Georgiy sözü azərbaycan dilində

Georgiy

Yazılış

  • Georgiy • 97.5000%
  • georgiy • 2.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası
Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası — Bolqarıstanın Varna şəhərində yerləşən rəsm qalereyası. 12 yanvar 1944-cü il tarixli sərəncamla yerli rəssamlar və fərdi şəxslərin hədiyyə etdiyi əsərlər əsasında yaradılmışdır. Kiril Şivarov, Konstantin Ştırkelov, Aleksandr Dyakoviç qalereya təsisçilərindən idilər. 1988-ci ildən etibarən XIX əsrin sonlarında Genço Knev tərəfindən inşa edilmiş kişi gimnaziyasının yenidən qurulmuş binasında yerləşir. 1999-cu ildən bəri rəssam Boris Georgiyevin adını daşıyır. Qalereya ümumi sahəsi 3000 m² olan 3 mərtəbəni əhatə edir. Burada rəssamlıq, qrafika və heykəltaraşlıq əsərləri yerləşir. Qalereyada 17-ci əsr flamand rəssamı Anselm van Hulenin 9 rəsm əsəri, 1648-ci ildə Vestfaliya sülh müqaviləsini imzalayan ölkələrin nümayəndələrinin portretləri, habelə Mixail Boruçinskinin 1911–1912-ci illərdə çəkdiyi "Vladislav Varnençikin döyüşü" əsəri var.Qalereyada Beynəlxalq Qrafika Biennalesi keçirilir. Qalereya həmçinin "İncəsənətdə avqust" Vizual Sənətlər Festivalının həmtəsisçisidir. Üçüncü, ən üst mərtəbədəki zalda "Varna Yayı" Beynəlxalq Musiqi Festivalının konsertləri, teatr tamaşaları və moda nümayişləri göstərilir.
Cənubi Georgiya
Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həmdə Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır. == Ümumi məlumat == Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur.
Cənubi Georgiya və Cənubi Sandviç adaları
Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sandviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir. == Coğrafiyası == Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sandviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir. == Cənubi Georgiya == Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.
Georgi Georgiyev
Georgi Georgiyev (4 fevral 1933, Leninqrad) — rus molekulyar bioloqu. Lenin mükafatı, SSRİ Dövlət mükafatı və Rusiya Federasiyası Dövlət mükafatı laureatı.
Georgiya Şihan
Georgiya Şihan (d. 10 iyul 1999) — Avstraliyalı suya tullanan. Georgiya Şihan Avstraliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Georgiya Şihan birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 238.25 xal toplayaraq 9-cu yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Şihan 244.20 xal toplayaraq 8-ci oldu və yarışı medalsız başa vurdu.
Georgiyevsk
Georqiyevsk — Rusiya Federasiyasında yerləşən şəhər. Stavropol diyarına daxildir.
Georgiyevsk müqaviləsi (1783)
Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə. == XVII-XVIII əsrlərdə Gürcüstanda ictimai-siyasi vəziyyət == XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyl edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyl getdikcə güclənməyə başladı.
Georgiyevsk müqaviləsi (1802)
Georgiyevsk müqaviləsi — 1802-ci il 26 dekabrda Rusiya ilə Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları arasında imzalanmış müqavilə. == Haqqında == Rusiya hökmdarı I Aleksandr (1801-1825) atası I Pavel kimi, ilk illər Rusiyanın himayəsi altında Şimali Qafqaz birliyi yaratmağa çalışırdı. Onun tapşırığı ilə Sisianov xanlarla danışıqlar aparmağa başladı. Görüş yeri üçün Georgiyevsk şəhəri seçildi. Burada Quba, Bakı, Lənkəran xanları, Dağıstan hakimlərindən Tarku şamxalı, Qaraqaytaq usmisi, Tabasaran və b. yerlərin başçıları toplanmalı idi. 1802-ci il 2 sentyabra təyin edilmiş görüş baş tutmadı. Bu görüşü yalnız 1802-ci ilin dekabr ayında keçirmək mümkün oldu. Görüşdə Quba, Dərbənd və Lənkəran xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq usmisi və başqa dağlı hakimləri iştirak edirdilər. Bakı xanı görüşə gəlmədi.
Georgiyevsk rayonu
Georgiyevsk rayonu (rus. Александровский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Georgiyevsk şəhəridir. Əhalisi 164 433 nəfərdir (2020). == Coğrafiyası == Georgievsk rayonu praktik olaraq Stavropol diyarının cənub hissəsində, Şimali Qafqazın coğrafi mərkəzində yerləşir. Mövcud vəziyyəti olduqca əlverişli iqtisadi və coğrafi mövqedədir. Georgievsk kifayət qədər güclü nəqliyyat mərkəzidir. Tarixən dəmir yolları və magistral yollar, Kuma vadisi və Podkumka vadisi boyunca gedən kommunikasiyalar buna yönəlmişdir. Birbaşa qonşu respublikalarla həmsərhəd olmayan ərazi, Şimali Qafqazın və dağ respublikalarının etnomədəni məkanlarının qovşağında yerləşir. Hal-hazırda sahəsi 1919,8 km² ərazini əhatə edir.
