Gibs sözü azərbaycan dilində

Gibs

Yazılış

  • Gibs • 87.5000%
  • gibs • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dendrobium gibsonii
Dendrobium gibsonii (lat. Dendrobium gibsonii) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Drosera gibsonii
Drosera gibsonii (lat. Drosera gibsonii) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Gibson
Gibson — mərkəzi ABŞ-də yerləşən gitara istehsal edən şirkətdir. Firmanın məhsulunu həmçinin Epiphone, Kramer Guitars, Valley Arts, Tobias, Steinberger və Kalamazoo markalarının altında da görmək olar. Gibson şirkəti gitaralardan başqa piano (Baldwin Piano), baraban və əlavə avadanlıqlar da hazırlayır. 1890-cı illərin sonunda şirkətin yaradıcısı Orvil Qibson, Kalamazu (Miçiqan ştatı) şəhərində mandolinlərin istehsalına başladı. Skripka görünüşünə bənzər, lakin qabarıq gövdəyə sahib bu gitara, həmçinin "arktop" kimi də tanınırdı. 1930-cu ildə şirkət daha yastı gövdəyə və içiboş korpusa sahib gitaraların istehsalına başladı. Bu gitaraları Çarli Krisçen məşhurlaşdırdı. 1950-ci illərin əvvəllərində Gibson şirkəti ilk bütöv gövdəyə sahib gitara olan Les Paul modelinin istehsalına başladı. 1960-cı ildə Gibson şirkəti Norlin Korporasiyasının sahibi oldu. Şirkətin və məhsulun keyfiyyətinin müvəffəqiyyəti 1986-cı ilə qədər kəskin pisləşməyə başladı.
Gibson Leveri
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. == Həyatı == Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
Gibson səhrası
Gibson səhrası (ing. Gibson Desert) — Avstraliyanın Qərbi Avstraliya ştatı ərazisində yerləşən səhra. Şimaldan Böyük Qumlu səhra, cənubdan isə Böyük Viktoriya səhrası ilə əhatələnmişdir. Səhranın sahəsi 155 530 km² təşkil edir. Əsasən şeben adlı suxurlarla örtülmüşdür. Bölgəni ilk tətqiq etmiş səyyahlar səhranı «böyük təpəli səhra» adlandırmışdır. Səhrada orta hündürlük 411 m, şərq hissədə isə maksimal mündürlük 762 metrdir. Bu yüksəkliklər əsasən qranit və ya qumdan ibarətdir. Səhra qərbdən Hamersli silsiləsi ilə əhatələnir.. Qərb hissədə çoxlu sayda göl vardır.
Mel Gibson
Mel Kolmsil Cerard Gibson (ing. Mel Colm-Cille Gerard Gibson; 3 yanvar 1956[…]) — Avstraliya-Amerika əsilli kinoaktyor, rejissor, ssenarist və prodüserdir. == Həyatı == Mel Gibson 3 yanvar 1956-cı ildə ABŞ-nin Nyu-York ştatının Pikskil şəhərində anadan olmuşdur. Ailədə 11 uşaqdan 6-cısı idi. Atası Hatton Gibson dəmiryolu konduktoru kimi çalışırdı. Mel doğulduqdan dərhal sonra ailə Avstraliyanın Yeni Cənubi Uels əyalətinə köçür. Məktəbi bitirdikdən sonra Sidney şəhərində yerləşən Yeni Cənubi Uels Universitetində təhsil almışdır. == Şəxsi həyatı == 7 iyun 1980-ci ildə Robin Mur ilə ailə həyatı qurmuşdur. 2006-cı ilin avqustunda cütlük ayrı yaşamağa başladı və 2009-cu il aprelin 13-də Robin boşanmaq üçün məhkəməyə müraciət etdi. Aprelin 28-də Mel Gibson "X Adamlar: Rosomaxa" filminin açılış mərasiminə rus pianoçusu Oksana Qriqoryeva ilə birlikdə gəldi və mayın 26-da Cey Lenonun televiziya şousunda Oksanadan uşağı olacağını etiraf etdi.
Ricinus gibsonii
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Senecio gibsonii
Senecio gibsonii (lat. Senecio gibsonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Uilyam Gibson
