fəthlər sözü azərbaycan dilində

fəthlər

Yazılış

  • fəthlər • 80.0000%
  • Fəthlər • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İran körfəzi və Omanda Əfşar fəthləri
İran körfəzi və Omanda Əfşar fəthləri — İran körfəzi və ətrafındakı əraziləri ələ keçirərək Əfşar imperiyasının körfəzin hegemon dövləti olan bir imperiyaya çevrilməsi nəzərdə tutulur. Bu bölgələri ələ keçirmək üçün edilmiş yürüşlərin hamısı ilk başlanğıcda çox uğurlu idi və bir çox hədəflər ələ keçirilmişdi. Lakin Nadir şah Əfşarın dəryabəyi (admiral) təyin etdiyi Məhəmməd Tağı xan üsyan qaldırdı və bu üsyanın yatırılmasına yönəldilən gücün itirilməsi nəticəsində əvvəlki uğurların bir qismi itirildi. Lakin sonda Məhəmməd Tağı xan ələ keçirildi, üsyan isə yatırıldı və əvvəl itirilmiş məntəqələr geri qaytarıldı. Əfşar imperiyasının bu torpaqlardakı hakimiyyəti Nadir şah Əfşarın öldürülməsinə qədər davam etdi. 1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra bütün Əfşar imperiyasını iç qarışıqlıqlar öz ağuşuna aldı və imperiya parçalandı. Bununla da, körfəzdəki bölgələr mərkəzi hakimiyyət tərəfindən itirildi və yerli hakimlər yenidən hakimiyyətlərini bərpa edə bildilər. Nadirin İran körfəzini ələ keçirilmək istəməsi onun regionda yenidən imperiyasını əsas dövlət etmək niyyətindən qaynaqlanırdı. Bu yürüşlərə 1730-cu illərdən etibarən başlanmışdı və bu yürüşlərin əksəriyyəti uğurla sonlandırılmışdı. Lakin Nadir şahın bura canişin təyin etdiyi dəryasalar (admiral) Tağı xan yerlərdə işi düzgün təşkil edə bilmədi və vergilərin ağırlığından bezmiş əhali maliyyə məmurlarının Fars vilayətində tələb etdiyi yüksək vergilərə gücü çatmadıqdan sonra iğtişaşlara və üsyana qalxdı.
Ərəb fəthləri
Ərəb fəthləri və ya müsəlman fəthləri İslamın banisi Məhəmməd peyğəmbərin sağlığında başlamışdır. O, Ərəbistan yarımadasında İslam dövlətinin əsasını qoydu və Ərəbistandan kənarda bir çox ölkəni fəth etdi. Ərəblər Asiya, Afrika və Avropada çox geniş ərazilər fəth etdilər: Yaxın Şərq ölkələri, Orta Asiya, Hindistanın şimal-qərbi, Şimali Afrika, Qafqazın bir hissəsi, İspaniya, Cənubi İtaliya, Siciliya, Malta, Rodos, Krit. Ərəb fatehlərinin hücumu nəticəsində İranda nəhəng Sasani dövləti süqut etdi. Qəssanilər dövləti, Vestqotlar Krallığı, Qafqaz Albaniyası, Xarəzm, Soqdiana və Sind ərəb zərbələrinə məruz qaldı. Bizans özünün bir çox ərazilərini, o cümlədən Misir, Suriya, Mesopotamiya, Krit, Malta, Siciliya, Rodos, Kolxida və müqəddəs torpaqları itirdi. Franklara qarşı müharibələr zamanı ərəblər Puatyeyə, xəzərlərlə müharibədə “Slavyan çayına” (Don, Volqa və ya Dnepr) çatdılar və şərqə yürüşlərində Racastan və Talasa qədər nüfuz etdilər. == İlk fəthlər == Yaxın Şərqin fəthi ilə başladı. Bizans Levantı, Sasani dövləti isə Mesopotamiyanı itirdi. Bizansla qarşıdurma əsrlərlə davam edən ərəb-Bizans müharibələri ilə nəticələndi.

"fəthlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəthlər nədir? #fəthlər sözünün mənası #fəthlər nə deməkdir? #fəthlər sözünün izahı #fəthlər sözünün yazılışı #fəthlər necə yazılır? #fəthlər sözünün düzgün yazılışı #fəthlər leksik mənası #fəthlər sözünün sinonimi #fəthlər sözünün yaxın mənalı sözlər #fəthlər sözünün əks mənası #fəthlər sözünün etimologiyası #fəthlər sözünün orfoqrafiyası #fəthlər rusca #fəthlər inglisça #fəthlər fransızca #fəthlər sözünün istifadəsi #sözlük