Amerika Neftçi Geoloqlar Assosiasiyası
Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən böyük geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Talsada, Oklahomada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ-dan kənarda yaşayır.
ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir.
ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ kosmonavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.