fətta sözü azərbaycan dilində

fətta

Yazılış

  • fətta • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdul Fəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. == Həyatı == 19 noyabr 1954-cü ildə anadan olub.
Fəttah Heydərov
Fəttah Səməd oğlu Heydərov (23 fevral 1938, Çeşməbasar, Naxçıvan rayonu – 4 avqust 2020, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri. == Həyatı == Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir. 1976–1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir. 1990–1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci il) çağırış Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuş Azərbaycan Ağsaqqallar Şurasının sədri işləmişdir.
Fəttah kəndi (Poldəşt)
Fəttah kəndi (fars. فتاح كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 255 nəfər yaşayır (61 ailə).
Mir Fəttah Marağayi
Mir Fəttah Marağayi (Marağa, Şərqi Azərbaycan ostanı – 1761, Marağa, Şərqi Azərbaycan ostanı) — XVIII əsr Azərbaycan şairi.
Mir Fəttah Musəvi
Mir Fəttah Mir Əli ağa oğlu Musəvi — Azərbaycan Demokratik respublikası parlamentin üzvü. Hümmət təşkilatının fəalı. Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. == Həyatı == Mir Fəttah Mir Əli ağa oğlu 1891-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini Ağdamda alaraq Aşqabada qohumlarının yanına köçmüşdü. Musəvi burada gimnaziya təhsili almaqla yanaşı siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmişdi. 1917-ci ildə Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirən Musəvi 1918-ci ildə Bakıya gələrək "Hümmət" təşkilatına daxil olur. AXC parlamentində "Hümmət" fraksiyasını təmsil edən Musəvi tez-tez alovlu nitqlər söyləyir, mitinq və tətillərdə əhalini əksinqilabçı Denikinə qarşı mübarizəyə səsləyirdi. S.M. Kirov V.İ. Leninə 1919-cu ilin 27 sentyabrında yazırdı: "Denikinçilər həyasız bir surətdə özləri üçün Azərbaycana yol açırlar. Bu günlərdə onlar burada böyük bir qəsd düzəltmişdilər...
Mir Fəttah Təbatəbai
Mir Fəttah Hacı Mirzə Yusif ağa oğlu Təbatəbai (1794-1852) — İslam alimi, müctəhid. == Həyatı == Ağa Mir Fəttah Hacı Mirzə Yusif ağa oğlu 1794-cü ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Təhsilini Nəcəfdə davam etdirmişdi. Bir sıra molla-müctəhidlərdən dərs almışdı. İctihad dərəcəsinə yüksəlmişdi. Tanınmış bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: “Bu Mirzə Yusif ağanın oğlu Mir Fəttah hicri qəməri 1209 (1794)-cü ildə anadan olmuşdur. O, hicri qəməri 1243 (1827)-cü ildə çar Rusiyasının qoşunları Azərbaycanı alıb, İran dövləti ilə müqavilə bağladıqdan sonra Tiflisə getmiş və hicri qəməri 1258 (1842)-ci ildə Təbrizə qayıdıb, hicri qəməri 1269 (1852)-cu ildə vəfat etmişdir. Təbrizdə bir sıra çeşmələr və bir hamam onun adınadır”.
Mirmahmud Fəttahov
Mirmahmud Mirəlioğlu (1 sentyabr 1956, Telavar, Yardımlı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri. == Həyatı == Mirmahmud Mirəli oğlu Fəttayev 1956-cı ilin sentyabr ayının 1-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. 1964–1974-cü illərdə əvvəlcə Telavar, sonra isə Honuba kənd məktəbində orta təhsil alıb. 1974–1976-cı illərdə əsgəri xidmətdə olub. 1977-ci ildə Sumqayıt şəhərində "Üzvi sintez" istehsalat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1978–1984-cü illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1987-ci ilədək "Üzvü sintez" istehsalat birliyində işləyən Mirmahmud Ağa elə həmin ildən də pedaqoji fəaliyyətə başlayıb, 4 saylı axşam məktəbində müəllimlik edib. 1988-ci ildən 1992-ci ilədək Sumqayıtdakı Vaqif İbrahim adına 35 saylı orta məktəbdə tarix fənnindən dərs deyib. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə Millət Vəkili seçilmiş Mirmahmud Mirəli oğlu 1995-ci ildə ikinci dəfə təkrarən deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsindən deputat seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib.26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Mirmahmud Fəttayev