Georgiyevsk traktatı
Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə. == XVII-XVIII əsrlərdə Gürcüstanda ictimai-siyasi vəziyyət == XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyl edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyl getdikcə güclənməyə başladı.
Georgiyevsk traktatı (1802)
Georgiyevsk traktatı — 1802-ci il dekabrın 26-da Georgiyevsk şəhərində Rusiya ilə Quba, Talış xanları və Dağıstanın bəzi feodalları arasında bağlanmışdır. Sentyabr-dekabr aylarında Rusiya himayəsini qəbul etmək haqqında aparılmış danışıqlarda Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı general Karl Knorrinq, Quba və Talış xanlarının nümayəndələri, həmçinin Tarki şamxalı, Qaraqaytaq usmisi, Tabasaran hakimi və digər Dağıstan hakimləri iştirak edirdi. Öz xahişlərinə görə Rusiya himayəsinə qəbul olunan Quba və Talış xanları, həmçinin Dağıstan feodal hakimləri, İran hücum edəcәyi təqdirdə ona qarşı çıxaraq Rusiya ilə birgə fəaliyyət göstərməyi, Cənubi Qafqazda ticarətin və Xəzərdə gəmiçiliyin inkişafına şərait yaratmağı, bir-birinə hücum etməməyi, daim ittifaqda, dostluqda olmağı öhdələrinə götürdülər.Traktat Azərbaycan və Dağıstanda Rusiyanın nüfuzunun güclənməsinə şərait yaratdı. Beləliklə çar hökuməti Azərbaycan xanlıqlarının ərazilərini zəbt etmək üçün hazırlıqlara başladı.
Kira Georgiyevna Andronikaşvili
Kira Georgiyevna Andronikaşvili (rus. Ки́ра Гео́ргиевна Андроникашви́ли, gürc. კირა გიორგის ასული ანდრონიკაშვილი, Andronikaşvili-Pilnyak; 16 iyun 1908, Tiflis – 24 fevral 1960, Tbilisi, SSRİ) — Sovet aktrisası və kinorejissor. Gürcüstan SSR əməkdar artisti (1959). Knyaz qızı. == Həyatı == O, Andronikovlar knyaz nəslindən idi. Kino sənayesinə təsadüfən düşən bacısı Natonun yolu ilə gedərək kinematoqrafla məşğul olmağa başladı. 1923—1928-ci illərdə Gürcüstan Kino Sənayesinin aktrisası olmuşdur, 1929—1931-ci illərdə "Vostokfilm" kinostudiyasının aktrisası və rejissor köməkçisi idi. 1936-cı ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsini (Sergey Eyzenşteynin emalatxanası) bitirdi. Rejissor köməkçisi ("Soyuzdetfilm") və dublyaj rejissoru ("Gürcüstan-Film") kimi fəaliyyət göstərmişdir.
Qabriela Georgiyeva
Qabriela Georgiyeva (d. 16 iyun 1997) — Bolqarıstanlı üzgüçü. Qabriela Georgiyeva Bolqarıstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Qabriela Georgiyeva birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:18.69 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 28-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Viktoriya Georgiyeva
Viktoriya Georgiyeva (bolq. Виктория Георгиева; 21 sentyabr 1997, Varna) — Bolqarıstan müğənnisi və bəstəkarı. 25 noyabr 2019-cu il tarixində Bolqarıstanın BNT telekanalı Viktoriyanın ölkəni Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. == Həyatı və musiqi karyerası == Viktoriya Georgiyeva 11 yaşından oxumağa başlamışdır. Bir müddət sonra o "Angel Voices" vokal studiyasında müəlliməsi Atanaska Lipçevadan dərs almağa başlamışdır. Georgiyeva Bolqarıstanın X Factor yarışmasının dinləmələrinə qatılmış, lakin az yaşlı olması səbəbindən ilkin mərhələni adlaya bilməmişdir.2015-ci ildə o X Factor yarışmasına qatılmağa nail olmuşdur. Viktoriya yarışmanın 9-cu həftəsində şounu tərk etmişdir. X Factor-da qələbə qazana bilmədiyi halda Viktoriya Virginia Records albom şirkəti tərəfindən təklif almış, lakin ifaçı təklifdən imtina etmişdir. 2016-cı ildə isə o Monte Music şitkəti ilə müqavilə imzalamışdır. Həmin ilin iyun ayında Viktoriyanın debüt sinqlı "Nishto Sluchayno" təqdim olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2006 ••• 0.23
2007 ••• 0.21
2009 •• 0.16
2010 •• 0.09
2011 ••••••• 0.60
2013 •• 0.15
2014 •• 0.17
2015 •••••• 0.51
2016 •••••••••••••••••••• 1.74
2017 •••• 0.33
2018 •••• 0.30
2019 •• 0.14
2020 •••• 0.27

Oxşar sözlər

#georgiy nədir? #georgiy sözünün mənası #georgiy nə deməkdir? #georgiy sözünün izahı #georgiy sözünün yazılışı #georgiy necə yazılır? #georgiy sözünün düzgün yazılışı #georgiy leksik mənası #georgiy sözünün sinonimi #georgiy sözünün yaxın mənalı sözlər #georgiy sözünün əks mənası #georgiy sözünün etimologiyası #georgiy sözünün orfoqrafiyası #georgiy rusca #georgiy inglisça #georgiy fransızca #georgiy sözünün istifadəsi #sözlük