Fətullayev sözü azərbaycan dilində

Fətullayev

Yazılış

  • Fətullayev • 99.3050%
  • FƏTULLAYEV • 0.6950%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arzu Fətullayev
Arzu Fətullayev (15 sentyabr 1973, Anzov, Yardımlı rayonu – 5 yanvar 1993) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == 1973-cü ilin 15 sentyabr tarixində Yardımlı rayonunun Anzov kəndində doğulmuşdur.1980-ci ildə Anzov kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta təhsilini isə 1990-cı ildə Hamarkənd məktəbində başa vurmuşdur. == Hərbi xidməti == 1992-ci il iyunun 1-də hərbi xidmətə çağırılır. 1992-ci il avqustun axırlarında Ağdərədə gedən döyüşlərdə iştirak edir.1993-cü il yanvarın 4-dən 5-nə keçən gecə ermənilər qərargaha hücum edirlər. Arzu və yoldaşları səhər saat 6-ya qədər vuruşur. Nəticədə 26 əsgər təslim olmadan, əsir düşmədən şəhid olurlar.
Eynulla Fətullayev
Fətullayev Eynulla Emin oğlu — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb. 2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib.
Fateh Fətullayev
Fateh Mirzə Möhsün oğlu Fətullayev (1 sentyabr 1909, Lənkəran, Lənkəran qəzası – 4 may 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Fateh Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885–1936) ailəsində dünyaya göz açıb. Ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. O, çox sayda teatr tamaşasında oynamış və onlara quruluş vermiş, çox filmlərdə rol almışdır. Ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır. 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Fateh Fətullayevin üç qardaşı olub. Ümumiyyətlə bu ailədə böyüyən dörd oğul və onların ardıcılları Azərbaycanın tanınmış sənətkarlarına çevrilmişlər.
Fətul Fətullayev
Fətul Fətullayev (tam adı:Fətul Həsən oğlu Fətullayev) — Məşhur azərbaycanlı gəmi kapitanı == Həyatı və təhsili == Fətul Həsən oğlu Fətullayev 1915-ci ildə Orconikidze (indiki Vladiqafqaz) şəhərində anadan olub. 1936-cı ildə Bakı dənizçilik texnikumunu “Uzaq səfərlər gəmi sürücüsü” ixtisası ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində əmək fəaliyyətinə başlayıb. Özünə qarşı tələbkarlığı ilə seçilən gənc tezliklə dənizçilər arasında nüfuz qazanmışdır. Neft donanmasının qabaqcıllarından olub. Liderlik keyfiyətləri və təşkilatçılıq qabiliyyəti Böyük Vətən müharibəsi illərində özünü xüsusilə büruzə verib. 1942-ci ildə kapitan göyərtəsinə qalxıb. Müharibə illərində iritonnajlı “ÜKP(b)” tankerində böyük istehsal riski olan yüklərin – hərbi sursatın, döyüş texnikasının və yanacağın daşınmasını həyata keçirib. Kapitanı olduğu gəmi dəfələrlə aviahəmlələrə məruz qalıb. Belə şəraitdə kapitan kimi xüsusi bacarıq və şücaət göstərib.
Fətulla Fətullayev
Fətulla Qəni oğlu Fətullayev — Sosialist Əməyi Qəhrəmanı 1908-ci il sentyabrın 29-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1947-1965-ci illərdə Bico kəndinin M.Əzizbəyov adına kolxozunda kolxozçu və briqadir işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmişdir. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1965-ci ildə İttifaq əhəmiyyətli fərdi pensiyaya çıxmışdır. Bico kəndində vəfat etmişdir.
Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor. == Həyatı == Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.
Nüsrət Fətullayev
Nüsrət Möhsün oğlu Fətullayev (29 may 1913, Lənkəran, Lənkəran qəzası – 31 avqust 1987, Bakı) — teatr xadimi, rəssam, Azərbaycan SSR xalq artisti (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Nüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda anadan olmuşdur. 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev, 1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı, 1940), "Xoşbəxtlər" (Sabit Rəhman) və "Fərhad və Şirin" (Səməd Vurğun, 1941), "Dumanlı Təbriz" (Məmməd Səid Ordubadi, 1945), "Nüşabə" (Abdulla Şaiq, 1946), "İşıqlı yollar" (İlyas Əfəndiyev, 1947), "Rəqs müəllimi" (Lope de Veqa, 1949), "Müfəttiş" (Nikolay Qoqol, 1952), "Qış nağılı" (Vilyam Şekspir, 1955), "Səyavuş" (Hüseyn Cavid, 1963), "Xanuma" (Avksenti Saqareli, 1975), "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə, 1978), "Cehizsiz qız" (Aleksandr Ostrovski, 1979), "Yad adam" (Leonqard Frank, 1980), "Təhminə və Zaur" (Anar, 1985) kimi əllidən çox tamaşanın rəssamı olub. Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda basdırılmışdır.
