Gilança sözü azərbaycan dilində

Gilança

Yazılış

  • Gilança • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gilançay
Gilançay — Araz çayının sol qolu. Ordubad rayonundan axır. == Ümumi məlumat == Uzunluğu 53 km, hövzəsinin sahəsi 426 km²-dir. Zəngəzur silsiləsinin cənub-qərb yamacından (2700 m) başlayır. Boğazyurd və Qaranlıqdərə çaylarının birləşməsindən əmələ gəlir. Yerli əhali çayı (Sağarsu qolu qovuşana qədər) Əyriçay adlandırır. Sululuğuna görə Naxçıvan Muxtar Respublikasının üçüncü çayı hesab edilir. Başlıca qolları, soldan Sağarsu, Naservançay, Para-ğaçay (hövzəsində dəmir filizi çıxarılır), sağdan Arxadərə çaylarıdır. Çayın illik axımının 48%-i qar, 12%-i yağış, 40%-i isə yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qar suları hesabına daşqınlar olur.
Gilançay (Ordubad)
Gilançay — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gilançay kəndi Parağa kənd inzibati ərazi dairəsi tərkibindən aynlaraq, bu kənd mərkəz olmaqla, Gilançay kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Rayonun mərkəzindən 31 km şimal-qərbdə, Gilançayı sol sahilində, Ordubad-Xurs avtomobil yolunun sol tərəfində yerləşir. Əhalisi bağçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, kulubu, tibb məntəqəsi var. Gənzə -Ordubad rayonunda kənd.Ordubad şəhər bələdiyyəsinin tərkibindədir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi və məscidi var. == Əhalisi == Əhalisi 314 nəfərdir.
Gilançay (dəqiqləşdirmə)
Gilançay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda çay. Gilançay (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.
Gilançay körpüsü
Gilançay körpüsü - Orta əsrlər zamanı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində Gilançay üzərində inşa edilmiş və ərazidən keçən ticarət karvanlarına xidmət etmiş körpülərdən biridir. == Coğrafi mövqeyi == Ordubad rayonunun Gilançay kəndindən bir az şimalda yerləşir və hazırda ancaq bir dayağı qalıb. == Memarlıq quruluşu və tikinti materialı == Qalıqlarına əsasən məlum olur ki, körpü yonulmamış iri daşlardan əhəng məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Körpüdən qalan dayağa əsasən deyə bilərik ki, onun bəzi yerləri yonulmuş daşlarla üzlənmişdir. Gilançay kəndi bu körpünün salınmasından bir neçə əsr sonra, əvvəllər Biləv kəndinə məxsus biçənək sahələri və mal qışlağı olan ərazidə məskunlaşan biləvlilərin hesabına XX yüzilliyin əvvəllərində yarandığı üçün, əslən Biləvdən olan və Biləvin təbiətinə, toponimikasına, tarixinə və etnoqrafiyasına sanballı əsər həsr etmiş H.Aslanlı bu körpünü Biləv kəndi ərazisində yaradılan ikinci körpü kimi təqdim edir . Şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına və bu yolla gedib gələn insanlara xidmət edən körpü kifayət qədər böyük olmuşdur. Orta əsrlər dövrünə xas üslubda tikilmiş, tikinti texnikasına görə bölgədəki digər körpülərlə eyniyyət təşkil edən körpünün uzunluğu təxminən 60 metr, eni 3 metr, hündürlüyü 6-7 metr olmuşdur. Körpü uzun müddət ticarət karvanlarının rahat hərəkətini təmin etmiş, lakin sonralar çay daşqınları nəticəsində dağıntıya məruz qalmışdır . == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri.

Oxşar sözlər

#gilança nədir? #gilança sözünün mənası #gilança nə deməkdir? #gilança sözünün izahı #gilança sözünün yazılışı #gilança necə yazılır? #gilança sözünün düzgün yazılışı #gilança leksik mənası #gilança sözünün sinonimi #gilança sözünün yaxın mənalı sözlər #gilança sözünün əks mənası #gilança sözünün etimologiyası #gilança sözünün orfoqrafiyası #gilança rusca #gilança inglisça #gilança fransızca #gilança sözünün istifadəsi #sözlük