycan dilinin antonimlər lüğəti / fəlakət2 сущ. 1. бедствие (большое несчастье с тяжелыми, часто гибельными последствиями). Təbii fəlakət стихийное бедствие, fəlakət illərində в годы бедствий, müharibənin fəlakətləri бедствия войны 2. несчастье. Fəlakət baş verdi произошло (случилось) несчастье, bu ki fəlakətdir это же несчастье 3. беда. Fəlakət üz verdi случилась беда, fəlakətdən qurtarmaq выбраться из беды 4. катастрофа: 1) внезапное событие с трагическими последствиями: Gəmi fəlakətə (qəzaya) uğradı корабль потерпел катастрофу (крушение); dəmir yolunda fəlakət (qəza) катастрофа (крушение) на железной дороге 2) потрясение, влекущее за собой резкий перелом в личной или общественной жизни. İctimai (sosial) fəlakət социальная катастрофа, əsrimizin fəlakəti катастрофа (нашего) века
Azərbaycanca-rusca lüğət / fəlakət1 i. calamity, disaster; catastrophe; (bədbəxtlik) misfortune, adversity; təbii ~ natural calamity
Azərbaycanca-ingiliscə lüğət / fəlakət1 is. désastre m ; détresse f ; calamité f ; malheur m ; catastrophe f ; təbii ~ calamité f naturelle
Azərbaycanca-fransızca lüğət / fəlakət1 [ər.] суш. чӀехи бала, мусибат, сед, бедбахтвал, афат; // авария, къаза, бедбахт вакъиа.
Azərbaycanca-ləzgicə lüğəti / fəlakətə. bədbəxt hadisə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti