geobotanika sözü azərbaycan dilində

geobotanika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • geobotanika • 89.6552%
  • Geobotanika • 10.3448%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Geobotanika
Geobotanika (q.yun. γῆ "torpaq" + βοτανικός "bitkilərə aid olan") və ya fitosenologiya ya da fitososiologiya — bitki qruplaşmaları və ya fitosenozları, onların tərkibi, quruluşu, biosenoloji mühitinin xüsusiyyətləri, məhsuldarlığı, istifadəsi və dəyişdirilməsini öyrənən elm. Geobotanikanın obyekti fitosenozlar, onların yaratdığı bitki örtüyü sayılır. Geobotanika fitosenozların morfologiyasını, onların biotik əlaqələrini, xüsusilə fitosenozların daxili mühitini (sinekologiya), tarixi inkişafını (senogeniya) və təsnifatını tədqiq edir. == Geobotaniki xəritələşmə == Müxtəlif miqyaslı geobotaniki bitki örtüyünün xəritələrinin tərtibi. 1:5000–1:100 000 miqyaslı geobotaniki xəritələşdirmə üçün çöl tədqiqatları (rekoqnossirovka, xətti taksasiya, geobotaniki profilləmə geobotaniki çəkmə, "açar" (test) metodundan istifadə edilir. Kiçik miqyaslı (1:5000000–1:4000000) xəritələr ədəbiyyat materiallarının köməyi ilə tərtib olunur. Geobotaniki xəritələşmənin ən məsuliyyətli və mürəkkəb hissəsi geobotanika xəritələrinin legendasını tərtib etmək, yəni xəritəyə daxil olan ərazilərdəki bitki örtüyünün qısa təsvirini verməkdir. Geobotaniki xəritələr dəqiq irimiqyaslı – 1:5000–1:25 000, ümumiləşdirilmiş irimiqyaslı – 1:50000–1-200 000, orta miqyaslı – 1:300 000–1:1000000, xülasəli miqyaslı – 1:500 000–1:400 000, kiçik miqyaslı xülasəli – 1:5000000 və daha kiçik olur. Geobotaniki xəritələr məqsədinə, tərtibinin prinsipinə görə universal, xüsusi aktual (müasir) bitki örtüyü, ilkin bitki örtüyü, indiqasiya, proqnoz, botaniki-təsərrüfat xəritələrinə bölünür.
Yarus (geobotanika)
Yarus – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri, kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat (mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot örtüyü, kol və ağac yarusları ayrılır. Yarus termini meşəçilikdə daha çox işlənir. Biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara, çətirlərə, biohorizontlara və s. ayrılması.

geobotanika sözünün leksik mənası və izahı

  • 1 [yun.] Botanikanın, coğrafi mühitdən (torpaq, iqlim xüsusiyyətlərindən və s. amillərdən) asılı olaraq bitkilərin Yer kürəsində yayılmasını, tərkib və növ dəyişməsini öyrənən bəhsi.

    Azərbaycan dilinin izahlı lüğəti / geobotanika

geobotanika sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. геоботаника: 1. наука, изучающая распространение и распределение растений на земном шаре в зависмости от географических факторов 2. наука о растительном покрове Земли как совокупности сообществ растений

    Azərbaycanca-rusca lüğət / geobotanika

geobotanika sözünün inglis dilinə tərcüməsi

geobotanika sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#geobotanika nədir? #geobotanika sözünün mənası #geobotanika nə deməkdir? #geobotanika sözünün izahı #geobotanika sözünün yazılışı #geobotanika necə yazılır? #geobotanika sözünün düzgün yazılışı #geobotanika leksik mənası #geobotanika sözünün sinonimi #geobotanika sözünün yaxın mənalı sözlər #geobotanika sözünün əks mənası #geobotanika sözünün etimologiyası #geobotanika sözünün orfoqrafiyası #geobotanika rusca #geobotanika inglisça #geobotanika fransızca #geobotanika sözünün istifadəsi #sözlük