geoloq-geofizik sözü azərbaycan dilində

geoloq-geofizik

Yazılış

  • geoloq-geofizik • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kərim Kərimov (geofizik)
Kərim Kərimov (Kərimov Kərim Məmmədxan oğlu; 5 iyun 1933, Ağdam) — geologiya, geologiya-mineralogiya elmləri doktoru, Professor. AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Kərim Kərimov 5 iyun 1933-cü ildə Ağdam şəhərində anadan olub. 1947-ci ilə qədər Ağdam, Ağstafa, Ucar məktəblərində oxuyub, 1952-ci ildə Bakıda orta məktəbi bitirib. Həmin il indiki Neft Akademiyasına daxil olub, 1975-ci ildə oranı "Dağ mühəndisi geofizikası" ixtisası üzrə bitirib. K.Kərimov 1961-ci ildə əyani aspiranturaya daxil olub, 1964-cü ildə elmlər namizədi dissertasiyasını uğurla müdafiə edib. 1978-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə Moskva BAK tərəfindən ona geofizika üzrə professor rütbəsi verilib. 1991-ci ildə Azərbaycan dövətinin Əməkdar Elm Xadimi adına layiq görülüb. 1992–1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tofiq Əhmədov (geofizik)
Tofiq Əhmədov (1947, Dəvəçi rayonu) — dağ-mühəndis geofiziki (1969-cu il), geologiya-mineralogiya elmlər doktoru (2007-ci il), professor (2008-ci il). == Həyatı == 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Güləmli kən­dində anadan olmuşdur. 1964-cü ildə Dəvəçi rayon orta məktəbini gümüş medalla bitirərək, M. Əziz­bəyov adına Neft və Kimya institutuna daxil olub. 1969-cu ildə bu ins­ti­tu­tun geologi-kəşfiyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla institutda saxlanılıb, institutun aspiranturasına daxil olub. 1975-ci ildə dissertasiyanı müdafiə edib, geologiya-mineralogiya elmlər namizədi alimlik dərəcəsi almışdır. == Təhsili və elmi dərəcəsi == dağ-mühəndis geofiziki (1969-cu il), geologiya-mineralogiya elmlər doktoru (2007-ci il), professor (2008-ci il). == Tədqiqat sahəsi == Seysmik kəşfiyyat məlumatlarının emalı və interpretasiyası, seysmik inversiya. == Əmək fəaliyyəti == 1973 — 75-ci illərdə “Geofiziki kəşfiyyat üsulları” kafedrasında mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. 1976 — 77-ci illərdə “Geofiziki kəşfiyyat üsulları” kafedrasının baş elmi işçisi vəzifəsində çalışıb. Bu illər ərzində əvəzçiliklə mühazirələr oxumuş, laboratoriya dərsləri aparmışdır.
Adil Əliyev (geoloq)
Adil Abas Əli oğlu Əliyev (7 sentyabr 1930, Bakı) — neftçi-geoloq, geokimyaçı, vulkanoloq, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı, Əməkdar elm xadimi, AMEA Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, professor. == Həyatı == Adil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspi­ran­tu­raya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geo­kim­yası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktor­luq dissertasiyası müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir. Alim 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir.
Akif Əliyev (geoloq)
Əliyev Akif İsmayıl oğlu (4 fevral 1934, Gəncə – 2 sentyabr 2017, Bakı) — Azәrbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988). == Həyatı == Akif Əliyev 4 fevral 1934-cü ildə Gәncә şəhərində doğulub. 1956-cı ildə Azәrbaycan Sәnaye İnstitutunun geoloji kәşfiyyat fakültәsini bitirmişdir. 1959-cu ilәdәk neft mәdәnlәrindә çalışmışdır. == Elmi fəaliyyəti == 1962–1966-cı illərdə Azәrbaycan SSR EA Geologiya İnstitutunda (indiki Geologiya vә Geofizika İnstitutu) kiçik elmi işçi, 1966–1979-cu illərdə Ümumittifaq Elmi Tәdqiqat vә Layihә Qaz İnstitutunda laboratoriya rәhbәri, 1979–1988-ci illərdə "Dövlәtdәnizneftqazlayihә" İnstitutunda baş geoloq, elmi işlәr üzrә direktor müavini, 1988–1991-ci illərdə Hindistanda Sovet İttifaqı ekspertlәr qrupunun baş mühәndisi vәzifәlәrindә çalışmışdır.1992-ci ildәn ARDNŞ-dә şöbә müdiri, xarici iqtisadi әlaqәlәr üzrә rәis müavini işlәmiş, eyni zamanda AMEA Geologiya vә Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fәaliyyәt göstәrmişdir. Akif Əliyev 200-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya vә kitabın, 10 ixtiranın müәllifidir. SSRİ-nin vә Azәrbaycanın neftqazlılıq vә tektonikasına dair dәrc edilmiş silsilә xәritәlәrin vә atlasların hәmmüәllifidir.
