girdəyarpaq sözü azərbaycan dilində

girdəyarpaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • girdəyarpaq • 66.6667%
  • Girdəyarpaq • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Girdəyarpaq birgöz
Girdəyarpaq birgöz (lat. Ligustrum ovalifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya və Koreyadır. Fransa, İspaniya, İtaliya, Meksika, Kosta-Rika, Qvatemala, Honduras, Kanadanın Ontario əyaləti, ABŞ və Böyük Britaniyada yayılmışdır. == Botaniki təsviri == İsti rayonlarda həmişəyaşıl və ya yarımhəmişəyaşıl koldur. Hündürlüyü 3-4 m-dir. Qalın, ətli yarpaqların üstü yaşıl, alt tərəfi yaşıl-sarıdır. Yayın ortalarında çiçəkləyir, bol ağ çiçəklərinin güclü qoxusu vardır. Çiçəkləri süpürgəyə yığılmışdır. Onların dörd qıvrım ləçəkləri və iki hündür, sarı və ya qırmızı tozcuğu olan erkəkcikləri vardır və onların arasında alçaq dişicik yerləşir; çiçək mayalandıqdan sonra ləçəkləri və erkəkcikləri tökülür və dişicik borucuğun kasacığında qalır.
Girdəyarpaq irqa
Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
Girdəyarpaq selastrus
Celastrus orbiculatus (lat. Celastrus orbiculatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin celastrus cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Yaponiya və Çində bitir. == Botaniki təsviri == 12 m-ə qədər hündürlükdə, möhkəm oduncaqlı, yarpağıtökülən, dayağa sarılan lianadır. Gövdəsi çoxbudaqlı, sıx çətirli qabığı dayaz şırımlı, ziyiləbənzər xallıdır. Zoğları əvvəl yaşıl, sonralar qırmızımtıl tünd-qəhvəyi rəng alır. Yarpaqları ellipsvarı və ya yumurtavarıdır, ucdan sivriləşir, kənarları küt mişardişli, yaşıl, üstü parlaq, alt hissəsi göyümtül, payızda isə saralır və narıncı rəngdə olur. Çiçəkləri xırda, yaşılımtıldır, yarpaq qoltuğunda qalxanvarı qrupda yerləşir. Yayda iyun-iyul aylarında çiçəkləyir, xırda yaşıl çiçəkləri qoltuq qalxanlarda yerləşir, sentyabrda çox dekorativ, xırda (6 mm-ə qədər) sarı, çəhrayı-qırmızı toxumları olan qutucuq meyvələri əmələ gəlir. Toxumu setyabrda yetişir.
Girdəyarpaq şehçiçəyi
Girdəyarpaq şehçiçəyi (lat. Drosera rotundifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Drosera corsica (Maire) A.W.Hill Drosera rotundifolia var. breviscapa Regel Drosera rotundifolia var. capillaris A.A.Eaton & Wright Drosera rotundifolia f. comosa (Fernald) B.Boivin Drosera rotundifolia var. comosa Fernald Drosera rotundifolia var. corsica Maire Drosera rotundifolia var. distachya DC. Drosera rotundifolia var. furcata Y.Z.Ruan Drosera rotundifolia var.
Girdəyarpaq əməköməci
Girdəyarpaq əməköməci (lat. Malva rotundifolia) - əməköməci cinsinə aid bitki növü.

girdəyarpaq sözünün rus dilinə tərcüməsi

"girdəyarpaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#girdəyarpaq nədir? #girdəyarpaq sözünün mənası #girdəyarpaq nə deməkdir? #girdəyarpaq sözünün izahı #girdəyarpaq sözünün yazılışı #girdəyarpaq necə yazılır? #girdəyarpaq sözünün düzgün yazılışı #girdəyarpaq leksik mənası #girdəyarpaq sözünün sinonimi #girdəyarpaq sözünün yaxın mənalı sözlər #girdəyarpaq sözünün əks mənası #girdəyarpaq sözünün etimologiyası #girdəyarpaq sözünün orfoqrafiyası #girdəyarpaq rusca #girdəyarpaq inglisça #girdəyarpaq fransızca #girdəyarpaq sözünün istifadəsi #sözlük