Rəfail Fətullayev
Tərlan Fətullayev
Tərlan Amanşah oğlu Fətullayev (15 may 1989; Sumqayıt, Azərbaycan SSR — 25 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Fətullayev 1989-cu il mayın 15-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tərlan Fətullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Fətullayev oktyabrın 25-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şamil Fətullayev
Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928, Bakı – 9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965). == Bioqrafiya == Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın "Memarlıq və İncəsənət İnstitutu" nun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. 10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib. == Təltif və mükafatları == Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün) "Şərəf nişanı" ordeni — 1986 "Əmək veteranı" medalı — 25 aprel 1989 "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979 "Şöhrət" ordeni — 19 aprel 2000 İAAEC arxitekturanın inkişafı sahəsindəki nailiyyətlərinə görə diplom — 16 yanvar 1999 Dizayn və memarlıq üzrə "Memarlıq mükafatı − 2005" diplomu Polşanın qızıl medalı — 2008 == Əsərləri == "Архитектура жилых домов Баку ХIХ-ХХ вв.", "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. 216 ст. "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı (1978)". "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı (1986)". "Azərbaycan məscidləri(1996)".
Mir Məhəmməd Fətullayev
Mir Məhəmməd Fətullayev - "Lək-lək" jurnalının naşiri və redaktoru
Rəfail Fətullayev (əsgər)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şamil Fətullayev-Fiqarov
Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928, Bakı – 9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965). == Bioqrafiya == Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın "Memarlıq və İncəsənət İnstitutu" nun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. 10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib. == Təltif və mükafatları == Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün) "Şərəf nişanı" ordeni — 1986 "Əmək veteranı" medalı — 25 aprel 1989 "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979 "Şöhrət" ordeni — 19 aprel 2000 İAAEC arxitekturanın inkişafı sahəsindəki nailiyyətlərinə görə diplom — 16 yanvar 1999 Dizayn və memarlıq üzrə "Memarlıq mükafatı − 2005" diplomu Polşanın qızıl medalı — 2008 == Əsərləri == "Архитектура жилых домов Баку ХIХ-ХХ вв.", "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. 216 ст. "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı (1978)". "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı (1986)". "Azərbaycan məscidləri(1996)".
Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar. Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.93 dəfə / 1 mln.
2002 •••••••••• 3.43
2003 •••••• 1.97
2004 ••• 1.01
2005 •••• 1.35
2006 ••••••••••• 3.83
2007 ••••••••••• 3.81
2008 •••••••••••••••• 5.60
2009 •••••••••••••• 5.12
2010 ••••••••••••••••• 5.99
2011 •••••••••••• 4.38
2012 •••••• 2.15
2013 •••••••••••••••••••• 7.44
2014 •••••••••••••••••• 6.35
2015 ••••••••••••• 4.59
2016 •••••• 1.91
2017 ••••••••••• 3.90
2018 ••••••••• 3.15
2019 ••••• 1.53
2020 ••••••• 2.52

"fətullayev" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fətullayev nədir? #fətullayev sözünün mənası #fətullayev nə deməkdir? #fətullayev sözünün izahı #fətullayev sözünün yazılışı #fətullayev necə yazılır? #fətullayev sözünün düzgün yazılışı #fətullayev leksik mənası #fətullayev sözünün sinonimi #fətullayev sözünün yaxın mənalı sözlər #fətullayev sözünün əks mənası #fətullayev sözünün etimologiyası #fətullayev sözünün orfoqrafiyası #fətullayev rusca #fətullayev inglisça #fətullayev fransızca #fətullayev sözünün istifadəsi #sözlük