gizlə sözü azərbaycan dilində

gizlə

Yazılış

  • gizlə • 77.7778%
  • Gizlə • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gizlədilən (film, 1991)
Gizlədilən (ing. Cover Up) – 1991-ci ildə istehsal olunmuş bədii filmdir. Filmin "Capitol Films", "Electra Films" studiyaları distribütorlik etmişdir. == Xarici keçidlər == Gizlədilən — Internet Movie Database saytında.
Gizlən qaç
Gizlən qaç və ya gizlənpaç — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyun. == Ümumi məlumat == Bu oyun qədim uşaq oyunlarından biridr. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", "Gizlinpaç", "gizlənqaç", "Qaçgizlən", "Gizlilimpars" (Muğan), "gizlənparç", "gizdələnparç", "gildirimparç" (Naxçıvan), "yaşınbacı", "yeşinbac", "yeşinbaba", "yeşinbabaş", "saxlanbac", "salanbac" (Şimal-qərb rayonlarımız), "Çapbakal" (Oğuz), Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsada Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır. == Oyunun qaydaları == Bir dəstə uşaq yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan onlar dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir. Burada "lıd" hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müxtəlif yerlər də gizlənirlər. Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayar. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur. Sonra o, qalan oyunçulara köməklik məqsədi ilə şərti işarə ilə yoldaşlarına aşağıdakı üsulla kömək edə bilər: — "Alma" desəm gəl, "Armud" desəm qal. Bununla da o, axtaran oyunçu durduğu yerdən uzaqlaşanda, "Alma!" – deyib yoldaşlarını pusqudan çıxmağa tələsdirir.
Gizlənpaç (film, 2016)
Gizlənpaç — rejissor Elmir Süleymanovun 2016-cı ildə çəkdiyi romantik komediya filmi. == Məzmun == Filmdə bir-birini sevən iki gənc — Fərid (Müşfiq Şahverdiyev) və Günelin (Zarina Qurbanova) məhəbbəti fonunda bir sıra maraqlı hadisələr baş verir. Lakin sonda gənclər bir-birinə qovuşur.
Oturan pələng, gizlənən əjdaha (film, 2000)
Oturan pələng, gizlənən əjdaha (çincə: 臥虎藏龍, pinyin: Wò Hǔ Cáng Lóng, ing. Crouching Tiger, Hidden Dragon) — 2000-ci ildə istehsal edilmiş filmdir. Bu film Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 4 mükafat və 6 nominasiyaya layiq görülmüşdür. Film Vanq Dulu (1909-1977) adlı çin yazıçısının "Dəmir-Durna Seriyaları" (ing. The Crane-Iron Series) adlı əsəri əsasında hazırlanmışdır. == Məzmun == Filmdəki hadisələr Tzin sülaləsinin dövründə baş verir. Döyüşçü Li Mu Bay "Yaşıl tale" adlı sehrli qılıncını dostuna verərək, dərin meditasiya düşüncəsinə gedir. Bu müddətdə qılınc naməlum oğrular tərəfindən oğurlanılır. Li Mu Bay bu qılıncı tapmaq üçün yollanır və müxtəlif macəralarla qarşılaşır... == Rollarda == == Saundtreklər == "Oturan pələng, gizlənən əjdaha (saundtrek)" — 2000-ci ildə "Sony Classical" səsyazma firması tərəfindən istehsal edilmişdir.
Üzük gizlətdi
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
İnformasiyanın gizlədilməsi
İnformasiyanın gizlədilməsi (ing. information hiding, rus. скрытие информации, türk. bilgi gizleme) – proqramlaşdırmada: elə layihələşdirmə təcrübəsidir ki, modul və ya altproqram hüdudlarında verilənlərin strukturunun və alqoritmlərin gerçəkləşdirilməsinin detalları, həmin modulu və ya altproqramı istifadə edən proqramlardan “gizlədilir” və bununla da proqramların, onların istifadə etdiyi modulların bəzi spesifik xüsusiyyətlərindən asılı olmaması təmin edilir. İnformasiyanın gizlədilməsi modul və ya altproqramı, onları çağıran proqramları sındırmadan, planlaşdırıldığından fərqli yolla işləyib hazırlamağa imkan verir (nəzəriyyədə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

"gizlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gizlə nədir? #gizlə sözünün mənası #gizlə nə deməkdir? #gizlə sözünün izahı #gizlə sözünün yazılışı #gizlə necə yazılır? #gizlə sözünün düzgün yazılışı #gizlə leksik mənası #gizlə sözünün sinonimi #gizlə sözünün yaxın mənalı sözlər #gizlə sözünün əks mənası #gizlə sözünün etimologiyası #gizlə sözünün orfoqrafiyası #gizlə rusca #gizlə inglisça #gizlə fransızca #gizlə sözünün istifadəsi #sözlük