Baba Babazadə (geoloq)
Baba-zadə Baba Qurbanqulu oğlu (25 aprel 1911, Bakı – 18 avqust 1962, Bakı) — geoloq-neftçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1959), geologiya-minerologiya elmləri doktoru (1962), Sosialist Əməyi Qəhrəmanı (1944) == Həyatı == Baba Baba-zadə 25 aprel 1911-ci ildə Bakının Ramana kəndində anadan olub. O, 1923–1929-cu illərdə N.Nərimanov adına Sənaye Texnikumunu, 1934-cü ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Geoloji-kəşfiyyat fakültəsində təhsil alan Baba-zadə mühəndis-geoloq ixtisasına yiyələnib.Baba Baba-zadə 1949-cu ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1962-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. O, 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.Baba Baba-zadə həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs demişdir. Onun "Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturlarının axtarışı" adlı monoqrafiyası 1952-ci ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur.Alimin geoloji-kəşfiyyat və yataqların səmərəli işlənməsi üzrə 80-dən artıq elmi əsəri işıq üzü görmüşdür. Eyni zamanda monoqrafiyalar, kitablar, ayrı-ayrı məqalələr şəklində böyük elmi irs qoymuşdur. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru hazırlanmışdır. Baba Babazadənin adı YUNESKO-nun "Dünya alimlərinin elmi irsi" siyahısına daxil edilmişdir. == Əmək fəaliyyəti == Baba Baba-zadə əmək fəaliyyətinə "Əzizbəyovneft" Neft-Mədən İdarəsində "Qala" neft yatağının tədqiqilə başlayıb. Belə ki, 1936-cı ildə onun rəhbərliyi ilə qazılmış quyunun dərin qatlarından "Qala lay dəstəsi" açılmışdır.
Bəhram Hüseynov (geoloq)
Bəhram Bəhlul oğlu Hüseynov (4 iyun 1956, Bakı – 10 fevral 2023) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti. == Həyatı == Bəhram Hüseynov 1956-cı il iyun ayının 4-də Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirmişdir və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışmışdır. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilmiş, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993–1994-cü illərdə ABŞ-nin Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirmişdir. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışmışdır. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışmışdır.
Cəlil Xəlilov (geoloq)
Cəlil Mustafa oğlu Xəlilov (1900-1976) — geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Cəlil Xəlilov 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsini bitirdikdən üç il sonra elmə gəlmişdir. Cəlil Mustafa oğlu geologiya elminin istiqamətlərindən biri — mikropaleontologiya ilə məşğul olmuşdur. O, ancaq mikrofaunaları müəyyən etməklə yox, həm də onların ekocoğrafi şəraitini, coğrafi yayılmasını, zaman və məkan daxilində təkamülünü və başqa regionlarda yaşamış qohum növləri ilə müqayisəsini tədqiq etməklə bir çox nəzəri, eləcə də praktiki problemləri həll etmişdir. == Ədəbiyyat == Məcid Ə. Bağmanov, Elm fədaisi, böyük alim prof. Cəlil Mustafa oğlu Xəlilov haqqında xatirələrim. Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001. B. Budaqov, GÖRKƏMLİ MİKROPALEONTOLOQ, Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.
