* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Gül, çiçək dəstəsi. Lalədən, yasəməndən güldəstə bağladılar. S.Rüstəm. Vüqarım ucadır Qoşqar dağından; Güldəstə tutmuşam əməl bağından. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / güldəstə3 f. 1) gül dəstəsi, dəmət; 2) minarə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / güldəstə1 GÜLDƏSTƏ (gül, çiçək dəstəsi) Güldəstə düzəltdim adına öz çəmənimdən.. (S.Rüstəm); BUKET Bu məchul buketlərə qanuni bir şey kimi baxdın, öz haqqın kimi baxdın (Q.Xəlilov); DƏMƏT Kənd cavanlarının çoxu bu gülşəndən dəmət bağladıqları çiçəklərlə məhəbbət aləmində xoşbəxt olmuşdu (M.Hüseyn).
Azərbaycan dilinin sinonimlər lüğəti / güldəstə