* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. məh. Qırmızı, al. Ağ əllərin olub əcaib gülgəz; Qana batıb, yoxsa hənalanıbdır? M.P.Vaqif. Şahnisə xanım göz yaşlarını gülgəz dəsmalla silərək … dedi. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / gülgəz2 yulğun ağacının gülü ("gəz" "yulğun" deməkdir).
Azərbaycan qadın adlarının izahlı lüğəti. / gülgəz3 Qırmızı, al. Ay ariflər, bu dünyanın üzündə Təzəcə açılan güllər sevinsin! Başı ağ ləkəli, gülgəz yanaqlı, Telləri dağıdan yellər sevinsin! (“Qurbani”) * Gəzmişəm, görməmişəm Mən bir belə gül camalı. Gülgəz kalağay Bürünübdü qəddi-dalı. (“Əmrah”)
Azərbaycan dastanlarının leksikası / gülgəz