general-poruçik sözü azərbaycan dilində

general-poruçik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • general-poruçik • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Poruçik
Poruçik (rus. поручик, pol. porucznik, çex. poručík) — kiçik zabit heyətində hərbi rütbə.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiriMarşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — 1908-ci ildə ABŞ-də yaradilib. Rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motors’un istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar.
General Tanaka
Abbas Zamanov (general)
Zamanov Abbas Məmmədtağı oğlu (22 mart 1924, Bakı) — Azərbaycan SSR-in baş prokuroru (1976–1986-cı illər). == Həyatı == Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil olmuş, eyni zamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944–1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur. 1945–1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949–1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləməklə yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir. 1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959–1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir. 1962–1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir, 1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir. O, uzun müddət respublika prokurorluğuna rəhbərlik etmiş, II dərəcəli Dövlət Ədliyyə müşaviri ali rütbəsinə layiq görülmüş, 1986-cı ildə təqaüdə çıxmışdır.
American General Center
American General Center — Texas ştatının Hyuston şəhərində yerləşən bir neçə ofis binasından ibarət olan kompleksdir. Binada 42 mərtəbə var, hündürlüyü 180 metrdir. Tikintisi 1983-cü ildə başa çatmışdı. Şəhərdə hündürlüyünə görə 19-cu yeri tutur.
Araz Məmmədov (general)
Araz Məmməd oğlu Məmmədov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin müavini — Sərhəd Qoşunları Komandanı. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə Araz Məmmədova "general-mayor" hərbi rüstəbi verildi.Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2010-cu il tarixli Sərəncamı ilə Araz Məmmədov "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2016-cı il tarixli Sərəncamı ilə Araz Məmmədov "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Araz Məmmədova "general-leytenant" hərbi rüstəbi verildi.
Cavanşir Məmmədov (general)
Cavanşir Qəhrəman oğlu Məmmədov (1953, Şahmarlı, Dmanisi rayonu) — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == 1953-cü ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Şahmarlı kəndində anadan olmuşdur. 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunu, 1983-cü ildə Krasnoyarsk Dövlət Universitetinin hüquq fakültəsini, 1985-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1976-cı ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1994-cü ildə DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, bir müddətdən sonra həmin idarənin rəisi vəzifəsində çalışmışdır. 2001-ci ilin iyun ayından Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunmuşdur. İctimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Cavid Abdullayev (general)
Cavid Mirhəmzə oğlu Abdullayev — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini. == Fəaliyyəti == Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2005-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2010-cu il tarixli Sərəncamı ilə Cavid Abdullayev "İgidliyə görə" medalı ilə təltif edildi.Cavid Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini — Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsində təyin edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayevə "general-mayor" hərbi rüstəbi verildi.Azərbaycan Prezidenti İlham Əliyevin 28.08.2013-cü il tarixli Sərəncamı ilə Cavid Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə Cavid Abdullayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Qarabağ" ordeni ilə təltif edildi.Cavid Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2021-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayevə "general-leytenant" hərbi rüstəbi verildi.
Dörd ulduzlu general
Ordu generalı — bir çox ölkələrin quru və hava qüvvələrinin əsas vəzifəsi ordu komandanlığı olan general-polkovnik və marşal arasındakı hərbi rütbədir. NATO kodu OF-9-dur.
Elxan Həsənov (general)
Elxan Həsənov (1959, İrəvan) — Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru. == Həyatı == Həsənov Elxan İslam oğlu 1959-cu ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1980–1982-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir. İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilmiş, 2009-cu ildə polis general-mayoru xüsusi rütbəsi verilmişdir. Ailəlidir, iki övladı var.