Məşədi Bəylər Fəttahov
Sultan Hüseyn Fəttahi
Mühəndis Sultan Hüseyn Fəttahi Kəsəlani, (d. 1957, Kəsəlan, Miyana) sahibkar və İranın Emersan sənaye şirkətinin təsisçisi == Həyatı == Sultan Hüseyn Fəttahi, 1957-ci ildə Miyananın Kəsəlan kəndində anadan olub, 5 yaşında atasın əldən verib.1985-ci ildə Emersan zavodun təsis edib.O, İranın böyük və tanınmış sahibkarlarıdandır.Şərif Texnologiya Universiteti tərəfindən nəşr olan " Mühəndis Sultan Hüseyn Fəttahi Üslubu ilə Sahibkarlıq" kitabı onun sahibkarlıq üslublarına işarə edir.
Vəsilə Fəttahova
Vəsilə Fəttahova (tam adı: Vəsilə Rafizovna Fəttahova; başq. Фәттәхова Вәсилә Разиф ҡыҙы; d. 31 dekabr 1979, Beloretsk, Başqırd MSSR, RSFSR, SSRİ – ö. 26 yanvar 2016, Ufa, Başqırdıstan, Rusiya) — başqırd müğənni; Başqırdıstanın (2015) və Tatarıstanın (2015) əməkdar artisti. == Həyatı == Vəsilə Fəttahova 31 dekabr 1979-cu ildə Başqırd MSSR-in Beloretsk şəhərində anadan olmuşdur. S. Nizametdinov adına Uçalı İncəsənət və Mədəniyyət Kollecinin xor şöbəsini bitirmişdir. 1999-cu ildə Ufa şəhərinə gəlmiş, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun vokal şöbəsinə daxil olmuşdur. Artıq oktyabr ayında o, Aydar Qalimovun qrupunda bekvokal kimi qastrola yollanır. == Yaradıcılığı == Vəsilə Fəttahova "Tuğan yak", "Yanqış mileş", "Atayım" hitlərinin də ifaçısı idi. === "Tuğan yak" === Müğənni "Tuğan yak" mahnısı sayəsində populyarlıq qazanmışdır.
Xanəli Fəttayev
Xanəli Qəribəli oğlu Fəttayev (d. 22 sentyabr 1997; Lerik, Azərbaycan - ö. 29 yanvar 2017; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Xanəli Fəttayev 1998-ci ilin 22 sentyabr günündə Lerik rayonunun Molalan kəndi anadan olub. == Hərbi xidməti == Əsgər Xanəli Fəttayev 2017-ci ildə, yanvarın 29-u axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Yanvarın 30-u isə Xanəli Fəttayev Bakı şəhərinin Xəzər rayonunda, Binə qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fəttayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Əbdül Fəttah Fuman
Əbdül Fəttah Fuməni (fars. عبدالفتاح فومنی‎) — İran tarixçisi. O, XVI əsrdə Gilanda baş verən üsyan haqqında yazmışdır.
Əbdül Fəttah Fuməni
Əbdül Fəttah Fuməni (fars. عبدالفتاح فومنی‎) — İran tarixçisi. O, XVI əsrdə Gilanda baş verən üsyan haqqında yazmışdır.
Əbdül Fəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. == Həyatı == 19 noyabr 1954-cü ildə anadan olub.
Əl-Fəttah
