Gülüzənbinə
Gülüzanbinə (Gülüzənbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrdə yaranmışdır.
Tədqiqatçılara görə, kəndin adı Gülüzən (şəxs adı) və binə sözlərindən düzəlib,
"Gülüzənin binəsi" mənasındadır. Lakin kəndin adının buradakı ucsuz-bucaqsız
gül bağları ilə əlaqədar olması da mümkündür.