Fərzəliyev sözü azərbaycan dilində

Fərzəliyev

Yazılış

  • Fərzəliyev • 98.4087%
  • FƏRZƏLİYEV • 1.5913%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fərzəliyev
Fərzəliyev — Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmış şəxslər Abbasqulu Fərzəliyev — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Abdin Fərzəliyev — Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı. Çingiz Fərzəliyev — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi. Əkbər Fərzəliyev — Azərbaycan kino aktyoru, hüquqşünas. Firdovsi Fərzəliyev — Azərbaycan karateçisi. Məşədi Məmməd Fərzəliyev — Qarabağ xanəndəsi. Murad Fərzəliyev (d. 1963) — Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi. Natiq Fərzəliyev — Aktyor Pəhlivan Fərzəliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Abdin Fərzəliyev
Fərzəliyev Abdin Ələsgər oğlu (1967, Həmzəli, İliç rayonu) — Abşeron Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. Təhsili 1974–1984-cü illərdə orta məktəbdə təhsil almışdır. 1985-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakültəsinə daxil olmuşdur. 1992-ci ildə isə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir. Ailəsi Evlidir. 2 qızı var. Atası Fərzəliyev Ələsgər Hüseyn oğlu 1938-ci ildə Şərur rayonunun Həmzəli kəndində dünyaya gəlib.
Arzu Fərzəliyev
Arzu Fərzəliyev (28 mart 1958, Naxçıvan) — Azərbaycanlı müğənni, əməkdar artist == Həyatı == Fərzəliyev Arzu İsmayıl oğlu 28 mart 1958-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Naxçıvan Dövlət Pedaqoji institutunu bitirmişdir. Ailəlidir, 3 oğlu 5 nəvəsi var. == Fəaliyyəti == 1977-ci ildə Qafqaz İnstitutları arasında keçirilən Suxumi 77 festivalının qalibi, 1978-ci ildə Bakıda keçirilən "Qızıl Payız" musiqi festivalının qalibi olmuşdur. Naxçıvanda keçirilən mahnı televiziya müsabiqəsinin 7 dəfə qalibi olmuşdur. 1983-cü ildən Naxçıvan şəhərində mədəniyyət evində fəaliyyətə başlamışdır, 1985-ci ildə SSRİ mədəniyyəti xidmətinə görə əlaç döş nişanı ilə təltif olunmuşdur. 1984-cü ildə mədəniyyət evinin bədii rəhbəri, 1988-ci ildən 2017-ci ilədək Naxçıvan mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2018-ci ildən Naxçıvan Dövlət Filarmoniyasında bədii quruluş hissə müdürü vəzifəsində çalışır. Naxçıvanda və Bakıda keçirilən konsert proqramlarında çıxış etmişdir.
Emin Fərzəliyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Firdovsi Fərzəliyev
Firdovsi Fərzəliyev (10 iyul 1993, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycanı təmsil edən Karateçi, Avropa Oyunlarının qalibi. == Karyerası == Firdovsi Fərzəliyev nüfuzlu beynəlxalq turnirlərdə birinci uğuruna 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında imza atdı. Qrup mərhələsində üç görüşün üçündə də qələbə qazanan Firdovsi Fərzəliyev turnirin yarım-final mərhələsində KYRM nümayəndəsi, 2014-cü il Avropa Çempionatının qalibi Emil Pavlov üzərində 8:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Firdovsi Fərzəliyev İtaliya nümayəndəsi, son Avropa çempionu Lusa Maresaya 4:0 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Firdovsi Rəfi oğlu Fərzəliyev "Şöhrət" ordeniilə təltif edildi. Firdovsi Fərzəliyev 2016-cı ildə Avstriyanın Lins şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Firdovsi Fərzəliyev mayda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının bürünc, iyunda isə Polşada Dünya Oyunlarının qızıl medallarına sahib oldu. 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə aparan Firdovsi Fərzəliyev bu səfər turnirin final görüşündə məğlub olaraq Avropa Oyunlarını gümüş medalla başa vurdu. 2021-ci ildə isə Firdovsi Fərzəliyev Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Murad Fərzəliyev
Murad Fərzəliyev (22 avqust 1963, İmişli rayonu) — Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist. Murad Fərzəliyev, 1963-cü il 22 avqust tarixində İmişli rayonunda anadan olub. Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib. İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 1993-cü ildən 2001-ci ilədək İmişli rayonunun ictimai-siyasi mətbuat orqanı olan "Xalq sözü" qəzetinin baş redaktoru olub. Şəhər Sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. "Şücaət" hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri olub. Sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş "Onlar bizimlə yaşıd idi…" xüsusi buraxılışının müəllifidir. İmişli Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilib. 2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir.
Natiq Fərzəliyev
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Pəhlivan Fərzəliyev