Vilyam Ford Gibson (ing. William Ford Gibson; 17 mart 1948[…]) — 1967-ci ildən Kanadada yaşayan və ikili vətəndaşlığı olan ABŞ-Kanadalı fantast yazıçı. 1980-ci illər ədəbiyyatının janr simasını müəyyənləşdirən kiberpank üslubunun banisi hesab olunur. Onun "Kiberməkan" ("Neyromant", «Qraf Nol», «Mona Liza Overdrayv») trilogiyası milyonlarla oxucunu cəlb etmişdir. Gibsonun bəzi əsərləri Bryus Sterlinq ilə birlikdə işlənib hazırlanmışdır. Müasir Amerika ədəbiyyatının ən yaxşı stilistlərindən biridir. "Hüqo" və "Nebula" mükafatların laureatı, Filip Kindred Dik Mükafatçısı (1985). == Bioqrafiyası == 17 mart 1948-ci ildə Konuey şəhərində (Cənubi Karolina) anadan olub. 13 yaşında, anasından gizli olaraq, bit cərəyanı yazarların — Cek Keruak, Vilyam Berrouz və başqalarının bir sıra kitablarını satın almış, bu da onun ədəbiyyat və həyat haqqında fikirlərinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Bütün vaxtını otağında oxumasına sərf etsə də, basketbol təmayüllü məktəbdə təhsil alırdı.
Vilyam Gibson
Vilyam Ford Gibson (ing. William Ford Gibson; 17 mart 1948[…]) — 1967-ci ildən Kanadada yaşayan və ikili vətəndaşlığı olan ABŞ-Kanadalı fantast yazıçı. 1980-ci illər ədəbiyyatının janr simasını müəyyənləşdirən kiberpank üslubunun banisi hesab olunur. Onun "Kiberməkan" ("Neyromant", «Qraf Nol», «Mona Liza Overdrayv») trilogiyası milyonlarla oxucunu cəlb etmişdir. Gibsonun bəzi əsərləri Bryus Sterlinq ilə birlikdə işlənib hazırlanmışdır. Müasir Amerika ədəbiyyatının ən yaxşı stilistlərindən biridir. "Hüqo" və "Nebula" mükafatların laureatı, Filip Kindred Dik Mükafatçısı (1985). == Bioqrafiyası == 17 mart 1948-ci ildə Konuey şəhərində (Cənubi Karolina) anadan olub. 13 yaşında, anasından gizli olaraq, bit cərəyanı yazarların — Cek Keruak, Vilyam Berrouz və başqalarının bir sıra kitablarını satın almış, bu da onun ədəbiyyat və həyat haqqında fikirlərinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Bütün vaxtını otağında oxumasına sərf etsə də, basketbol təmayüllü məktəbdə təhsil alırdı.
Ceyms Cerom Gibson
Ceyms Cerom Gibson (ing. James Jerome Gibson) 27 yanvar 1904, Mak-Konnelsvill[d], Ohayo – 11 dekabr 1979, İtaka[d], Nyu-York ştatı – ABŞ psixoloqu və filosofu. == Fəaliyyəti == 1928–1949-cu illərdə Smitt kollecində, 1949–1972-ci illərdə Kornell universitetində dərs demişdir. Daha çox realizmə bağlılığı və görmə qavrayışı sahəsində eksperimental tədqiqatları ilə tanınmışdır. "Görülən dünyanı qavrama" (1950) əsərində göstərirdi ki, qavrayış beyində assosiasiyalarla, yaxud informasiyanın emalı ilə şərtlənmir, bilavasitə baş verir. O sübut edirdi ki, dünyanın vəziyyətini müəyyən edən informasiya axtarışı prosesində konkret fərdin dinamik dünyasını araşdırmaq lazımdır. Bu müddəanı "Duyğu orqanları qavrayış sistemi kimi" (1966), "Görmə qavrayışına ekoloji yanaşma" (1979) əsərlərində inkişaf etdirmişdir. Gibsonun ardıcılları Beynəlxalq ekoloji psixologiya cəmiyyətini yaratmışdılar.
Eleanor Cek Gibson
Eleanor Cek Gibson (ing. Eleanor J. Gibson) 7 dekabr 1910, Peoriya[d], İllinoys – 30 dekabr 2002, Kolumbiya[d] – ABŞ psixoloqu. 1931-1949-cu illərdə Smit kollecində dərs demişdir. "Perseptiv öyrənmə və inkişafın prinsipləri" (1969) əsərində göstərirdi ki, perseptiv öyrənmə faydalı informasiyalarda sensor stimulyasiyanın əvvəllər buraxılmış imkanlarının yenidən qurulma mexanizminin reallaşdırılması üsuludur. Ən mühüm əsərlərindən biri "Oxu psixologiyası"dır (1975).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.36
2011 ••••• 0.09

Oxşar sözlər

#gibs nədir? #gibs sözünün mənası #gibs nə deməkdir? #gibs sözünün izahı #gibs sözünün yazılışı #gibs necə yazılır? #gibs sözünün düzgün yazılışı #gibs leksik mənası #gibs sözünün sinonimi #gibs sözünün yaxın mənalı sözlər #gibs sözünün əks mənası #gibs sözünün etimologiyası #gibs sözünün orfoqrafiyası #gibs rusca #gibs inglisça #gibs fransızca #gibs sözünün istifadəsi #sözlük