* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •• | 0.39 |
2004 | •• | 0.34 |
2005 | •••••••••••• | 2.70 |
2006 | •••••••••••••••••••• | 4.73 |
2007 | ••••••••• | 1.90 |
2008 | ••••••••••••• | 2.92 |
2009 | ••••••••••• | 2.40 |
2010 | •••• | 0.91 |
2011 | ••••••••••• | 2.57 |
2012 | ••••••••• | 2.07 |
2013 | ••••••••••••• | 2.92 |
2014 | ••• | 0.69 |
2015 | ••••••••••••• | 2.89 |
2016 | •••••••••••••••••••• | 4.69 |
2017 | ••••••• | 1.63 |
2018 | •••••••• | 1.80 |
2019 | ••••••••• | 2.09 |
2020 | •••••••• | 1.72 |
1 [yun.] Klassik dillərin tədrisinə üstünlük verilən orta məktəb. Knyaza gimnaziyanın köhnə və sərt qaydaları çox ağır gəlir. F.Köçərli. Bahadır … gimnaziyanı qurtarandan sonra yenə oxumaqdan əl çəkməyib istədi ki, atasından adına qalan yeri ucuz qiymətə satıb universitetə getsin. N.Nərimanov. Hacı Əsgərin iki oğlu … gimnaziyada oxuyurlar. S.M.Qənizadə.
Azərbaycan dilinin izahlı lüğəti / gimnaziya1 Demək olar ki, qədim dünyanın heç bir xalqı bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə – əqli, fiziki və mənəvi inkişafda mükəmməlliyə çatmalıdır. Müxtəlif oyunlar və məşqlər vacib sayıldığından, təbii ki, bu yarışlara hazırlaşmaq üçün xüsusi ayrılmış yerlər olmalı idi. Yunanlar paltar bədənlərini narahat etməsin deyə bədən tərbiyəsi və idmanla çılpaq məşğul olurdular. Bu səbəbdən də yunanların fiziki hazırlıqla məşğul olduqları yer “gymnasion” (latınca “gymnasium” yazılırdı), yəni “çılpaq şəkildə məşq etmək üçün yer” adlanırdı. Yunanlar həm bədəni, həm də əqli inkişaf etdirməyin vacib olduğunu hesab etdiklərindən gimnaziya qaçış və ağırlıq qaldırmaq üçün nəzərdə tutulan yerdən daha vacib bir məkana çevrildi. Bura toplaşan insanlar fəlsəfi və elmi mövzularda söhbət etməyi sevirdilər. Beləliklə, gimnaziyalar tezliklə həm məşq üçün ayrılan yer, həm də məktəb sayılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / gimnaziya2 I сущ. гимназия (общеобразовательное среднее учебное заведение в царской России и в некоторых зарубежных странах, ныне и в Азербайджанской Республике). Kişi gimnaziyası мужская гимназия, qadın gimnaziyası женская гимназия, klassik gimnaziya классическая гимназия (гимназия, в учебном плане которой видное место занимали классические языки – латинский и греческий), real gimnaziya реальная гимназия (гимназия, в учебном плане которой преобладают естественные науки) II прил. гимназический. Gimnaziya təhsili гимназическое образование, gimnaziya kursu гимназический курс
Azərbaycanca-rusca lüğət / gimnaziya1 i. grammar school, high school, gymnasium; ◊ klassik ~ classic school, classical education gymnasia
Azərbaycanca-ingiliscə lüğət / gimnaziya