fələstinlilər sözü azərbaycan dilində

fələstinlilər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fələstinlilər • 73.0983%
  • Fələstinlilər • 26.9017%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fələstinlilər
Fələstinlilər (ərəb. الفلسطينيون‎, əl-Filəstiniyyun; ivr. ‏פָלַסְטִינִים‏‎, Faləstinim) və ya Fələstin xalqı (ərəb. الشعب الفلسطيني‎, əş-şəb əl-Filəstini), həmçinin Fələstin ərəbləri və ya fələstinli ərəblər (ərəb. العرب الفلسطينيون‎, əl-ərəb əl-Filəstiniyyun) — minilliklər boyu Fələstin regionunda məskunlaşmış, indiki dövrdə mədəni və linqvistik baxımdan ərəb olan xalqlardan törəmiş etnomilli qrup. Müxtəlif müharibələrə və mühacirətlərə baxmayaraq, dünyadakı Fələstin əhalisinin təxminən yarısı indiki İsraili, Fələstinin Qərb sahili və Qəzzə zolağının ərazilərini əhatə edən keçmiş Fələstin mandatı ərazisində yaşamağa davam edir. İsraildə fələstinlilər ölkənin ərəb vətəndaşlarının bir hissəsi olaraq əhalinin demək olar ki, 21 faizini təşkil edir. Onların bir çoxu fələstinli qaçqın və ya məcburi köçkün fələstinlilərdir. Odur ki, onlar arasında bir milyon çox fələstinli Qəzzə zolağından, təxminən 750,000 nəfəri İordan çayının qərb sahilindən və təxminən 250,000 İsrailin özündəndir. Fələstin diasporunun yarıdan çoxu heç bir ölkədə qanuni vətəndaşlığı olmayan apatrid şəxslərdir.
Nikaraqua fələstinliləri
Nikaraqua fələstinliləri (ərəb. فلسطينيو نيكاراغوا‎; isp. palestino-nicaragüense) — Şimali Amerika qitəsində yerləşən Nikaraquada məskunlaşmış fələstin əsilli əhali. Nikaraqua fələstinliləri, ərəb diasporasının Mərkəzi Amerikadakı əsas qüvvələrindən hesab olunur və sayları 2.000 nəfərə yaxındır. 1890-cı ildən, 1940-cı ilə qədər Nikaraquada yaşayan ərəb əsilli vətəndaşların ölkəyə gəlməsini məhdudlaşdıran müxtəlif qanunlar mövcud olsa da, zamanla bir çoxu ləğv edilmişdir. Nikaraquada konkret nə qədər fələstinlilin yaşadığı məlum deyil. Əsas bilinən hadisələrdən biri Birinci Dünya Müharibəsinin sonlarına yaxın Osmanlı imperiyası nəzarətindəki ərazilərdə yaşayan 40 fələstinli ailənin ölkəyə gəlməsidir. 2000-ci ilin məlumatına görə Nikaraquada 500 ərəb əsilli ailə yaşayır və bu ailələrin mütləq əksəriyyəti fələstinlilərdən ibarətdir. Nikaraquaya gələn fələstinlilərin əksəriyyəti xristian dininə mənsub olan insanlar olmuşdur. İcmanın kiçik bir hissəsi müsəlmanlardan ibarətdir.

Oxşar sözlər

#fələstinlilər nədir? #fələstinlilər sözünün mənası #fələstinlilər nə deməkdir? #fələstinlilər sözünün izahı #fələstinlilər sözünün yazılışı #fələstinlilər necə yazılır? #fələstinlilər sözünün düzgün yazılışı #fələstinlilər leksik mənası #fələstinlilər sözünün sinonimi #fələstinlilər sözünün yaxın mənalı sözlər #fələstinlilər sözünün əks mənası #fələstinlilər sözünün etimologiyası #fələstinlilər sözünün orfoqrafiyası #fələstinlilər rusca #fələstinlilər inglisça #fələstinlilər fransızca #fələstinlilər sözünün istifadəsi #sözlük