fəri sözü azərbaycan dilində

fəri

Yazılış

  • fəri • 89.6552%
  • Fəri • 6.8966%
  • FƏRİ • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Baba Fərid
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎, pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر, ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. == Həyatı == Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. == Yaradıcılığı == Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur.Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur. == Fəaliyyəti == Fəranək Fərid 1985-ci ildən başlayaraq ictimai-mədəni, o cümlədən qadın hüquqları sahəsində aktiv fəaliyyətə qoşulub.
Fərid Məmmədov (əsgər)
Fərid Eyvaz oğlu Məmmədov (12 oktyabr 2000, Şımıxlı, Kürdəmir rayonu – 15 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Eyvaz oğlu Məmmədov 12 oktyabr 2000-ci ildə Kürdəmir rayon Şıxımlı kəndində anadan olub. 2006-cı ildə Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2017-ci ildə həmin məktəbdən məzun olub. Bəzi övladlar kiçik yaşdan həyatın yükünü çiyinlərində daşımağa məcbur olur. Fərid də məhz o övladlardan biri idi ki, hələ 7-ci sinifdə oxuyarkən bazarda işləməyə başlayıb. Bəziləri soyuq qış gecələrində isti yorğan altda yatarkən Fərid sübh tezdən oyanıb ailəsinə dəstək ola bilmək üçün iş dalınca gedərdi. Fəridin uşaqlıq arzusu idi Hərbidə işləmək, 8-ci sinifdə Naxçıvanskiyə daxil olmaq istəsə də sənədləri qəbul olunmayıb. == Hərbi xidməti == 11-ci sinfi bitirəndən sonra əsgərliyə gedib və əsgərliyi Tərtər rayonunda xidmət etməklə keçirib. Hərbi xidmətdə fəallığı ilə seçilən igidimiz müddətdən artıq hərbi xidmətdə olaraq 2020-ci ildən Maxe kimi xidmətinə davam edib.
Fərid Məmmədzadə (əsgər)
Fərid Mehman oğlu Məmmədzadə (20 avqust 2000; Ağdaş, Azərbaycan— 4 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Məmmədzadə 20 avqust 2000-ci ildə Ağdaş rayonunda anadan olub. Ailənin ilk övladı olan Fərid orta təhsilini rayonun Teymur İsmayılov adına 8 saylı məktəbdə alıb. Və daha sonra təhsilinə Şuşa Musiqi Kollecində Qarmon üzrə davam edib. == Hərbi xidməti == 2019-cu il iyul ayının 5-də hərbi xidmətə yollandı. Azərbaycan Ordusunun əsgəri olan Fərid Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 04.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmancasına şəhid oldu. Qeyd edək ki, şəhid Məmmədzadə Fərid Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, .“Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunub.
Fərid Mənsurov
Fərid Mansurov (10 may 1982, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi (2010-2011), Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri. == Həyatı == 10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur.Ailəsi 1984-cü ildə Bakıya köçmüşdür. 1992-ci ildən «Neftçi» İdman Cəmiyyətində Əliqulu Həsənoğlunun rəhbərliyi altında məşqlərə başlamışdır. 1997-ci ildə ilk uğurunu əldə edir. Yeniyetmələr arasında dünya birinciliyində 2-ci yeri tutur. Lakin 1998-ci ildə yeniyetmələrin Olimpiadasında uğursuz çıxış edir.Səbəb isə yarımfinalda Kuba idmançısıyla görüşündə biləyinin çıxmasıdır. Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır. 2002-ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil , birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra , dünya çempionatının gümüş medalçısı olur.
Fərid Nadirov
Fərid İlyas oğlu Nadirov (21 sentyabr 2000; Hüngütlü, Göyçay, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Nadirov 2000-ci il sentyabrın 21-də Göyçay rayonunda anadan olub. İlk orta təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. 13 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. 28 noyabr 2020-ci ildə Göyçay Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fərid Nağıyev
Fərid Nağıyev (əsgər) — İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Nağıyev (baş leytenant) — Qaraheybət şəhidi.
