gizlənpaç sözü azərbaycan dilində

gizlənpaç

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gizlənpaç • 56.0000%
  • Gizlənpaç • 44.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gizlənpaç (film, 2016)
Gizlənpaç — rejissor Elmir Süleymanovun 2016-cı ildə çəkdiyi romantik komediya filmi. == Məzmun == Filmdə bir-birini sevən iki gənc — Fərid (Müşfiq Şahverdiyev) və Günelin (Zarina Qurbanova) məhəbbəti fonunda bir sıra maraqlı hadisələr baş verir. Lakin sonda gənclər bir-birinə qovuşur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2010 ••• 0.09
2016 •••••••••••••••••••• 0.69
2017 ••••• 0.16

gizlənpaç sözünün leksik mənası və izahı

  • 1 is. Bir iştirakçının müxtəlif yerlərdə gizlənmiş qalan iştirakçıları axtarıb tapmasından ibarət uşaq oyunu. Gah gizlənpaç oynayır; Gah qaçhaqaç oynayır. R.Rza. Meşə içindəki talada hər gün; Gizlənpaç oynardım yoldaşlarımla. B.Vahabzadə. [Çiyələk Gülöyşəyə:] Oğlumgil hələ gizlənpaç oynayırlar. B.Bayramov. ◊ Gizlənpaç oynamaq məc. – açıqaçığına deyil, əsil fikrini gizlədərək hərəkət etmək. Qumru bu ağır fəlakət vaxtında [Qədirlə] gizlənpaç oynayırmış kimi gah görünür, gah batırdı. Mir Cəlal. Sirlərlə doludur bu böyük aləm; Gizlənpaç oynayır sənlə elə bil. H.Arif. Gizlənpaç oyunu məc. – hiylə, fənd, fırıldaq. [Nərminə:] Gizlənpaç oyunu nəyə lazımdır? B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / gizlənpaç

gizlənpaç sözünün etimologiyası

  • 1 Gizləntut, gizləntap, gizlənpaç, gizlənpus kimi müxtəlif formalarda işlədilir. Ədəbi dilimizdə gizlənpaç variantı sabitləşib. Belə güman edirəm ki, gəlmə gizlənmək və pusmaq sinonimlərinin birləşməsindən əmələ gəlib (pus - türk dillərinin çoxunda “спрятатьтся” mənasını verir). Gizlənpaç sözü Anadolu türklərində saklambaç, Aşqabad türklərində qizlənqeçek kimi yazılır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / gizlənpaç

gizlənpaç sözünün rus dilinə tərcüməsi

  • 1 игра в прятки

    Azərbaycanca-rusca lüğət / gizlənpaç
  • 2 сущ. прятки (детская игра, состоящая в том, что один ищет остальных спрятавшихся участников игры); gizlənpaç oynamaq играть в прятки: 1. о детской игре 2. перен. действовать не прямо, скрывать что-л.; gizlənpaç oyunu игра в прятки

    Azərbaycanca-rusca lüğət / gizlənpaç

gizlənpaç sözünün inglis dilinə tərcüməsi

gizlənpaç sözünün fransız dilinə tərcüməsi

gizlənpaç sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. чуьнуьхгумбатӀ (аялри вилер кьаз къугъвадай уюн); ** gizlənpaç oynamaq пер. чуьнуьхгумбатӀ къугъун, ачухдаказ ваъ, асул фикир чинеба хвена гьерекат авун.

    Azərbaycanca-ləzgicə lüğəti / gizlənpaç

Oxşar sözlər

#gizlənpaç nədir? #gizlənpaç sözünün mənası #gizlənpaç nə deməkdir? #gizlənpaç sözünün izahı #gizlənpaç sözünün yazılışı #gizlənpaç necə yazılır? #gizlənpaç sözünün düzgün yazılışı #gizlənpaç leksik mənası #gizlənpaç sözünün sinonimi #gizlənpaç sözünün yaxın mənalı sözlər #gizlənpaç sözünün əks mənası #gizlənpaç sözünün etimologiyası #gizlənpaç sözünün orfoqrafiyası #gizlənpaç rusca #gizlənpaç inglisça #gizlənpaç fransızca #gizlənpaç sözünün istifadəsi #sözlük