Elçin Quliyev (general)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi (2017—h.h.), Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı (2002-2017), Azərbaycan milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının komandanı (2001-2012). == Həyatı == Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur.Elçin Quliyev 1974-1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978-1982-ci illərdə isə Sumqayıt şəhərində 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982-1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur və 1988-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Elçin Quliyev 1988-1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət eləmişdir.1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992-1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir.Azərbaycan Prezidenti Heydər Əliyevin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanına əsasən "general-mayor" hərbi rütbəsi vermilmişdir.Azərbaycan Prezidenti Heydər Əliyevin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanına əsasən Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.Azərbaycan Prezidenti Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli 742 nömrəli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı vəzifəsindən azad edilmişdir və Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.2003-cü il mayın 17-də Elçin Quliyevə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanına əsasən "general-leytenant" hərbi rütbəsi vermilmişdir. 2014-cü il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-polkovnik" hərbi rütbəsi vermilmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin 2009-cu il martın 5-də baş tutan növbəti hesabat yığıncağında Elçin Quliyev Azərbaycan Atçılıq Federasiyasının (ARAF) Prezidenti seçilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 5 iyun 2017-ci il tarixli 2960 nömrəli Sərəncamına əsasən Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı vəzifəsindən azad edilmişdir və Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2017-ci il tarixli 3245 nömrəli Sərəncamına əsasən Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Fikrət Məmmədov (general)
Fikrət Məmmədov (d. 9 dekabr 1961, Lənkəran, Azərbaycan SSR, SSRİ – ö. 15 may 2002, Gədəbəy, Azərbaycan)— Azərbaycan Silahlı Qüvvələrinin generalı, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və neft istehsalı fakültəsinə daxil olub. Lakin, institutun II kursunun birinci semestrini bitirən Fikrət Məmmədov sənədlərini geri götürüb. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı taqım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən Fikrət Məmmədov 1990–1993-cü illərdə Moskvada M.Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb və briqada komandiri təyin olunub.
General-feldmarşal (Rusiya)
General-feldmarşal — XVII—XVIII əsrdən—1917-ci ilədək Rusiya ordusunda ali hərbi rütbə.
General-kvartirmeyster idarəsi
General-kvartirmeyster idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş ərkani hərbinin (qərargah) tərkibində mövcud olan idarələrdən biri. == Haqqında == Əsası 1918-ci il noyabrın 15-də qoyulmuşdur. Hərbi nazirin həmin tarixli əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində, 1919-cu il martın sonlarında isə Baş ərkani hərbin tərkibində fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrinin komplektləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat və əks-kəşfiyyat işlərinin aparılması idi.General-kvartirmeyster idarəsinin strukturu müntəzəm surətdə təkmilləşdirilmişdir. 1918-ci ilin noyabrında qurulan General-kvartirmeyster idarəsinin rəhbəri kimi qoşun hissələrində bu işlərə nəzarət edirdi: Səfərbərlik bölməsi hərbi mükəlləfiyyət haqqında sənədlərin hazırlanmas hərbi qeydiyyatın aparılması səfərbərlik planlarının və cədvəllərinin tərtib edilməsi hərbi strukturlarda və mülki təşkilatlarda səfərbərlik hazırlığının yoxlanması könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması, qoşun hissələrinin təşkili, onların idarə edilməsi qoşunların döyüş hazırlığının gücləndirilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsiGeneral-kvartirmeyster idarəsinin əməliyyat bölməsinin qarşısında ümumqoşun hazırlığı, müdafiə xarakterli işlərin planlaşdırılması, əməliyyatların hazırlanması və həyata keçirilməsi kimi vəzifələr dururdu. Qoşun hissələrindən döyüş rayonları haqqında məlumatlar toplanması, agentura şəbəkəsinin yaradılması və inkişafı, əks-kəşfiyyatın təşkili, hərbi attaşelərlə yazışmaların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul olurdu. General-kvartirmeyster idarəsinin tərkibində nizami bölmə və rabitə xidməti bölməsi də var idi. Hərbi nazirin 17 avqust 1919-cu il tarixli əmrinə əsasən, təşkili başa çatdırılmış 1-ci və 2-ci zirehli qatarlar da Ümumi qərargahın tərkibindən çıxarılaraq general-kvartirmeyster idarəsinin tabeliyinə verilmişdi. 1920-ci ilin martında aparılan geniş islahatdan sonra yaradılmış Azərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun tərkibinə əməliyyat-kəşfiyyat bölməsi (rəisi polkovnik Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkov Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkovnik Maqrubov), hərbi əlaqələr-daşınmalar bölməsi (rəisi rotmistr Xudaverdov) şöbə və bölmələri və rabitə komandası daxil idi.
