Geno sözü azərbaycan dilində

Geno

Yazılış

  • Geno • 88.8889%
  • geno • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Geno Auriemma
Luigi Geno Auriemma (23 mart 1954)- ildə anadan olub. İtalyan əsilli Amerika kollec basketbol məşqçisidir. O, 1985-ci ildən Konnektikut Huskes Universitetinin qadın basketbol komandasının baş məşqçisidir. Auriemma 2009-2016-cı illərdə Amerika Birləşmiş Ştatlarının qadınlardan ibarət milli basketbol komandasının baş məşqçisi olub. Bu müddət ərzində onun komandaları 2010 və 2014-cü illərdə Dünya Çempionatını qazanıb. 2012 və 2016 Yay Olimpiya Oyunlarında isə qızıl medalları qazanıb. Dörd turnirin hər birində qaliyyət əldə edib. Auriemma 2006-cı ildə Nasmit Memorial Basketbol Şöhrət Zalına və Qadın Basketbol Şöhrət Zalına daxil edilmişdir. == Həyatı == Auriemma yeddi yaşında ikən ailəsi ilə birlikdə Cənubi İtaliyanın Montella şəhərindən Pensilvaniya ştatının Norristovn şəhərinə gəldi və uşaqlığının qalan hissəsini orada keçirdi. 1977-ci ildə Pensilvaniya ştatının Vest Kester Universitetini bitirdikdən sonra Auriemma 1978 və 1979-cu illərdə çalışdığı Saint gosef Universitetində baş məşqçi köməkçisi kimi işə götürüldü.
Banqladeşdə genosid (1971)
Banqladeş soyqırımı — Banqladeş istiqlal müharibəsi dövründə Pakistan Silahlı Qüvvələrinin 1971-ci ildə Şərqi Pakistan (indiki Banqladeş) ərazisində təşkil etdiyi və həyata keçirdiyi soyqırım. Hərbi əməliyyatlatlar deportasiya, etnik təmizləmə, kütləvi qətllər və kütləvi zorlamalar yolu ilə benqalların bütün müqavimətini qırmağa yönəlmişdi. == Xarakteristika == 26 mart 1971-ci il tarixdə Banqladeşin müstəqilliyi uğrunda müharibənin başlamasından sonra Pakistan tərəfinin həyata keçirdiyi «Projektor» əməliyyatı ilə soyqırıma start verilmişdir. Banqladeşin müstəqilliyi uğrunda Pakistan hərbiçiləri və milisləri ilə doqquz aylıq müharibə dövründə müxtəlif hesablamalara görə 30 mindən 3 milyona qədər adam öldürülmüş, 200 mindən 400 minə qədər qadın sistemli kütləvi zorlamalar kompaniyası nəticəsində zorlanmışdır. 30 milyon nəfərə yaxın mülki sakin isə ölkənin içərilərinə köçürülmüşdür. Həmçinin müharibə dövrü benqallar ilə biharilər (biharicə danışanlar) arasında etnik zəmində zorlama yeri idi. Konflikt dövründə 8-10 milyon nəfərə yaxın sakin – əsasən hindlilər, qonşu Hindistana qaçmışdır. Müharibənin ilk günlərindən etibarən ziyalılar repressiya və edamlara məruz qalmışdırlar. == Reaksiya == Bu hadisələr Banqladeşin hər bir nüfuzlu nəşrində və qəzetində təsvir edilərkən soyqırım terminindən mütləq istifadə edilir və ölkənin milli, irqi, dini və etnik qruplarının sistemli və məqsədli şəkildə məhv edilməsi kimi qiymətləndirilir. Lakin soyqırım faktı Banqladeşin müstəqilliyi uğrunda müharibənin gedişatına təsadüf etdiyi üçün BMT nəzdindəki beynəlxalq tribunalın predmenti olmamışdır.
