* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [yun.] Fiziki coğrafiyanın, yer səthinin relyefini və onun inkişaf tarixini öyrənən bəhsi.
Azərbaycan dilinin izahlı lüğəti / geomorfologiya2 (yun.qe-Yer, morphe-forma və loqos-elm, öyrənmə) quruda, okean və dənizin dibində yer səthinin relyefini, onların mənşəini, zahiri əlamətlərini, təkamülünü və coğrafi yayılmalarının qanunauyğunluqlarını öyrənən elm. G. Ümumi, regional, tətbiqi və planetar sahələrə ayrılır. 1. Ümumi G. endogen və ekzogen qüvvələrin təsiri nəticəsində yaranmış relyef formalarının bütün müxtəlifliklərini öyrənir, geomorfoloji tədqiqatların, xəritələşdirmənin, geomorfoloji planalmanın üsullarını müəyyən edir. Relyefin xarici əlamətləri ilə morfoqrafiya, onların kəmiyyətcə səciyyələndirilməsi ilə isə morfometriya məşğul olur. Ümumi G. struktur G. və iqlim G. ayrılır. 2. Regional G. geomorfoloji rayonlaşma məsələsinə baxır, hər-hansı konkret ərazidə relyef formalarının morfologiyasını, mənşəyini, yaşını və coğrafi yayılmasının xüsusiyyətlərini təhlil edərək onları öyrənir. Relyefin təkamülünü təhlil etmək yolu ilə onun paleogeomorfologiyası, yəni hər-hansı keçmiş konkret dövrün relyefi bərpa edilir. 3. Tətbiqi G. relyef və relyefəmələgətirici proseslərlə əlaqədar olan müxtəlif praktiki məsələlərin (səpinti yataqların, neftli-qazlı strukturların, qeyri-struktur neft yataqlarının, torpaqların eroziyası, karstların, sahillərin mənimsənilməsi,hidrotexniki istifadə üçün dərələrin tədqiqi və b.)həlli ilə məşğul olur. 4. Planetar G. və ya planetologiya-bir planet kimi bütövlükdə Yerin relyefinin xüsusiyyətlərini öyrənməklə məşğul olur. G. geomorfoloji, eləcə də qonşu elmi metodlardan-geoloji, hidroqrafik, bioloji, riyazi və b. istifadə edilir. геоморфология geomorphology of land
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / geomorfologiya1 yun. geo – Yer + yun. morphe – forma + yun. logos – elm
Azərbaycan dilinin etimologiya lüğəti / geomorfologiya