General Kurnakovun evi
General Kurnakovun evi — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində Atamanskaya küçəsi ev 28 yerləşən bina. Bina 1810-cu ildə inşa edilmişdir. Binanın adı bir çox tarixi sənədlərdə şəhərin görməli yerləri siyahısına daxil edilir. Bu binada tarixə baş vermiş mühün tarixi əhəmiyyətli hərbi hadisələr qeyd edilirdi. == Tarixi == General Semyom Kurnakovun binası şəhərdə ilk inşa edilən binalardan biridir. Binanın inşası 1910-cu ilə təsadüf edir. Onun haqqında ilk məlumatlar 10 iyun 1812-ci ilə aiddir. Ancaq müasir tətqiqatçılar binanın şəhərdə ən yaxşı bina olması fikri ilə razılaşmırlar. Binanın sahibi Çerkassk şəhərində arxitektur tikililərin inşası ilə əlaqədar məsələlərə baxırdı. 1817-ci ildə binada əhəmiyyətli hadisə qeyd edilmişdir: İvan Matveeviçin oğlu Matvey İvanoviç Platov evlənmişdir.
General Qrant (ağac)
General Qrant — Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid olan, General Şerman ağacından sonra dünyada həcminə görə ikinci ən böyük ağacdır. == Tarix == Ağac öz adını 1867-ci ildə general, Vətəndaş müharibəsi qəhrəmanı və ABŞ-nin 18-ci Prezidenti (1869-1877) Uliss Qrantın şərəfinə alır. 28 aprel 1926-cı ildə Prezident Kalvin Kulic onu "millətin Milad ağacı" elan edir. Böyük diametrinə görə, General Qrant bir vaxtlar dünyanın ən böyük ağacı sayılırdı. 1931-ci ildə Nəhəng sekvoyadendronun başqa bir nüsxəsi General Şermanın biraz daha böyük bir həcmdə olduğu aşkarlanır. 29 mart 1956-cı ildə ABŞ Prezidenti Dvayt Eyzenhaver ağacı “Milli Tapınaq” və müharibədə ölənlərin memorialı elan edir. Belə hesab edilir ki, bu ağac bir abidə kimi elan edilmiş yeganə canlı obyektdir. == Hazırkı vəziyyəti == General Qrant hazırda General Şermandan sonra dünyada ikinci ən böyük ağacdır. Əvvəllər ağacın 2000 yaşında olduğu düşünülsə də, indi 1650 yaşında olduğu təxmin edilir. == İstinadlar == == Mənbə == The General Grant Tree "General Grant: Our Nation's Christmas Tree".
General Şerman (ağac)
General Şerman — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac. Yer üzündə həcm və kütlə baxımından ən böyük ağac. General Şermanın hündürlüyü 83,8 m, kütləsi 1910 ton (təxmini 1938), magistral həcmi 1487 m³, yaşı 2300-2700 ildir. General Şerman ağacı planetdəki ən böyük və ən ağır canlı orqanizmdir (ən böyüyü Pando qovaq meşəsi, təxminən 6000 ton ağırlığında olan klonal koloniyaları nəzərə almadan). Bununla belə bu ağac nə ən uzun sekvoya (bu qeyd həmişəyaşıl sekooya aiddir, "Qiperion" olaraq bilinir), nə də nəhəng sekvoyadendronların ən uzun nümayəndəsidir (95 m hündürlüyündə nümunələr məlumdur). OPda məlumdur ki, 1940-cı illərin ortalarında qırılan «Qiqant Krennell-Krik» (ing. Crannell Creek Giant) Trinidad şəhəri yaxınlığında böyüyən həmişə yaşıl sekoya növlünə aid idi və o General Şermandan 15-25% daha böyük idi. == Görünüşü == Ağac öz adını 1867-ci ildə general, və ABŞ-nin 18-ci Prezidenti (1869-1877) Uliss Qrantın şərəfinə alır. 28 aprel 1926-cı ildə Prezident Kalvin Kulic onu "millətin Milad ağacı" elan edir. Ağac adını 1879-cu ildə Amerika Vətəndaş müharibəsi generalı Vilyam Tekumse Şermanın şərəfinə adlandırılmışdır.

Oxşar sözlər

#general-poruçik nədir? #general-poruçik sözünün mənası #general-poruçik nə deməkdir? #general-poruçik sözünün izahı #general-poruçik sözünün yazılışı #general-poruçik necə yazılır? #general-poruçik sözünün düzgün yazılışı #general-poruçik leksik mənası #general-poruçik sözünün sinonimi #general-poruçik sözünün yaxın mənalı sözlər #general-poruçik sözünün əks mənası #general-poruçik sözünün etimologiyası #general-poruçik sözünün orfoqrafiyası #general-poruçik rusca #general-poruçik inglisça #general-poruçik fransızca #general-poruçik sözünün istifadəsi #sözlük