Genom
Molekulyar biologiya və genetika sahələrində genom orqanizmin bütün genetik məlumatıdır. DNT-nin (və ya RNT viruslarında RNT-nin) nukleotid ardıcıllığından ibarətdir. Nüvə genomuna zülal kodlaşdıran genlər və kodlaşdırılmayan genlər, tənzimləyici ardıcıllıqlar kimi genomun digər funksional bölgələri (kodlaşdırılmayan DNT) və çox vaxt heç bir aşkar funksiyası olmayan "zərərli" DNT-nin əhəmiyyətli bir hissəsi daxildir. Demək olar ki, bütün eukariotlarda mitoxondriya və kiçik mitoxondrial genom var. Yosunlar və bitkilər də xloroplast genomuna malik xloroplastları ehtiva edir. Genomun öyrənilməsinə genomika deyilir. Bir çox orqanizmlərin genomları ardıcıllıqla tərtib edilmiş və müxtəlif bölgələrə şərh verilmişdir. Beynəlxalq İnsan Genomu Layihəsi 2004-cü ildə Homo sapiens üçün genomun ardıcıllığını bildirmişdir. "Genom" termini 1920-ci ildə Almaniyanın Hamburq Universitetinin botanika professoru Hans Vinkler tərəfindən yaradılmışdır. Oksford Lüğəti və Onlayn Etimologiya Lüğəti bu adın gen və xromosom sözlərinin qarışığı olduğunu göstərir.
Genomika
Genomika — canlı orqanizmlərin gen və genomlarını öyrənən molekulyar genetikanın bölməsi. == Mənbə == Vadim N., Gladyshev; Zhang, Yan. Chapter 16 Comparative Genomics Analysis of the Metallomes // Banci, Lucia (Ed.) (redaktor). Metallomics and the Cell. Metal Ions in Life Sciences. 12. Springer. 2013. doi:10.1007/978-94-007-5561-10_16. ISBN 978-94-007-5560-4.
Genoqram
Genoqram – seçilmiş ailənin üzvləri arasındakı nəsillər arası qarşılıqlı münasibətlərin nümunələrinin xəritəsi və ya fotoşəklidir. Başqa sözlə desək, genoqram – ailənin, simvollar vasitəsilə çəkilmiş və ailə üzvləri arasındakı münasibətlərin qeyd edildiyi, şəcərə ağaçıdır ki, bu ağac mütəxəssisin ailə daxilindəki böhranın səbəblərini aşkar etməsi və ailəyə dəstək planını hazırlaması işini asanlaşdırır. Sosial işdə genoqramdan gücləndirici əlaqələrin, tələbatlar dairəsinin və müdaxilə məqsədlərinin aşkarlanması üçün istifadə edilir . İlk dəfə, uşaq və ailə ilə işdə genoqramdan Monika Mak Qoldrikin "Genoqramlar: Qiymətləndirmə və Müdaxilə" (Monica McGoldrick and Randy Gerson) "Genograms: Assessment and Intervention" kitabında istifadə edilmiş və populyarlıq qazanmışdır . Həmin vaxtdan etibarən, genoqramlardan müxtəlif ictimai elmlər, tibb, psixologiya, genetik araşdırmalar və s. geniş istifadə edilməyə başlamışdır. Bir çox klinik psixoloqlar genoqramı, Mürrey Bouenin 50-ci illərdə çap edilmiş ailə sistemləri nəzəriyyəsinə aid edir, belə ki, genoqramda ailə daxilində yaxınlıq və ya özgələşməklə bağlı nəsillər arası gərginliklərin ötürülməsini asanlıqla təsvir etmək mümkündür. Məhz bu dinamika Mürrey Bouenin nəzəriyyəsinin ana xəttini təşkil edir. Sistem nəzəriyyəsinə əsasən, ailə bir-biri ilə qarşılıqlı əlaqədə və bir-birindən qarşılıqlı asılı olan şəxsiyyətlər sistemidir. Hər-hansı şəxsiyyəti dərk etmək üçün, bu şəxsiyyətin ailə sistemini başa düşməliyik.
