* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bir şeyin və ya adamın zahiri şəkli, görkəmi. Görünüşdən [Almurada] 50 yaş ancaq vermək olardı. İ.Əfəndiyev. Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / görünüş1 GÖRÜNÜŞ Muxtar bütün görünüşü ilə kişi idi (B.Bayramov); DİDAR (kl.əd.) Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma gəldi! (M.Ə.Sabir); GÖRKƏM Balacaboylu Vəli muzdurlar komitəsinin sədri olandan görkəmi də dəyişmişdi, adı da (M.İbrahimov); QIRIM (dan.) [Sadıq:] Mən elə dünən qırımından gördüm ki, bu qan-qan deyir (Anar); QİYAFƏT Bəhram: Əvvəl sən belə deyildin, mən səndən qaçırdım, amma indi başqa bir qiyafət almışsan (C.Cabbarlı); YÖNDƏM (dan.) İmaməli: Qıraqlarında desən, yenə bir yöndəmi var! (S.Rəhimov); YÖR-YÖNDƏM Pası: Qadam sənin yöründ-yöndəminə.. (S.Rəhimov); FASON (məc., dan.); KONFİQURASİYA, ZAHİR.
Azərbaycan dilinin sinonimlər lüğəti / görünüş1 i. 1. (peysaj) view; öndən ~ front view; yandan ~ side view; ümumi ~ general view; 2. air, appearance, look; Onun görünüşü xoşagələn deyil He / She has a disagreeable appearance. There is a disagreeable air about him / her
Azərbaycanca-ingiliscə lüğət / görünüş1 is. aspect m, vue f, air m, apparence f, mine f ; yandan ~ vue de côté ; ümumi ~ aspect général, vue générale
Azərbaycanca-fransızca lüğət / görünüş