gövhəri sözü azərbaycan dilində

gövhəri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gövhəri • 61.3636%
  • Gövhəri • 38.6364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gövhəri
Gövhəri (XVII əsr – XVIII əsr) — XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri. == Həyatı == XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri də əsərləri o zamandan indiyə kimi sevilə-sevilə oxunan ünlü Gövhəridir. Aşıq Gövhərinin harada və havaxt anadan olması ilə bağlı indiyə qədər konkret bir tarix göstərilməmişdir. Bəzi araşdırmaçıların yazdığına görə bu saz şairi XVII yüzilliyin ortalarında Krımda anadan olmuş və 1715-ci ildən sonra vəfat etmişdir. Hətta, bəzi tədqiqatçılar onun 1737-ci ildə yaşadığını, sağ olduğunu ehtimal eləyirlər. Bir müddət Ərəbistanı, Türkiyənin Avropa hissələrini gəzib-dolaşmış, sonralar İstanbula gələrək, şair Mehmet Bəhri Paşanın (7-1700) divanını tərtib edibdir. Qaynaqlarda onun adının da Əli, Mehmet, Mustafa deyə müxtəlif şəkillərdə qeyd olunduğu gözə çarpır. Hansının daha dəqiq onun əsl adı olduğunu bilmək olmur. Şerlərinin birində: Gevheri tahirdir Mustafa ismim// Bir katre meniden halk oldu cismim. -misralarından da göründüyü kimi, adının Mustafa olduğunu söyləyir.Mədrəsə təhsili alan Gövhəri də Dərdli, Ömər, Bayburtlu Zehni, Seyrani kimi təkcə saz şairləri içərisində deyil, klassik divan ədəbiyyatı mühitində də tanınmışdır.
Gövhəri Qadınəfəndi
Gövhəri Qadınəfəndi (8 iyul 1856, Qudauta, Abxaziya Muxtar Respublikası – 6 sentyabr 1884, İstanbul) — 32-ci Osmanlı sultanı Əbdüləzizin beşinci xanımı. == Həyatı == Gövhəri xanım 1856-cı ildə Anapada dünyaya gəldi. Atası abxaz bəylərindən Saleh bəy Svatnba, anası isə Şaziyə Tsanba xanım idi. Əsl adı Əminə olan bu qızcığaz kiçik yaşlarından bacısı Fatma xanımla birlikdə Osmanlı sarayına təhvil verilmişdir. Sarayda Validə Pərtəvniyal Sultanın himayəsində mükəmməl təhsil almışdır. Uzun qıvrım saçları və mavi gözləri ilə tezliklə Sultan Əbdüləzizin diqqətini cəlb etdi və 1872-ci ildə cütlük Dolmabağça sarayında evləndi. Nikah mərasimində olduqca sadə görünən Gövhəri xanım sultandan üzük hədiyyəsi aldı. Evlilikdən bir il sonra qızı Əsma Sultanı, daha sonra isə oğlu Mehmed Seyfəddin Əfəndini dünyaya gətirdi. Ərinin devrilməsinin ardından xeyriyyə işləriylə məşğul olan Gövhəri xanım 6 sentyabr 1884-cü ildə Ortaköy sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu. == Övladları == Əsma Sultan (d.
Fatma Gövhəri Sultan
Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanı və Osmanlı bəstəkarı. == Həyatı == Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, ud və piano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi.
Gövhəriyyə mədrəsəsi
Gövhəriyyə mədrəsəsi — Şuşa şəhərində Gövhərağa məscidinin nəzdində fəaliyyət göstərirdi. == Mədrəsənin tarixi == 1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məsacidini əsaslı surətdə bərpa etdirdikdən sonra hücrələrdən birini mədrəsə üçün ayırmışdı. Burda oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alırdı. Bu məktəb el arasında "Gövhəriyyə məktəbi" adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsininin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılmışdı. 1875-ci ildə Gövhərağa məscidinin ruhaniləri. (Cümə məscidi)-Baş molla Mirzə Fətəli Molla Əlipənah oğlu (Mirzəyev-Ə. Ç), mollalar: Mirzə Məhəmməd Mirzə Əbülqasım oğlu (Haqverdiyev-Ə. Ç.), Molla Şükür Məhərrəm oğlu (Məhərrəmzadə-Ə. Ç.), Molla Abbasqulu Molla Nuri oğlu (Qazıbəyov-Ə. Ç.), Mirzə Həsən Mirzə Qasım oğlu Əmirov.

gövhəri sözünün leksik mənası və izahı

"gövhəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gövhəri nədir? #gövhəri sözünün mənası #gövhəri nə deməkdir? #gövhəri sözünün izahı #gövhəri sözünün yazılışı #gövhəri necə yazılır? #gövhəri sözünün düzgün yazılışı #gövhəri leksik mənası #gövhəri sözünün sinonimi #gövhəri sözünün yaxın mənalı sözlər #gövhəri sözünün əks mənası #gövhəri sözünün etimologiyası #gövhəri sözünün orfoqrafiyası #gövhəri rusca #gövhəri inglisça #gövhəri fransızca #gövhəri sözünün istifadəsi #sözlük