Fərid Nağıyev (baş leytenant)
Fərid Təyyar oğlu Nağıyev (16 iyun 1996, Şərq, Beyləqan rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Dövlət Sərhəd Xidmətinin baş leytenantı, Qaraheybət şəhidi. == Həyatı == Əslən Füzuli rayonundan olan Fərid Nağıyev, 18 iyun 1996-cı ildə Beyləqan rayonunun Şərq kəndində anadan olmuşdur. == Hərbi xidməti == Fərid Nağıyev 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin akademiyasına daxil olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Baş leytenant olan Nağıyev müharibənin müxtəlif cəbhələrində vuruşmuşdur. 30 noyabr saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Nağıyev qəza nəticəsində daha 13 nəfər hərbçi ilə birlikdə şəhid olmuşdur. O, 2 dekabrda Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur. Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların, o cümlədən Nağıyevin "şəhid" statusunu aldığını bildirmişdir.
Fərid Nağıyev (əsgər)
Fərid Nağıyev (tam adı: Fərid Poladxan oğlu Nağıyev; 8 avqust 1999; Sabirabad, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Nağıyev 1999-cu il avqustun 8-də Sabirabad rayonunun Zəngənə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fərid Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Fərid Nağıyev sentyabrın 27-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fərid Novruzi
Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) - Novco şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist. == Həyatı == Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var.Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk mağazasını açmışdır. Hazırda bu şirkətlər qrupunun Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistanda 50-dən çox mağazası fəaliyyət göstərir.
Fərid Nəbiyev
Fərid Nəbiyev (22 iyul 1999, Ağstafa) — Azərbaycan futbolçusu, Çexiya futbol klubu olan "Viktoriya Zijkov" klubunun hücumçusu. == Klub karyerası == === Qəbələ === Nəbiyev "Qəbələ" akademiyası vasitəsilə inkişaf etmişdir. Nəbiyev əsas komanda ilə debütünü 21 dekabr 2016-cı ildə etmişdir. O, 90-cı dəqiqədə "AZAL" klubu ilə qarşılaşmada Teo Uiksi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Kuboku görüşündə AZAL-a 2-0 hesabı ilə qalib gəlmişdir. === Slaviya Praqa === Nəbiyev 2017-ci ilin avqust ayında Çexiya Gənclər Liqası təmsilçilərindən olan "Slaviya Praqa" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə 3 illik bir müqavilə imzalamışdır. O, 4 sentyabr 2017-ci ildə "Prşibram" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə keçirilən qarşılaşmada debüt etmişdir. Matç 1:2 hesabla "Slaviya Praqa" komandasının məğlubiyyəti ilə başa çatmışdır. Start heyətində yer alan Nəbiyev 84-cü dəqiqədə əvəzlənmişdir. Nəbiyev 2018-ci ilin avqust ayında cari mövsümdə 5 oyunda çıxış etdiyinə, 4 qol vurduğuna və 3 məhsuldar ötürmə etdiyinə görə əsas komandaya dəvət almışdır.
Fərid Nəcəfov
Fərid Fərman oğlu Nəcəfov (5 noyabr 2000; Ülgüc, Ağsu, Azərbaycan — 10 oktyabr 2020; Gülüstan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Nəcəfov 2001-ci il noyabrın 5-də Ağsu rayonunda dünyaya gəlib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. 10 oktyabr 2020-ci ildə Goranboy rayonu Gülüstan kəndi istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Ağsuda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nəcəfov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nəcəfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. iyun 2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.
Fərid Pərdəşünas
Fərid Bayram oğlu Pərdəşünas () — Azərbaycanlı təşəbbüskar, jurnalist və texno-bloqqer. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın daimi və Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü. Hazırda Technote Media Şirkətinin təsisçisi və rəhbəridir. == Həyatı == Fərid Pərdəşünas 1994-cü ildə Bakı şəhərində anadan olub. Pərdəşünas soyadını babası Cəfər Pərdəşünasdan alıb. Bu soyad vaxtilə baba və nənəsinin Cənubi Azərbaycandan, Şimali Azərbayancana məcburi köçürülməsi zamanı verilib. Babası Cəfər Pərdəşünasın əsas sənəti tar üzərinə pərdə çəkmək olduğu üçün, Şimali Azərbaycana keçid zamanı Sovet Ordusu Pərdəşünas soyadını məcburi tətbiq edib.Fərid Pərdəşünas 2011-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub və burada "Dünya İqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Bakı Dövlət Universitetini uğurla başa vurub və həmin ildə karyerasına Technote Media Şirkətini təsis edərək başlayıb. == Fəaliyyəti == Fərid Pərdəşünas 2015-ci ildə Azərbaycanda fəaliyyət göstərən Technote Media şirkətinin əsasını qoyur və "www.technote.az" veb saytı informasiya portalı olaraq fəaliyyətə başlayır. Elə həmin ilin oktyabrında Barama İnnovasiyalar Mərkəzinin inkubasiya proqramına qoşulan şirkət 2018-ci ildə proqramı uğurla bitirir.Fərid Pərdəşünas İkinci Qarabağ müharibəsi zamanı informasiya müstəvəsində könüllü kimi fəaliyyət göstərib.