Faiq Məmmədov (geoloq)
Faiq Nəzər oğlu Məmmədov (1935) — neftçi-mühəndis, Rusiyanın əməkdar geoloqu. == Həyatı == Faiq Nəzər oğlu 1935-ci ildə Füzuli şəhərində anadan оlub. Əmək fəaliyyətinə 1956-cı ildə başlayıb. Qiyabi olaraq AZNKA-da oxuyub. 1962-ci ildən Komi MSSR-də neft kəşfiyyatı sahəsində çalışmağa başlayıb. 1972-ci ildən Naryan-Mar ekspedisiyasına başçılıq edib. 1976-cı ildə Usin Neft kəşfiyyatı idarəsinə göndərilib. 1978-ci ildən Usin NQKE-nə rəhbərlik edib. "Uxtaneftqazgeologiya" İGV Baş direktoru (1985-2000-ci illər) vəzifəsində işləyib. Faiq Məmmədоv xeyriyyəçilik fəaliyyəti ilə məşğul оlub.
Firdovsi Əliyev (geoloq)
Firdovsi Əliyev (Tam adı:Firdovsi Şamil oğlu Əliyev; d.1937; Azərbaycan, Tovuz, Düzqırıxlı k.) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Firdovsi Əliyev 1937-ci ildə Azərbaycanın Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 1959-cu ildə dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitunun geoloji-kəşfiyyat fakültəsini bitirib. 1959—2002-ci illərdə Azərbaycan Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsində işləmiş və kollektordan gidrogeoloji və mühəndis-geoloji partiyaların rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 1988—2002-ci illərdə Dövlət Geoloji Komitəsinin hidrogeoloji və mühəndisi geologiya idarəsinin baş hidrogeoloqu işləmişdir. 1979-cu ildə "Suvarma şəraitlərində Şirvan düzünün qrunt sularının əmələgəlməsi qanunauyğunluğunun təhlili və rejimlərinin proqnozu" mövzusunda namizədlik, 1995-ci ildə "Texnogenez şəraitlərində Azərbaycan Respublikasının yeraltı sularının rejimlərinin əmələgəlmə qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == F.Ş.Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazilərində hidrogeoloji və mühəndis-geoloji planalma işləri aparılmışdır. Şirin, mineral və termal sularının axtarışı və kəşfiyyatı, onların rejimlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tərəfindən yeraltı suların çirklənməsi və tükənməsinin öyrənilməsi üzrə geoekoloji tədqiqatların aparılması layihəsi işlənib hazırlanmışdır. F.Ş.Əliyev Azərbaycanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ekiloji təmiz yeraltı sularla təchiz olunması problemi ilə məşğul olmuşdur.
Geoloq Əhməd Əhmədov
Əhmədov Əhməd Mahmud oğlu (8 fevral 1910, Göyçay qəzası – 30 avqust 1988, Bakı) — azərbaycanlı neftçi-geoloq. Onun neft və qaz yataqlarının axtarışı və kəşfiyyatına, yataqların səmərəli işləməsinə dair tədqiqat işləri, fikirləri nəşr olunmuş 80-dən artıq məqalədə və monoqrafiyada öz əksini tapmış, bilavasitə iştirakı və rəhbərliyi ilə Neft daşları, Sanqaçal dəniz, Qaradağ, Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı və s. kimi neft, qaz kondensat yataqları kəşf olunmuş və sənaye miqyaslı işlənməyə daxil edilmişdir. == Həyatı == Əhməd Əhmədov 1910-cu il 8 fevralda Zərdab rayonunda anadan olmuşdur. 13 yaşında valideynlərini itirmiş, uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. 1933-cü ildə Azərbaycan Sənaye İnstitunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra istehsalatda mühəndis-geoloq vəzifəsindən başlayaraq Azərbaycan SSR-in Neft Hasilatı Sənayesi Nazirliyinin Baş geoloqu vəzifəsinə qədər yüksəlmişdir. Ə.Əhmədov ölkənin siyası-iqtisadi həyatında fəal iştrak etmiş, dəfələrlə rayon, Bakı şəhəri və Respublika Ali Sovetlərinə deputat seçilmiş, yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür. 30 avqust 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hətəm Quliyev (geoloq)
Hətəm Quliyev (tam adı: Quliyev Hətəm Hidayət oğlu; 6 yanvar 1947, Qaryagin – 21 aprel 2021, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Əməkdar elm xadimi (2018). == Həyatı == Hətəm Quliyev 6 yanvar 1947-ci ildə Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini Mexanika ixtisası üzrə bitirmişdir. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.Hətəm Quliyev 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasında bir sıra vəzifələrdə çalışmışdır. 