* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Şən, mehriban, üzügülər. Gülərüz qız. – Bağçalarda narın var; Gülərüzlü yarın var. (Bayatı). …Vəli uzunboy, gülərüz… bir oğlan idi. S.Rəhman.
Azərbaycan dilinin izahlı lüğəti / gülərüzlü2 GÜLƏRÜZ(LÜ) (şən, mehriban adam haqqında) Əşrəf hamının üzünə şən-şən gülər və hər kəsdə gülərüz görmək istərdi (A.Şaiq); [Nurəddin] həmişə deyib-danışan, gülərüzlü və mehriban bir uşaq olduğu halda, indi qəmgin və məyus olub məktəb yoldaşlarından kənar durdu (S.S.Axundov); GÜLƏŞ Gülbədən: Cavan qocaya gedib. Ağıllı, dəlisov, güləş qaraqabağa (Ə.Cəfərzadə); GÜLƏŞSİFƏT(Lİ) İbrahim bəy orta yaşlı, güləşsifət oğlanı görəndə ixtiyarsız olaraq səksəndi (Ə.Vəliyev); ÜZÜGÜLƏR ..Gedib verib qol-qola üzügülər, mehriban; Həmin qız, həmin oğlan (M.Rahim); GÜLƏŞQABAQ(LI), ŞƏNÜZ(LÜ)
Azərbaycan dilinin sinonimlər lüğəti / gülərüzlü1 GÜLƏRÜZLÜ – QARAQABAQ Gülərüzlü kumıkların, lakların; Aulların qoy mehmansız qalmasın (Abbasağa); Kərəm az danışan və qaraqabaq idi (M.İbrahimov). GÜLƏRÜZLÜ – QAŞQABAQLI Söndü o gülərüzlü o günəş, söndü; Ah... o gözəl varlıq torpağa döndü (S.Vurğun); Qaşqabaqlı bacısını çağırıb üzündən öpdü (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / gülərüzlü1 s. affable, cheerful, smiling, joyous; friendly; affectionate, tender, sweet; ~ uşaq an affectionate child
Azərbaycanca-ingiliscə lüğət / gülərüzlü1 sif. affable, avenant, -e, accueillant, -e, amical, -e, gentil, -le
Azərbaycanca-fransızca lüğət / gülərüzlü