Fərid Qayıbov
Fərid Fazil oğlu Qayıbov (24 aprel 1979, Bakı) — Azərbaycan Respublikasının gənclər və idman naziri (2021), Azərbaycan Milli Olimpiya Komitəsinin Vitse-prezidenti (2021), Avropa Gimnastikasının prezidenti (2017), Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri (2022). == Həyatı == Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə etmişdir.2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə etmişdir. Evlidir, iki oğlu, bir qızı var. == Fəaliyyəti == === Neft sahəsində fəaliyyəti === 2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin anbarında işləmişdir. 2001–2003-cü illərdə ARDNŞ-nin "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır. === İdman sahəsində fəaliyyəti === Fərid Qayıbov 2003–2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak etmişdir.
Fərid Quliyev
Fərid Quliyev (futbolçu) — Azərbaycan futbolçusu. Fərid Quliyev (kiçik gizir) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi. Fərid Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.
Fərid Quliyev (futbolçu)
Fərid Ruslan oğlu Quliyev (6 yanvar 1986, Bakı) — Azərbaycan futbolçusu. Fərid Quliyev gənc olsa da, artıq müəyyən özünəməxsus göstəricilər qazanıb. Çempionlar Liqasında qol vuran ən gənc azərbaycanlı futbolçudur. "Bakı" 2006-ci ildə Çempionlar Liqasının birinci mərhələsində mübarizəyə qoşularkən, o da bu komandanın üzvlərindən biriydi. Gürcüstanda "Sioni"yə uduzulan matçda (0:2) forma geyinməsə də, cavab görüşündə 45 dəqiqə meydanda oldu. Fasilədə Georgi Meqreladzeni əvəzləyən Fərid sona 15 dəqiqə qalmış adını tabloya yazdırdı. Başla vurduğu qol UEFA-nın rəsmi saytında da öz yerini tapdı. O, ilk mərhələnin ən gözəl qollarından birinə imza atmışdı. Gəncin təkbaşına fədakarlığı "Bakı"nın "Sioni" səddini keçməsinə çatmasa da, hər halda klub ÇL-də ilk qələbəsini qazandı. Oyunu izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna gələn azarkeşlərdən biri Rəşad Kərimov isə 18 min dollar uddu.
Fərid Quliyev (kiçik gizir)
Fərid Ayazxan oğlu Quliyev (28 oktyabr 1994; Cəlilabad rayonu, Azərbaycan — 22 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Quliyev 1994-cü il oktyabrın 28-də Cəlilabad rayonunun Babalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Fərid Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Quliyev oktyabrın 22-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Babalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Quliyev (əsgər)
Fərid Vahid oğlu Quliyev (7 noyabr 2003, Lökbatan – 13 sentyabr 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Evin tək oğlu olan Fərid uşaq yaşlarından vətənpərvər ruhda böyüyüb. Qonşuları, qohumları Fəridin tərbiyəli, ədəb-ərkanlı oğlan olduğunu deyirlər. Fərid Quliyev 166 nömrəli məktəb-liseydə təhsil alıb. Bibisi oğlu Ələsgərov Vasif açıqlamasında bildirib ki, Fərid komandoda xidmət edib: "Orta təhsilli idi. Təhsilini başa vurduqdan sonra birbaşa həqiqi hərbi xidmətə yollanıb. Sonuncu dəfə ailəsi ilə iki ay əvvəl görüşüb. Hər şeyin yaxşı olduğunu deyib. İrəli getdiyi barədə bizə məlumat verməmişdi". Fəridin şəhadət xəbərini ailəsinə hərbi komissarlıqdan veriblər.