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında baş elmi işçi vəzifələrini icra etmişdir. Daha sonra 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonra Dağılma mexanikası şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) Geodinamika və Dağ mexanikası şöbəsinin müdiri vəzifələrində çalışmışdır.Hətəm Quliyev 2003-cü ildən ömrünün sonuna kimi AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofızika və geomexanika şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2001-2013-cü illərdə AMEA Yer elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur. == Elmi fəaliyyəti == Hətəm Quliyevin rəh­bər­liyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin və bir sıra respublika təşkilatlarının sifarişi ilə mühüm elmi-texniki layi­­hələr həyata keçirilib. Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələgəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi və bir sıra digər istiqamətlər üzrə mühüm işlər daxildir.Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin baş vermə ardıcıllıqları probleminin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması, Yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturasında dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cismlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir.
Musa Məmmədov (geoloq)
Məmmədov Musa Nəsib oğlu (1940, Gədəbəy – 17 mart 2022, Bakı) ― geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Musa Məmmədov 1940-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1966-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirmişdir. Onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 1 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. 1984-cü ildə "Talışın qələvi-bazalt və qələvi-ultraəsasi formasiyalarının petroloji xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1999-cu ildə "Kiçik Qafqazın və Talışın Üst Təbaşir və Eosen yaşlı maqmatik formasiyalarının petrologiyası və geokimyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adına layiq görülmüşdür. Musa Məmmədov 17 mart 2022-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. == Əmək fəaliyyəti == 1966–2000-ci illərdə — AMEA Geologiya İnstitutu 2000–2014-cü illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru. 2019–2022-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin rəhbəri.
Nizami Cəfərov (geoloq)
Nizami Cəfərov (Cəfərov Nizami Nəcəf oğlu; d. 1957. Təzəkənd, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ) — Qazaxıstan alimi; Geologiya‑mineralogiya elmləri doktoru. “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO‑nun baş direktoru. 2001-ci ildə Moskva Beynəlxalq Mühəndislik Akademiyasının (2001) və Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının (2003) həqiqi üzvü. == Həyatı == Cəfərov Nizami Nəcəf oğlu 1957-ci il iyunun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) “geoloji çəkiliş, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Kustanay vilayətinin Jitikara şəhərində SSRİ Sənaye Tikinti Materialları Nazirliyinin “Sentrgeolnerud” ekspedisiyasının geoloji kəşfiyyat partiyasında əmək fəaliyyətinə başlayıb, geoloq, baş geoloq, 1982-1996-cı illərdə isə partiyanın rəisi işləyib. 1988-1989-cu illərdə Yəmən Ərəb Respublikasına sement xammalı yatağının kəşfiyyatı üzrə müqavilənin texniki direktoru göndərilib. 1996-cı ildən indiyədək N.Cəfərov “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO-nun baş direktorudur.
Oqtay Qasımov (geoloq)
Oqtay Qasımov (azərb. Oqtay Zeynal oğlu Qasımov‎; 10 yanvar 1934, Gəncə – 20 mart 2002) — geoloq. == Həyatı == === Təhsili === 1934-cü il yanvarın 10-da Gəncədə anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, amma buranın bir neçə fakültəsi Azərbaycan Neft-Kimya İnstitununun nəzdinə verildiyinə görə 1958-ci ildə bu təhsil müəssisəsindən məzun olmuşdur. Təyinatla Neft Daşlarına işləməyə göndərilmişdir. == Fəaliyyəti == Neft Daşlarında işə usta köməkçisindən başlamışdı. Estakada və özüllərin qurulmasında fədakarlıqla çalışdı. Bacarığını qiymətləndirib usta işinə irəli çəkdilər. Sonralar ona iş icraçısı, sahə rəisi kimi məsuliyyətli vəzifələri də etibar etdilər. Qum adasında Azərneft qurğuları quraşdırma trestinin 5 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi, sonra rəisi vəzifəsinə irəli çəkildi.
