Əbdülhüseyn mirzə Fərmanfərma
Şahzadə Əbdülhüseyn mirzə Firuz mirzə oğlu Fərmanfərma (d. 1858/1859, Tehran/Təbriz, Qacar imperiyası –1939, Tehran, İran) — Qacar imperiyasında və Qacar sülaləsinin ən təsirli siyasətçilərindən biri. O, 1857-ci ildə Təbriz şəhərində Qacar sülaləsindən şahzadə Firuz Mirzə Nüsrətdövlə Qacarın ailəsində dünyaya gəlmiş və 1939-cu ilin noyabrında 82 yaşında vəfat etmişdir. O, Qacar sülaləsinin məşhur şahzadəsi Abbas Mirzənin 16-cı nəvəsidir. Onun atasının 8 arvaddan 26 oğlu və 13 qızı olmuşdur. Onun həyatı boyunca birinci arvadından olan dörd oğlu vəfat etmişdir.
Onun övladlarından biri olan Məhəmmədvəli mirzə Fərmanfərmaian həyatının uzun bir dövrünü Təbrizdə yaşamış, farsca çox pis danışmış və Seyid Cəfər Pişəvəri rəhbərliyində yaradılmış Azərbaycan Milli Hökumətində maliyyə naziri olaraq çalışmışdır.
== Həyatının erkən dövrü ==
Əbdülhəsən Mirzənin anası Xaccə Hüma Xanım adlı qadın olmuşdur. O, dövrünə görə mükəmməl şəkildə özəl müəllimlərdən təhsil almışdır. O, özəl müəllimlərindən şeiriyyat, riyaziyyat, ərəb dili və din ilə birlikdə, modern elmlər və qərb dilləri üzrə təhsil görmüşdür.