Pəhlivan Fərzəliyev (27 sentyabr 1958, Qobu Dilağarda, Qaryagin rayonu – 11 aprel 1992, Füzuli rayonu) — Azərbaycan zabiti, baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir. BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur. Evli idi.
Pərviz Fərzəliyev
Rizvan Fərzəliyev
Rizvan Fərzəliyev - Araz Naxçıvan MFK-ın müdafiəçisi kimi oynayan Azərbaycan futzalçısıdır. O, Azərbaycan yığmasının kapitanıdır. 2011-ci ildə UEFA Avropa Furzal Çempionatında Ukraynanı məğlub edərək yarım finala yüksəlməyə kömək edən son penalıtini qola çevirən futzalçı. Yarımfinalda Portuqaliya ilə düşən Azərbaycanın qələbə qolunun müəllifi. Bu ölkənin bu idmanda ən yaxşı performansı idi.
Samir Fərzəliyev
Təhmasib Fərzəliyev
Təhmasib Əhməd oğlu Fərzəliyev (1928, Naxçıvan) — Folklorşünas, filologiya elmləri namizədi. Təhmasib Fərzəliyev 1928-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1966-cı ildə «Azərbaycan xalq lətifələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Folklorun nəzəri məsələlərinə dair elmi məqalələrin və monoqrafiyaların müəllifidir.
Vahid Fərzəliyev
Vahid Sabir oğlu Fərzəliyev — biologiya elmləri doktoru, dosent. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Sabir oğlu Fərzəliyev 1969-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ailəlidir:2 qızı və 1 oğlu var. Vahid Sabir oğlu Fərzəliyev elmi fəaliyyətinə 1990-cı ildən AMEA Mərkəzi Nəbatat Bağında bağban kimi başlamışdır. 2001-2006-cı illərdə Mərkəzi Nəbatat Bağının “Toxumçuluq” sektorunun rəhbəri, 2006-2007-ci illərdə “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri, 2007-2015-ci illərdə Mərkəzi Nəbatat Bağının direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən Bağın direktoru vəzifəsini icra edir. Mərkəzi Nəbatat Bağının Elmi Şurasının və Azərbaycan Botaniklər Cəmiyyətinin sədr müavinidir. V.S.Fərzəliyev Mərkəzi Nəbatat Bağının elmi tədqiqat işlərinin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndirilməsi üçün bir çox işlər görmüşdür. Onun rəhbərliyi ilə «Toxumçuluq» sektoru fəaliyyətə başlamış və toxum mübadiləsi məqsədilə dünyanın 130-dan artıq nəbatat bağı ilə əlaqələr yaradılmışdır. Bu əlaqələr Bağın bitki kolleksiyalarının zənginləşdirilməsində və ümumilikdə dünyada bitki biomüxtəlifliyinin davamlı qorunmasında əhəmiyyətli rola malikdirlər.
Vaqif Fərzəliyev
Vaqif Məcid oğlu Fərzəliyev (19 dekabr 1939, Bakı) — kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi(2009), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Kimya fakültəsinə qəbul olunub. Elmi-tədqiqat işinə hələ tələbə ikən maraq göstərən Vaqif Fərzəliyev birinci kursda Tələbə Elmi Cəmiyyətinə üzv olmuş və "Duz-su sisteminin analizi" mövzusunda elmi işlər aparmışdır. İkinci kursda oxuyarkən TEC-in sədri seçilmiş və neft kimyası sahəsində ilk tədqiqatlarını aparmağa müvəffəq olmuşdur. Lenin təqaüdçüsü V. Fərzəliyevin əldə etdiyi elmi nəticələr uğurlu olduğundan 1962-ci ildə "ADU-nun elmi xəbərləri" məcmuəsində məqalə halında dərc edilmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub. 1968-ci ildə "Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiya mövzusu müdafiə etmişdir. 1986-cı ildə "Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1987-ci ildə isə professor elmi adını almışdır.
Çingiz Fərzəliyev
Çingiz Əbdül Məcid oğlu Fərzəliyev — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). 1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1966-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru olub. Həmçinin 2010-cu ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı, 2006; Rusiya Rəssamlıq Akademiyasının Fəxriüzvü, 2009; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, 2012; Beynəlxalq Bioqrafik Mərkəzinin Fəxri professoru, Kembric Universiteti, Böyük Britaniya, 2015; Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, 2015; V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun Fəxri professoru, 2017; Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi üzvü, 2019; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə "Avropanın fəxri elm və mədəniyyət xadimi", Avropa Təbiət Elmləri Akademiyası, Hannover, Almaniya, 2021; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri akademiki, 2022; "Ölkə gəncliyi" Ümumittifaq sərgisində II mükafat, Gümüş medalı, SSRİ, 1976; "70-ci illərin Korçaginləri" Ümumittifaq müsabiqəsinin I mükafatı, SSRİ, 1977; MDB ölkələri Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının diplomu, 1998; Beynəlxalq Bioqrafik Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, Kembric Universiteti, Böyük Britaniya 2014; Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni", 2015; Avropa Nəşr Mətbuat Evinin "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi" qızıl medalı, 