Fərid Ramazanov
Fərid Ramazanov (tam adı: Fərid Ömər oğlu Ramazanov; 23 dekabr 1991; Qax, Azərbaycan — 9 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Ramazanov 1991-ci il dekabrın 23-də Qax rayonunun Qum kəndində anadan olub. Milliyətcə Saxur idi.1998-2009-cu illərdə Z. Müslümov adına Qum kənd orta məкtəbində təhsil alıb. Ailəli idi, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid Ramazanov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra Silahlı Qüvvələrin TTM-də gizir hazırlıq təlimlərini bitirib. "Gizir" hərbi rütbəsi aldıqdan sonra isə hərbi xidmətinə davam edib. 2018-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələri "N" saylı hərbi hissəsində Taqım Komandirinin müavini vəzifəsində çalışırdı. Azərbaycan Ordusunun giziri olan Fərid Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ramazanov oktyabrın 9-da Madagizin azad edilməsi zamanı şəhid olub.
Fərid Rüstəmov
== Həyatı == Rüstəmov Fərid Nofəl oğlu 15 dekabr 1993-cü ildə Zərdab Rayonunun Kəndəbil kəndində anadan olmuşdur. == Hərbi həyatı == Rüstəmov Fərid Nofəl oğlu 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
Fərid Rəfiyev
Fərid Rəfiyev (30 may 1981, Bakı) — Azərbaycan alimi, bariatrik-metabolik həkim, 1 ixtiranın və elmdə hazırda istifadə olunan 3 səmərələşdirici təklifin müəllifidir. 256 kiloqram ilə Azərbaycanın ən nəhəng adamı hesab edilən qadının üzərində uğurlu mədəkiçiltmə əməliyyatı ilə Azərbaycanda ilkə və rekorda imza atmışdır. == Həyatı == Rəfiyev Fərid Səxavət oğlu 30 may 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Almaniyanın Berlin şəhərində "Miniinvaziv cərrahiyyə" və "Laparoskopik cərrahiyyə" kurslarını keçmişdir. "Laparoskopik fundoplikasiya ağırlaşmalarının profilaktikası" mövzusundakı elmi işinə görə 2013-cü ildə tibb elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2011-ci ildə Fransanın Klermont şəhərində "CİCE" kurslarını fərqlənmə ilə bitirərək proffessor Bruhat-ın diplomu ilə təltif edilib. 2014–2016-cı illərdə "İlin həkimi" fəxri mükafatna layiq görülüb. 2018-ci ildə The international Mini Gastric Bypass Surgeon of Excellence Bronze Certification mükafatı almışdır.
Fərid Seyfullayev
Fərid Xeyrulla oğlu Seyfullayev (23 avqust 1991; Xaçmaz, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Seyfullayev 1991-ci il avqustun 23-də Xaçmaz şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Seyfullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Teymurov
Fərid Fizuli oğlu Teymurov (11 fevral 1999; Qarğılı, Cəlilabad rayonu, Azərbaycan — oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Teymurov 11 fevral 1999-u ildə Cəlilabad rayonunun Qarğılı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Fərid Teymurov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Fərid Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin oktyabrın əvvəlində "457" və "951" yüksəkliyində vuruşduqdan sonra itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür. Fərid Teymurovun nəşi 2 yanvar 2021-ci ildə tapılmış və Cəlilabad rayonunun Qarğılı kəndində dəfn olunmuşdur.
Fərid Ulami
Fərid Ulami (7 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərid Ulami Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Fərid Vəliyev (əsgər)
Fərid Güloğlan oğlu Vəliyev (1 sentyabr 1993; Beyləqan rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Vəliyev 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Əhmədli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Vəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2016 •••••••••••••••••••• 1.04
2017 •••••••••• 0.49
2019 ••• 0.14

fəri sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

FƏR’İ ə. ikinci dərəcəli.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"fəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəri nədir? #fəri sözünün mənası #fəri nə deməkdir? #fəri sözünün izahı #fəri sözünün yazılışı #fəri necə yazılır? #fəri sözünün düzgün yazılışı #fəri leksik mənası #fəri sözünün sinonimi #fəri sözünün yaxın mənalı sözlər #fəri sözünün əks mənası #fəri sözünün etimologiyası #fəri sözünün orfoqrafiyası #fəri rusca #fəri inglisça #fəri fransızca #fəri sözünün istifadəsi #sözlük