giriftar sözü azərbaycan dilində

giriftar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • giriftar • 93.1507%
  • Giriftar • 5.4795%
  • GİRİFTAR • 1.3699%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17
2020 •••••••••••••••• 0.13

giriftar sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Tutulmuş, düçar, mübtəla. [Pişik siçana dedi:] Çəngəlimə indi giriftarsan; Ta ki edirsən belə rəftar sən. S.Ə.Şirvani. □ Giriftar etmək – düçar etmək, məruz qoymaq, mübtəla etmək. Gər səhhətə qadir olsa bimar; Dərdə özün eyləməz giriftar. Füzuli. Giriftar olmaq – tutulmaq, düçar olmaq, məruz qalmaq, mübtəla olmaq. Dərdə giriftar olmaq. – Hər halda, əvvəl binadan yazıq taybuynuz öküzün günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. F.Köçərli. Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. C.Məmmədquluzadə. Biçarə [Zeynal] cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Çəmənzəminli; // eyni mənada “eşqə” sözü ilə – aşiq olmaq, vurulmaq. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / giriftar

giriftar sözünün sinonimləri (yaxın mənalı sözlər)

giriftar sözünün rus dilinə tərcüməsi

  • 1 подвергать, подвергнуть

    Azərbaycanca-rusca lüğət / giriftar
  • 2 прил. устар. 1. подверженный 2. перен. влюблённый; giriftar eləmək, etmək ввергать, ввергнуть во что-л., подвергать, подвергнуть кого-л. чему-л.; giriftar edilmək ввергаться, ввергнуться, быть ввергнутым, быть подвергнутым; подвергаться, подвергнуться; giriftar olmaq ввергаться, ввергнуться; dərdə giriftar olmaq заболеть чем-л.; eşqə giriftar olmaq влюбляться, влюбиться

    Azərbaycanca-rusca lüğət / giriftar

giriftar sözünün inglis dilinə tərcüməsi

giriftar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. кьур; кьунвай, акатнавай, ктканвай, са гьал (мес. дерд, азар ва мс.) галукьнавай; giriftar olmaq кьун (мес. дердини); акатун, галукьун (мес. азар); гьатун; eşqə giriftar olmaq ашкъида гьатун, ашукь хьун, кӀан хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / giriftar

giriftar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) düçar olmuş, tutulmuş; 2) dustaq, əsir; 3) mübtəla, düçar; 4) m. aşiq, vurğun.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"giriftar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#giriftar nədir? #giriftar sözünün mənası #giriftar nə deməkdir? #giriftar sözünün izahı #giriftar sözünün yazılışı #giriftar necə yazılır? #giriftar sözünün düzgün yazılışı #giriftar leksik mənası #giriftar sözünün sinonimi #giriftar sözünün yaxın mənalı sözlər #giriftar sözünün əks mənası #giriftar sözünün etimologiyası #giriftar sözünün orfoqrafiyası #giriftar rusca #giriftar inglisça #giriftar fransızca #giriftar sözünün istifadəsi #sözlük