geosinklinal sözü azərbaycan dilində

geosinklinal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • geosinklinal • 71.4286%
  • Geosinklinal • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Geosinklinal
Geosinklinal — tektonikanın ən mühüm anlayışlarından olub, yer qabığının nisbətən mütəhərrik və sabit vilayətlərinin bir-birinə qarşı qoyulması nəticəsində meydana çıxmışdır. Geosinklinal haqqında təlimin əsasları kimi bu termin yüksək mütəhərrik, geodinamik gərginliyin təzadlı dəyişməsi, çöküntülərin böyük qalınlığı (10–25 km), yer qabığının əhəmiyyətli dərəcədə parçalanması və yüksək keçiriciliyi, aktiv maqmatizm və metamorfizmlə səciyyələnən zona kimi başa düşülür; geosinklinal inkişafı ilə sıx bağlı olan yer qabığının xətti uzanmış, qövsvari və ya mozaik qurulmuşlu zonalarıdır; inkişafın başlanğıc mərhələsində geosinklinal gömülmənin üstünlüyü (geosinklinal mərhələnin özü) və dəniz şəraitləri ilə, yekun mərhələsində isə qalxmaların (orogen mərhələ) və dağəmələgəlmənin üstünlüyü ilə səciyyələnir; həmçinin fiziki halı intensiv qırışıqəmələgətirmə proseslərinə şərait yaradan plastik zonalardır. Geosinklinal yer qabığı və üst mantiyanın quruluşu və qalınlığı xeyli dəyişkən olub kəskin qravitasion anomaliyalar və xətti anomaliyalı maqnit sahələri ilə səciyyçələnir. Müasir (və çox güman, qədim) geosinklinal yüksək seysmikliklə fərqlənir. Geosinklinal nəzəriyyəsinin müasir tektonikaya böyük təsiri çoxsaylı terminlərin olmasında da özünü göstərir. Bu terminlərdən başlıcaları bunlardır: Geosinklinal sistem, Geosinklinal vilayət, Geosinklinal mütəhərrik qurşaq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Qrampian geosinklinalı

geosinklinal sözünün leksik mənası və izahı

  • 1 geosinklinal qurşaq daxilində dənizin dibində əmələ gəlmiş adətən qırılmalarla əhatələnən çökmə və vulkanik süxurlarla doldurulmuş, on və yüz kilometrlərlə uzanan, yer qabığının dar və dərin çökəkliyi. Uzun sürən intensiv tektonik deformasiyalar nəticəsində dağ qurumunun bir hissəsinə, mürəkkəb qırışıqlıq strukturaya çevrilir. геосинклиналь geosyncline

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / geosinklinal

geosinklinal sözünün etimologiyası

"geosinklinal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#geosinklinal nədir? #geosinklinal sözünün mənası #geosinklinal nə deməkdir? #geosinklinal sözünün izahı #geosinklinal sözünün yazılışı #geosinklinal necə yazılır? #geosinklinal sözünün düzgün yazılışı #geosinklinal leksik mənası #geosinklinal sözünün sinonimi #geosinklinal sözünün yaxın mənalı sözlər #geosinklinal sözünün əks mənası #geosinklinal sözünün etimologiyası #geosinklinal sözünün orfoqrafiyası #geosinklinal rusca #geosinklinal inglisça #geosinklinal fransızca #geosinklinal sözünün istifadəsi #sözlük