2015; "Humay" Milli Mükafatı Akademiyasının "Humay" mükafatı, 2015; MDB ölkələrinin "Art-kitab" nomenasiyalı XIII Beynəlxalq müsabiqəsinin I dərəcəli diplom, 2016; "Şəfəq" Prezident Ordeni, Gürcüstan, 2016; Türk dünyası incəsənətinin təbliğinə verdiyi töhfələrə görə TÜRKSOY-un xatirə medalı, 2018; Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 2018; Azərbaycan Mədəniyyət Assosiasiyasının "Simurq" medalı, 2019; Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalı, 2019; Ədəbiyyat və İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə "İncəsənət və Ədəbiyyat" ordeni (L’Ordre des Arts et des Lettres), Fransa, 2019; "Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Atatürk Beynəlxalq mükafatı", Türkiyə, 2019; Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl ulduz" medalı, Türkiyə, 2019; İncəsənət sahəsindəki xidmətlərinə görə "Qafqaz-Media" İctimai Birliyinin "İlhamlı Azərbaycan" döş nişanı, 2020; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə Avropa Təbiət Elmləri Akademiyasının "Leonard Eyler medalı" beynəlxalq mükafatı, Hannover, Almaniya, 2021; Özbəkistan Bədii Akademiyasının gümüş medalı, Özbəkistan, 2022; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi medalı, 2022; Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib, 2023 "Natürmort haqqında hər şey", Bakı (2004) "Portret haqqında hər şey", Bakı (2005) "Mənzərə haqqında hər şey", Bakı (2006) "Azərbaycan Rəngkarlığı.
Şamil Fərzəliyev
Şamil Xurşud oğlu Fərzəliyev -Şamil Xurşud (1934–1986): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Əkbər Fərzəliyev
Əkbər Fərzəlidin oğlu Fərzəliyev (1 oktyabr 1932, Qusar, Hil rayonu – 15 may 1999) — Azərbaycan kino aktyoru, hüquqşünas. Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qurtarıb ömrünün sonuna kimi vəkil işləyib. Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. Əkbər Fərzəliyev 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib və həmin ilin mayından teatrın rejissoru, 1965-ci ildən 1970-ci ilədək Qusar rayon Mədəniyyət evinin direktoru işləyib. 1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində "Ləzgi mahnı və rəqs ansamblı" təşkil olunub. 1967-ci ildə yenə də Ə. Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu "Qisas" tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub. Əkbər Fərzəliyev rejissor kimi 1969-cu ildə "30 qəpiklik cərimə", "Müqtədir", 1971-ci ildə "Dağlar şahiddir" tamaşalarına quruluş verib.
Əli Fərzəliyev
Fərzəlibəyov Əli Mahmud bəy oğlu (Əli Fərzəliyev; 1918, Şuşa – Bakı) — həkim. 1-ci dərəcəli Vətən Müharibəsi, 2 Qırmızı Ulduz ordenləri, 20-dək medallarla təltif edilmişdir. 1965-ci ildə Azərbaycanın Əməkdar həkimi fəxri adı, Azərbaycanın Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, uzun illər Zuğulba Müalicə Sanatoriyasının baş həkimi vəzifəsində çalışmışdır. Əli Fərzəlibəyov 1918-ci ildə Şuşa şəhərində doğulmuşdu. Orta təhsil aldıqdan sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstituna (hazırkı ADTU)-yə qəbul olmuşdu. 1941-ci ildə 90 nəfər məzunlardan ilk siyahılarda idi. 1942-ci ildə sovet ordusu sıralarına çağrılmışdır. Ə.Fərzəliyev 2-ci dünya müharibəsinin ilk günlərindən ordu sıralarına səfərbərliyə alınmış, başqa məzun yoldaşları ilə birlikdə cənub-qərb cəbhəsinə göndərilmişdir. 1971-ci ilə kimi müxtəlif hərbi-həkim vəzifələrində işləmişdir. Hətbi xidmətinin son illərində Azərbaycan SSR Hərbi komissarlığında ikinci şöbə rəisinin müavini olmuşdur.
Abbasqulu Fərzəliyev
Abbasqulu Məmməd oğlu Fərzəliyev (8 may 1939, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 20 may 2013) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1998–2000), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Cəbrayıl Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1990).
Məşədi Məhəmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi–Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı.
Məşədi Məmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi–Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı.
Şamil Xurşud oğlu Fərzəliyev
Şamil Xurşud oğlu Fərzəliyev -Şamil Xurşud (1934–1986): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.

Oxşar sözlər

#fərzəliyev nədir? #fərzəliyev sözünün mənası #fərzəliyev nə deməkdir? #fərzəliyev sözünün izahı #fərzəliyev sözünün yazılışı #fərzəliyev necə yazılır? #fərzəliyev sözünün düzgün yazılışı #fərzəliyev leksik mənası #fərzəliyev sözünün sinonimi #fərzəliyev sözünün yaxın mənalı sözlər #fərzəliyev sözünün əks mənası #fərzəliyev sözünün etimologiyası #fərzəliyev sözünün orfoqrafiyası #fərzəliyev rusca #fərzəliyev inglisça #fərzəliyev fransızca #fərzəliyev sözünün istifadəsi #sözlük