Sabir Əliyev (geoloq)
Sabir Ağakişi oğlu Əliyev (1928, Bakı d.1928; Bakı, Azərbaycan) — Geologiya-mineralogiya elmləri doktoru. Samir Əliyev 1928-ci ildə Bakı şəhərində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya falültəsini bitirib. 1954-cü ildə "Neft və qaz yataqlarının geotermiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-1956-cı illərddə ADU-nun "Neft və qaz geologiyası" kafedrasında dosent vəzifəsində işləyib. 1958-ci ildən Geologiya institunda işləyir. 1968-cı ildən "Geotermiya" laboratoriyasına rəhbərlik edir. 1989-cu ildə "Cənubi Xəzər çökəkliyinin geotermik sahələri və onların neft-qazlılıqla əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Elmi fəaliyyəti Cənubi Xəzər çökəkliyində və onun ətrafında geotermik sahələrin yayılması qanunauyğunluğunu və onların neft-qazlılıqla əlaqəsini öyrənmək, dərinlik istiliyinin xalq təsərrüfatında istifadəsi perspektivliyi, geotermik sahələrin ölçülməsi üçün cihazların və üsulların işlənib hazırlanması və geotermik sahələrin planalması ilə bağllıdır. İlk dəfə olaraq Azərbaycanın depressiya zonalarının neftli-qazlı rayonları üçün yeni üsul ilə temperatur sahələrini və istilik axınlarını əks etdirən istilik axınları xəritəsini tərtib etmişdir.
Surxay İsmayılov (geoloq)
Surxay İsmayılov (15 may 1929, Goranboy rayonu – 26 may 1994, Bakı) — Azərbaycanlı, Balakən rayonunda "Filizçay" polimetal yatağını kəşf edən geoloq. == Həyatı və təhsili == İsmayılov Surxay Yusif oğlu 15 may 1929-cu il tarixində Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində Yusif və Mələk İsmayılovların ailəsində dünyaya gəlmişdir. Böyük qardaşı Gəray (1925-ci il təvəllüdlü) 1943-cü ilin fevralında müharibəyə yollanır və təxminən iki il sonra 1944-cü ilin oktyabrında itkin düşür. Atasız böyüdüklərindən 6 uşaqlı ailənin bütün yükü uzun illər böyük oğul kimi onun üzərinə düşür. Yuxarı siniflərdə ikən müəllim çatışmadığına görə məktəbdə aşağı siniflərə müəllimlik də edir. Orta təhsilini doğma rayonda alan S. İsmayılov 1946-cı ildə A.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Geoloji coğrafiya" fakültəsinə daxil olmuş və 1952-ci ildə oranı geoloq ixtisası alaraq bitirmişdir. O, "Beryaşen pirofillit yatağının minereloji-petroqrafik xarakteristikası" mövzusunda diplom işini uğurla müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1952-ci ildə Qazaxıstan geoloji idarəsində başlayan gənc geoloq 1 il sonra vətənə qayıdır və Mehmanı geoloji partiyasına keçirilir. 1957-ci ildə həmin partiyanın texniki rəhbəri, 1958-ci ildə isə sonradan "Filizçay" adlandırılacaq Balakən geoloq—kəşfiyyat partiyasına rəis təyin edilir. Məhz burada onun rəhbərliyi ilə 1959-cu ildə Avropanın 2-ci böyük polimetal yatağı olan "Filizçay" yatağı kəşf edilir.