Əl-Fəttah (ər. الفتاح) — Allahın adlarından biri. “Rəhmət və rizq (ruzi) qapılarını açan, çətinlikləri asanlaşdıran, məzlumlara (zülmə uğrayanlara) kömək edən” deməkdir. Bu ad həm maddi, həm də mənəvi aləmə aiddir. Onun inanan bəndələrinə, düşmənlərinə qalib gəlməyə kömək etməklə yanaşı, həm də insanların qəlblərindəki qəflət pərdəsini qaldırması “Fəttah” adının təcəllisidir. Bu adın maddi tərəfinə “əl-Fəth” surəsinin 1-ci ayəsində belə işarə edilir: “(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!” İmam Qəzali bu adın mənəvi tərəfinə “əl-Fatir” surəsinin 2-ci ayəsini misal göstərir: “Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz...” Uca Rəbbimizin rəhmət qapısı bir deyil, min dənədir. Bir qapını bağladıqda, digər qapını açar. Ondan kömək umanların ümidlərini boşa çıxarmaz. İnsan üçün bundan gözəl təsəlli ola bilərmi?
Fəttahi Nişapuri
Məhəmməd ibn Yəhya Sibak Nişapuri (fars. محمد بن یحیی سیبک نیشاپوری‎), adətən Fəttahi Nişapuri (فتاحی نیشاپوری kimi tanınır; "Fəttahi" onun təxəllüsü idi; v. 1448) — Teymurilər dövlətində yaşamış farsdilli şair və xəttat. Nişapur şəhərindən olan o, Teymuri hökmdarı Şahruxun sarayında aparıcı şair və xəttatlardan biri idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Meneghini, Daniela (2020). "Fattāḥī Nīshāpūrī". In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.). Encyclopaedia of Islam (3rd ed.). Brill Online. ISSN 1873–9830.
Səda Fəttahoğlu
Səda Fəttahoğlu (26 sentyabr 1979, Trabzon – 27 sentyabr 2023, Bəyoğlu) — Türk aktrisası. == Həyatı == Fettahoğlu 26 sentyabr 1979-cu ildə Trabzonda doğulub. O, Trabzon Anadolu Liseyində və Bilkent Universiteti Səhnə Sənətləri Bölümündə təhsil almışdır. 1999-cu ildə başladığı aktyorluq karyerasını 2023-cü ildə vəfat edənə qədər davam etdirib. İngilis dilini mükəmməl bildiyi üçün xarici kino və televiziya filmlərində dublyaj işləri görüb. 2003-2004-cü illərdə "Elmavision" kanalında Can Gürzapla birlikdə "İyi Seyirlər" adlı teatr proqramını aparıb. Aktyorluq karyerasında əsasən serial və reklamlarda çəkilib. O, daha çox zamanının fenomeninə çevrilən "ATV" və "Kanal D"də yayımlanan “Çocuklar Duymasın” serialında Sultan obrazı ilə yadda qalıb. Eyni vaxtda o “Muhteşem Yüzyıl”, “Sihirli Annem”, “Dolunay”, “Sular Durulmuyor” kimi seriallarda ekranlara çıxıb. == Ölümü == Fettahoğlu 27 sentyabr 2023-cü ildə İstanbulun Beyoğlu rayonunda parkda depressiyaya düşdüyü üçün 44 yaşında özünü tapança ilə vuraraq intihar etdi.

fətta sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

açan, açıcı; işğalçı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"fətta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fətta nədir? #fətta sözünün mənası #fətta nə deməkdir? #fətta sözünün izahı #fətta sözünün yazılışı #fətta necə yazılır? #fətta sözünün düzgün yazılışı #fətta leksik mənası #fətta sözünün sinonimi #fətta sözünün yaxın mənalı sözlər #fətta sözünün əks mənası #fətta sözünün etimologiyası #fətta sözünün orfoqrafiyası #fətta rusca #fətta inglisça #fətta fransızca #fətta sözünün istifadəsi #sözlük