Genosid
Soyqırımı və ya genosid (yun. γένος — nəsil и lat. caedo — öldürürəm sözlərindən) – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi; kütləvi şiddət forması. Bu, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi nəzərdə tutulmuşdur. SCQACK-nın preambulasında soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır. Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqrım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. Hansı tarixi hadisələrin soyqırım, hansıların isə daha az kriminal və ya qeyri-insani əməl olduğunu müəyyən etmək çətindir.
Genotip
Genotip — fərdin irsi əlamətlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Krasimir Genov
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. == Həyatı və musiqi karyerası == === Erkən illəri və Bon-Bon === Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Rene Genon
Rene Genon (15 noyabr 1886, Blua, Üçüncü Fransa Respublikası – 7 yanvar 1951, Qahirə, Misir krallığı[d]) — fransız filosof, mistik yazıçı. Müsəlman ismi Şeyx Abd al-Wahid Yahya. Tradisyonalism məktəbinin banisidir. == Həyatı == 15 noyabr 1886-cı ildə Fransanın Blois şəhərində anadan olub.Fransız və katolik bir ailənin övladıdır. 1910-cu ildə müsəlman olmuşdur.23 yaşında Əzhər şeyxi, Maliki alimi və Şazeliyyə şeyxi Əbdürrəhman İlis əl-Kəbirin xəlifəsi Əbdülhadi vasitəsilə müsəlman olmuş, Şazeliyyə məzhəbinə üzv olmuş və Əbdülvahid Yəhya adını almışdır (1912). Elə 1912-ci ildə fransız bir xanımla ailə həyatı qurur.1928-ci ildə həyat yoldaşı vəfat edir. 1934-cü ildə Şeyx Məhəmməd İbrahimin böyük qızı Fatimə ilə evlənir.23 noyabr 1948-ci ildə Misir vətəndaşlığı üçün müraciət etdi. Bu istək uzun cəhdlərdən və müdaxilələrdən sonra reallaşdı. 1947-ci ildə pisləşən səhhəti 1950-ci ilin son aylarında daha da pisləşdi. Şeyx Əbu Bəkr tərəfindən təqdim edilən Dr.Katz deyir ki, o, hər cür laboratoriya testini rədd edirdi.
Xocalı genosidi
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.
Xocalı genosidi günü
Xocalı soyqırımı günü və ya Xocalı genosidi günü — 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələrinin hər il qeyd olunduğu matəm günü.
İnsan genomu layihəsi
İnsan genomu layihəsi (ing. The Human Genome Project) — 1990-ci ildən başlanmış, 2000-ci ildə isə genomun ilkin strukturu, 2003-cü ildə isə genom tam təyin edilmişdir. Lakin buna baxmayaraq, hələ də genomun bəzi hissələrinin əlavə analizi bitməmişdir. Əsasən analizlər ABŞ, Kanada və Böyük Britaniyanın universitetlərində və tədqiqat mərkəzlərində yerinə yetirilmişdi. Genomun tərkibindəki aminoturşuların və nukleotidlərin ardıcıllıqlarının təyin edilməsi, dərmanların hazırlanması və insan bədəninin quruluşunu anlamaq üçün həlledici əhəmiyyət kəsb edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.18
2011 •••••• 0.09
2012 •••••••••••••••••• 0.26
2013 •••••••••••••••••••• 0.29
2017 •••••••••••• 0.16
2020 •••••••••• 0.13

"geno" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#geno nədir? #geno sözünün mənası #geno nə deməkdir? #geno sözünün izahı #geno sözünün yazılışı #geno necə yazılır? #geno sözünün düzgün yazılışı #geno leksik mənası #geno sözünün sinonimi #geno sözünün yaxın mənalı sözlər #geno sözünün əks mənası #geno sözünün etimologiyası #geno sözünün orfoqrafiyası #geno rusca #geno inglisça #geno fransızca #geno sözünün istifadəsi #sözlük