Vasif Əliyev (geoloq)
Vasif İsmayıl oğlu Əliyev (d.1929, Azərbaycan, Naxçıvan - ö.1982, Azərbaycan) — Azərbaycanda kolçedan yataqlarının və metasomatitlərin öyrənilməsi sahəsində ilk mütəxəssislərdən biri, geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Əliyev Vasif İsmayıl oğlu 1929-cu ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1952-ci ildə Azərabycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitunun aspiranturasına qəbul olunur. 1952-1957-ci illərdə Azərbaycan EA Geologiya İnstitunda işləmişdir. 1955-ci ildə "Çiraqidzor-Toqanalı filiz sahəsinin kolçedan yataqlarının filizətraflarının dəyişməsi və struktur-tektonik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlamışdır. 1976-cı ildə "Kiçik Qafqazın kolçedan filiz formasiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ömrünün son 5 ili ərzində "Kristalloqrafiya, mineralogiya və geologiya" kafedrasına başçılıq etmişdir. Azərbaycanda kolçedan yataqlarının və metasomatitlərin öyrənilməsi sahəsində ilk mütəxəssislərdən biri olan V.Əliyev Kiçik Qafqazın kolçedan yataqları süxurlarının mineralogiyasını, geokimyasını və filizətraflarını tədqiq etmiş və kolçedan filizlərinin yerləşdiyi perspektivli sahələrin aşkarlanması üçün kriterilər işləyib hazırlamışdır. V.Əliyev 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və bir neçə tədris vəsaitinin müəllifidir.
Çingiz Əliyev (geoloq)
Çingiz Əliyev (Əliyev Çingiz Səid oğlu; d. 21.08.1947, Bakı şəhəri) — Geologiya-mineralogiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Çingiz Əliyev 21 avqust 1947-ci ildə Bakı şəhərində anadan olub. == Təltifləri == "Tərəqqi" medalı == Elmi əsərləri == 1. Long-term in sute monitoring at Dashgil mud volcano, Azerbaijan: a link between seismicity, pore-pressure transients and methane emission. Int J Earth Sci (Geol Rundsch) (2010) 99 (Suppl 1):S227-S240. Achim Kopf, Georg Delisle, Eckhard Faber, Behrouz Panahi, Ibrahim Guliyev. 2. Radio ecological situation in urbanized territories of Azerbaijan Republic (by the example of Absheron Peninsula). ROOMS meeting 19 and 20 October 2011, Freiburg, Germany, p.
İbrahim Quliyev (geoloq)
İbrahim Səid oğlu Quliyev (23 may 1947, Bazar-Korqon rayonu[d], Cəlalabad vilayəti) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), geologiya-mineralogiya üzrə elmlər doktoru (1989), professor(1999), AMEA-nın vitse-prezidenti , Neft və Qaz İnstitutunun direktoru. == Həyatı == İbrahim Quliyev 23 may 1947-ci ildə mayın 23-də Qırğızıstan Respublikasında, Bazar-Kurqan kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. İbrahim Quliyev 1978-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1989-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1999-cu ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. İbrahim Quliyev əmək fəaliyyətinə 1970-ci ildə AEA Geologiya İnstitutunda başlayaraq, böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. O, Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmçinin AMEA-nın vitse-prezidenti vəzifələrində çalışır. == Elmi fəaliyyəti == === Elmi nailiyyətləri === Quliyev İ.S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi - texnoloji prinsipləri şərh edilmiş və uzunmüddətli monitorinq aparılması təşkil edilmişdir.
