geokimya sözü azərbaycan dilində

geokimya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • geokimya • 88.5714%
  • Geokimya • 11.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Geokimya
Geokimya Yer qabığının və okeanlar kimi böyük geoloji sistemləri, mexanizmləri kimya alətləri və prinsipləri ilə izah edən elm sahəsidir. Geokimya geologiyanin bir qoludur. Geokimya bütün Günəş sistemi eləcə də Yerdə mantiya konveksiya, planetlərin formalaşması və qranit və bazalt mənşəyi, o cümlədən prosesləri öyrənən elmdir.Geokimya geoloji proseslərin inkişafında kimyəvi elementlərin tarixini, onların minerallarda və süxurlarda daşınma və yerləşmə formalarını öyrənir. Müxtəlif geoloji proseslərdə kimyəvi elementlərin toplanma şəraitini öyrənməklə, geokimya faydalı qazıntı yataqlarının fiziki-kimyəvi əmələgəlmə şəraitini xarakterizə edir və bununla da onların axtarış yollarını göstərir. Yataqların geokimyəvi axtarış üsulları geoloji-axtarış işlərində geniş tətbiq edilir və bu işləri yüngülləşdirərək və ucuzlaşdıraraq, geofiziki üsullarla birgə yer səthinə çıxmayan gizli yataqların axtarışına zəmin yaradır. Yataqların yeni tipli mineral xammalın və ya filizin yeni növünün texnoloji mənimsənilməsində geokimya elementin çıxarılmasına böyük köməklik göstərir. Yəni çıxarılmaya məruz qalan elementin hansı halda olması geokimyəvi üsullarla müəyyən edilir (mineral müstəqildirmi, qatışıqlar izomorfdurmu və hansı minerallarda iştirak edir və s.). Müxtəlif kimyəvi, fiziki üsulları bilərək, fiziki kimyanın məlumatlarından istifadə edərək, termodinamik hesablamalar apararaq, geokimya yataqların, xüsusilə də müxtəlif geokimyəvi proseslər nəticəsində üst-üstə gələnlərin genezisinin mürəkkəb məsələlərini həll etməyə qadirdir.Geokimya kompleks elmdir. O geoloji (mineralogiya, petrologiya, litologiya, faydalı qazıntı yataqları, hidrogeologiya və s.) və kimyəvi (qeyri-üzvi və fiziki kimya, kimyəvi termodinamika, kristallokimya, kolloid kimyası) elmləri arasında aralıq vəziyyət tutur. Hal-hazırda petroloji və geodinamik məsələləri geokimyasız həll etmək qeyri-mümkündür.
Genetik geokimya
Genetik geokimya – geokimya elminin inkişafda olan sahəsidir. Yer qabığında mənşəyindən asılı olaraq yayılan kimyəvi elementlərin təbii proseslərdəki geokimyəvi xüsusiyyətlərini öyrənir. Mənşəyinə görə kimyəvi elementlər bir neçə qrupa bölünür: filizəmələgətirən – Pb və Co; fasial – Sr və B; formasion – S və Ni; litogen – K; tektono-maqmatik (tektonik – Mn, maqmatik – Pb); çökmə (autigen – Sr, allotigen – Ba); metamorfogen – P və Li elementlərinin tipomorfluğu ilə səciyyələnən genetik qruplar vardır. Daş kömür, yanar şist yataqlarında – N və P, nadir metal yataqlarında – K və Be, polimetal yataqlarında – Br və Pb, dəmir qrupu elementləri və boksit yataqlarında – Mn və V, duz yataqlarında – Mg və K, uran və manqan yataqlarında – Sr və S, qiymətli daş yataqlarında – Li və Be elementləri indikator kimi iştirak edirlər. Ag mikroelementinin tipomorfluğu səciyyəvidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2006 •••••••••••••••••••• 0.68
2007 ••••••••••••••••••• 0.63
2008 ••••••••••••••• 0.49
2009 •••••••••• 0.32
2010 ••• 0.09
2011 •••••••••••••••••••• 0.69
2012 •••••••• 0.26
2013 ••••••••• 0.29
2015 ••••• 0.17
2020 •••••••••••• 0.40

geokimya sözünün leksik mənası və izahı

geokimya sözünün etimologiyası

geokimya sözünün rus dilinə tərcüməsi

  • 1 геохимия (наука, изучающая состав и химические процессы земной коры)

    Azərbaycanca-rusca lüğət / geokimya
  • 2 I сущ. геохимия (наука о химическом составе Земли и распространении в ней химических элементов) II прил. геохимический

    Azərbaycanca-rusca lüğət / geokimya

geokimya sözünün inglis dilinə tərcüməsi

geokimya sözünün fransız dilinə tərcüməsi

"geokimya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#geokimya nədir? #geokimya sözünün mənası #geokimya nə deməkdir? #geokimya sözünün izahı #geokimya sözünün yazılışı #geokimya necə yazılır? #geokimya sözünün düzgün yazılışı #geokimya leksik mənası #geokimya sözünün sinonimi #geokimya sözünün yaxın mənalı sözlər #geokimya sözünün əks mənası #geokimya sözünün etimologiyası #geokimya sözünün orfoqrafiyası #geokimya rusca #geokimya inglisça #geokimya fransızca #geokimya sözünün istifadəsi #sözlük