* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | •• | 0.34 |
2005 | ••••••• | 1.35 |
2006 | •• | 0.23 |
2007 | •••• | 0.85 |
2008 | ••••• | 0.97 |
2009 | •• | 0.32 |
2010 | ••• | 0.45 |
2011 | •••••• | 1.20 |
2012 | •••••••• | 1.72 |
2013 | •••••••••• | 2.19 |
2014 | ••••••••••• | 2.40 |
2015 | •••••••••••••••••••• | 4.42 |
2016 | ••••••••••••••• | 3.12 |
2017 | •••••• | 1.14 |
2018 | •••••••••• | 2.10 |
2019 | ••••••••••• | 2.36 |
2020 | •••••••••••••••••••• | 4.24 |
1 is. [ər.] 1. Ayrıca adam, şəxsiyyət. Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz. M.V.Vidadi. 2. Müstəqil halda mövcud olan orqanizm; varlıq. Saf (təmiz) halda çoxaltma üsulunda cütləşdirilən fərdlər (inək, yaxud camış və törədici dölçülər) eyni cinsdən olurlar. 3. klas. Yalqız, tək. Derdim ki, bəla yolunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm. Füzuli. Ey tifli-sadə, gəzmə soqaqlarda böylə fərd; Alicənab əmulərini bilmə çox da mərd. M.Ə.Sabir. □ Fərd qalmaq klas. – yalqız olmaq, tək qalmaq. Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd. Füzuli. Dağıldı yarü ənsarım başımdan, fərd qaldım mən. S.Ə.Şirvani. // klas. Tayıbərabəri olmayan; tək. Əgər pəhləvanlıqda sən fərdsən; Həqiqət söylə gər cəvanmərdsən? M.Ə.Sabir. 4. Klassik Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında bir beytdən ibarət şeir forması. [Mirzə Bəylər:] Aşiqəm mən sənin ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatına. Aşıq Ələsgər. Qatar yola düşdü və mən də məbhut gözdən itənədək dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / fərd2 I сущ. 1. индивидуум, индивид: 1) самостоятельно существующий организм; особь. Laboratoriya şəraitində fərdlərin müşahidə edilməsi наблюдение за индивидами в лабораторных условиях; cütləşdirilmiş fərdlər спаренные индивиды 2) отдельный человек, личность. Hər bir fərdin istedadı талант каждого индивидума; cəmiyyət fərdlərdən ibarətdir общество состоит из индивидов 2. устар. бейт, двустишие II прил. 1. устар. одинокий 2. устар. единственный
Azərbaycanca-rusca lüğət / fərd1 [ər.] сущ. 1. кьилди са кас, са инсан; 2. кьилди авазвай ччан алай организм; 3. клас. ялгъуз, тек; fərd qalmaq тек амукьун, ялгъуз амукьун; // клас. тай-барабар авачир; тек; 4. РагъэкъечӀдай патан (гьакӀни Азербайжандин) зариятда са бейтиникай ибарат тир шиирдин форма.
Azərbaycanca-ləzgicə lüğəti / fərdindividuum \ – Obyektlərin müəyyən növündən, cinsindən və ya sinfindən seçilib ayrılmış təkcə, ayrıca obyekt.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) tək, vahid, yeganə; 2) nəfər; 3) dənə, ədəd; 4) ədəbiyyatda: tək beyt. Fərdi-yəzdan Allahın vahidliyi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti