fəramuş sözü azərbaycan dilində

fəramuş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fəramuş • 84.2105%
  • Fəramuş • 15.7895%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məclisi-fəramuşan
"Məclisi-fəramuşan" ("Unudulmuşlar məclisi") və ya "Məclisi-xamuşan" ("Dinməz, sakit adamlar məclisi"). Ədəbi məclis. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M.M.Nəvvab, H.Qaradaği, F.Kəminə, A.Asi, M.Ə.Baki, B.Səbur, B.Fədai, M.Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.

fəramuş sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] klas. Unutma, yaddan çıxarma. □ Fəramuş etmək (qılmaq) – unutmaq, yaddan çıxarmaq. Bir mey mənə sun ki, məstü mədhuş; Daim özümü qılam fəramuş. Füzuli. [Lələ:] Kərəm qıl, sultanım, etmə fəramuş; Müntəzirdi, məlumata gəlmişəm. “Lətif şah”. Fəramuş olmaq – unudulmaq, yaddan çıxarılmaq (çıxmaq). Səni sevən çox bəlayə tuş olur; Ağıl gedir başdan, fəramuş olur. M.P.Vaqif. Düşməyir əsla birinin yadına! Oldu fəramuş bu bizim köhnələr! Ə.Nəzmi.

    Azərbaycan dilinin izahlı lüğəti / fəramuş

fəramuş sözünün rus dilinə tərcüməsi

  • 1 устар. сущ. забвение; fəramuş qılmaq, fəramuş etmək предать забвению, забыть; fəramuş olmaq быть преданным забвению

    Azərbaycanca-rusca lüğət / fəramuş

fəramuş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. yaddan çıxarma; unutma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

unutma, unudulmuş, yaddan çıxmış.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"fəramuş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəramuş nədir? #fəramuş sözünün mənası #fəramuş nə deməkdir? #fəramuş sözünün izahı #fəramuş sözünün yazılışı #fəramuş necə yazılır? #fəramuş sözünün düzgün yazılışı #fəramuş leksik mənası #fəramuş sözünün sinonimi #fəramuş sözünün yaxın mənalı sözlər #fəramuş sözünün əks mənası #fəramuş sözünün etimologiyası #fəramuş sözünün orfoqrafiyası #fəramuş rusca #fəramuş inglisça #fəramuş fransızca #fəramuş sözünün istifadəsi #sözlük