Əhməd Əhmədov (geoloq)
Əhmədov Əhməd Mahmud oğlu (8 fevral 1910, Göyçay qəzası – 30 avqust 1988, Bakı) — azərbaycanlı neftçi-geoloq. Onun neft və qaz yataqlarının axtarışı və kəşfiyyatına, yataqların səmərəli işləməsinə dair tədqiqat işləri, fikirləri nəşr olunmuş 80-dən artıq məqalədə və monoqrafiyada öz əksini tapmış, bilavasitə iştirakı və rəhbərliyi ilə Neft daşları, Sanqaçal dəniz, Qaradağ, Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı və s. kimi neft, qaz kondensat yataqları kəşf olunmuş və sənaye miqyaslı işlənməyə daxil edilmişdir. == Həyatı == Əhməd Əhmədov 1910-cu il 8 fevralda Zərdab rayonunda anadan olmuşdur. 13 yaşında valideynlərini itirmiş, uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. 1933-cü ildə Azərbaycan Sənaye İnstitunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra istehsalatda mühəndis-geoloq vəzifəsindən başlayaraq Azərbaycan SSR-in Neft Hasilatı Sənayesi Nazirliyinin Baş geoloqu vəzifəsinə qədər yüksəlmişdir. Ə.Əhmədov ölkənin siyası-iqtisadi həyatında fəal iştrak etmiş, dəfələrlə rayon, Bakı şəhəri və Respublika Ali Sovetlərinə deputat seçilmiş, yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür. 30 avqust 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ənvər Həmidov (geoloq)
Ənvər Məhəmməd oğlu Həmidov (17 fevral 1952, Ərəfsə, Sisian rayonu) — SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Mühəndis geologiya və geodeziya şöbəsində geoloq, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru == Həyatı == Ənvər Həmidov 1952-ci il fevralın 17-də Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə kəndində anadan olmuşdur. 0, Ərəfsə kəndində səkkizillik məktəbi 1967-ci ildə bitirdikdən sonra orta təhsilini Naxçıvan şəhərində Əkbər Ağayev adına internat məktəbində 1969-cu ildə başa vurmuşdur. Ənvər Həmidov 1975-ci ildə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək “mühəndis-geoloq” ixtisasına yeni iş yerləriələnmişdir. O, həm də 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Sənaye istehsalının təşkilatçıları” fakültəsində “Sənaye istehsalı təşkilatçısı” ixtisasına yiyələnmişdir. Bundan sonra Ənvər Həmidov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasını bitirmiş və dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adını almışdır. O, bundan əlavə Moskva, Sankt-Peterburq və Voronej Dövlət Universitetlərində ixtisasartırma kursları da keçmişdir. == Fəaliyyəti == Ənvər Həmidov ali təhsili başa vurduqdan sonra təyinatla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Geoloji-kəşfiyyat Ekspedisiyasına işə göndərilmişdir. O, baş texnik-geoloq kimi əmək fəaliyyətinə başlayaraq, tezliklə geoloq, böyük geoloq, baş geoloq və ekspedisiyanın baş mühəndisi vəzifələrində çalışmışdır. O, Naxçıvan Muxtar Respublikası ərazisində müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı işləri ilə məşğul olmuş, həmin işlərin yerinə yetirilməsinə başçılıq etmişdir. Ənvər Həmidov Naxçıvan dərinlik qırılması ətrafında yayılmış üçüncü dövr maqmatik əmələgəlmənin yayıldığı sahələrdə civə, sürmə və nadir elementləri öyrənmiş, Əylis-Qoruqlar sahəsində sürmə, Naxçıvan filizli dərinlik qırılmasının perspektivli sahələrində kompleks faydalı qazıntılar, Paradaş çökəkliyinin mərkəzi hissəsində polimetal, Naxçıvançayın yuxarı hissəsində yerləşən Batabat sahəsində qızıl və kompleks filiz yataqları, Sakkarsu və Nəsirvaz sahələrində mis-molibden yataqlarının axtarışında, geoloji-kəşfiyyat işlərinin aparılmasında yaxından iştirak etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#geoloq-geofizik nədir? #geoloq-geofizik sözünün mənası #geoloq-geofizik nə deməkdir? #geoloq-geofizik sözünün izahı #geoloq-geofizik sözünün yazılışı #geoloq-geofizik necə yazılır? #geoloq-geofizik sözünün düzgün yazılışı #geoloq-geofizik leksik mənası #geoloq-geofizik sözünün sinonimi #geoloq-geofizik sözünün yaxın mənalı sözlər #geoloq-geofizik sözünün əks mənası #geoloq-geofizik sözünün etimologiyası #geoloq-geofizik sözünün orfoqrafiyası #geoloq-geofizik rusca #geoloq-geofizik inglisça #geoloq-geofizik fransızca #geoloq-geofizik sözünün istifadəsi #sözlük