Əsgər Abdullayev (general-leytenant)
Əsgər Həsən oğlu Abdullayev (general-leytenantı) (26 iyul 1963, Nehrəm, Babək rayonu, Naxçıvan Muxtar Respublikası) - Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Sədrinin sabiq müavini, gömrük xidməti general-leytenantı.
== Həyatı ==
Əsgər Həsən oğlu Abdullayev, 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Əsgər Abdullayev 1980-cı ildə orta təhsilini Nehrəm kəndindəki məktəbdə alıb, həmin məktəbdən qızıl medal ilə məzun olmuşdur. O, ali təhsilini Kiyev İnşaat Mühəndisləri İnstitutunda alaraq, 1985-ci ildə buranı qızıl diplomla başa vurmuşdur. Əsgər Abdullayev gömrük orqanlarındakı fəaliyyətinə 1985-1996 –cı illər ərzində Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı olaraq başlayıb, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrinə qədər yüksəlməyə nail olmuşdur. Bundan sonra, 1996-2006-cı illər ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi və İdarə rəisi vəzifələrində çalışmışdır. 2006-cı il iyunun 21-də Prezident İlham Əliyəv in imzaladığı sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Əsgər Abdullayev, əlavə olaraq, 2011-ci il yanvarın 25-də Prezidentin sərəncamı ilə gömrük xidmətlərindəki üstün fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni [1] , 2013-cü il yanvarın 31-də 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni [2] və 2015-cı il yanvarın 28-də Prezidentin həmin adlı sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.[3] 2018-ci il aprelin 23-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin sədri Səfər Mehdiyevin sədrliyi ilə müavin vəzifəsini icra edib.[4] 2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilib.Ailəlidir və 2 övladı var.
== İstinadlar ==
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,
2.