gob sözü azərbaycan dilində

gob

Yazılış

  • gob • 71.4286%
  • Gob • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Artemisia gobica
Artemisia gobica (lat. Artemisia gobica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bulbophyllum gobiense
Bulbophyllum gobiense (lat. Bulbophyllum gobiense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ghosts 'n Goblins
Ghosts 'n Goblins (azərb. Ruh və qoblinlər‎), Yaponiyada Makaimura (yaponca: 魔界村, "İblis dünyası kəndi") — Tokuro Fucivara tərəfindən yaradılmış və "Capcom" tərəfindən istehsal olunmuş qaç və vur platforma videooyun seriyası. Seriyadakı ilk buraxılış 7 iyul 1985-ci ildə oyun salonlarında buraxılan "Ghosts 'n Goblins" idi. Seriya sonradan müxtəlif şəxsi kompüterlərə, oyun konsollarına və mobil platformalara port edilmiş və buraxılmış, bir neçə sikvel və spin-off yaratmışdır. Əsas seriyanın məzmunu cəngavər Arturun şahzadə Prin-Prini iblis kralı Astarotdan xilas etmək axtarışına yönəlmişdir. Əsas spin-offlara "Gargoyle's Quest" və "Maximo" oyun seriyaları daxildir. Seriya ümumilikdə seriya 4,2 milyondan çox nüsxə satmışdır, ən çox satılan 13-cü "Capcom" oyun franşizasıdır. Yüksək çətinlik səviyyəsinə görə oyunçular arasında şöhrət qazanmışdır.Seriyanın ən son oyunu olan "Ghosts 'n Goblins Resurrection" 25 fevral 2021-ci ildə buraxılmışdır.
Gobiesocidae
Gobiesocidae (lat. Gobiesocidae) — Şüaüzgəcli balıqların (Actinopterygii) Xanıkimilərdəstəsinə aid fəsilə.
Gobiesociformes
Sormackimilər (lat. Gobiesociformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Gobiesocoidei
Gobiesocidae (lat. Gobiesocidae) — Şüaüzgəcli balıqların (Actinopterygii) Xanıkimilərdəstəsinə aid fəsilə.
Gobiidae
Xullar (lat. Gobiidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bunların əsas xüsusiyyəti qarın üzgəclərinin yaxınlaşması və hətta sorucu disk əmələ gətirərək qovuşmasıdır. Bu suyun güclü hərəkəti zamanı balığa bir yerdə durmağa imkan verir.Birinci bel üzgəci adətən kiçik olur,şaxələnməyən şüalardan ibarətdir. Xırda balıqlardır.İri növlərin maksimal ölçüsü 300-350,kiçik növlərin ölçüsü isə 50 mm-ə çatır. Dünya okeanında aşkar edilmiş 1800 növ xulkimilər 200 cinsə aiddir. Xəzər dənizində indiyə qədər qeydə alınmış 36 növ və yarımnövdən 28-i endemik hesab edilir. Sistematik baxımdan onlar dünya okeanının az öyrənilmiş balıqları sayılır. Bu səbəbdən hər il yeni növlər aşkar edilir, ya da əksinə, əvvəllər təsvir edilmiş formalar birləşdirilir. Bu hər şeydən əvvəl həmin fəsilənin sistematikasında istifadə edilən zahiri əlamətlərin böyük dəyişkənliyi və ayırd edilməsinin çətinliyi ilə bağlıdır.
New Goblin
Herri Ozborn (ing. Harry Osborn) yaxud Yeni Qoblin (ing. New Goblin) – Marvel Comics kainatında xəyali bir personaj. Yeni qoblin əslində Piter Parkerin, yəni Hörümçək-adamın ən yaxın dostu Herri Ozborn''dur. Herri atasının ölümündən sonra Hörümçək-adamın əslində ən yaxın dostu Piter olduğunu öyrəndikdən sonra Piterdən intiqam almaq üçün özü-özünə söz verər (Sonralar atasının köməkçisinin sayəsində atasının özünü öldürdüyünü öyrənincə verdiyi sözü pozaraq Hörümçək-adama Venom və Qum-adamın qarşısında durmağa kömək edir). Qüvvətli fiziki gücə sahibdir və özünün yaratdığı texnoloji alətlərdən istifadə edir.
Saint-Gobain
Saint-Gobain — tikinti materiallarının istehsalı, emalı və paylanması üzrə ixtisaslaşmış bir Fransız şirkəti. Şirkət Jan Batist Kolber (1619–1663) tərəfindən 1665-ci ildə "Manufacture royale des glaces" adı altında təsis edilmişdir. Hazırda şirkət 68 ölkədə fəaliyyət göstərir və 2019-cu ilin statistikasına əsasən təxminən 171,000 işçisi var. 2019-cu ildən bəri şirkətin qərargahı Parisin La Defans ərazisində yerləşir.
Gobiiformes
Xulkimilər (lat. Gobiiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Eptesicus gobiensis
Qobi gönlücəsi (lat. Eptesicus gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. Əfqanıstan, Çin, Hindistan, Monqolustan, Pakistan və Rusiyada yayılmışdır. Rus zooloqu professor Nikolay Alekseyeviç Bobrinski ilk dəfə 1926-cı ildə Qobi səhrasında Altay dağlarından gələn bu heyvan nümunəsini təsvir etmişdir. == Təsviri == Bu yarasa bədən uzunluğu 57 ilə 65 mm arasında dəyişən, qolunun uzunluğu isə 38 ilə 42 mm arasında dəyişən olduqca kiçik bir hamarburunlar yarasası növüdür. Arxa hissəsində xəz qırmızı-sarı, tüklərinin dibi tünd qəhvəyi, içəri hissələrindəki xəz qəhvəyi ağ rəngdədir. Yarasanın üst çənəsinin daxili kəsici dişləri xarici hissədəki dişlərə nisbətən daha yüksəkdir. == Yayılması və yaşayış mühiti == Orta Asiyaya məxsus yerli heyvan növüdür. Bu yarasa növü Qazaxıstan, Əfqanıstan, Şimali Hindistan, Monqolustan və Cənubi Sibirdəki Tuvadan keçərək Şimali İrana qədər, Əlburz dağlarından Çinin şərqinə qədər yayılmışdır. Tipik olaraq səhra, yarımsəhra və dağ bölgələrində yaşayır.
Ursus arctos gobiensis
Qobi qonur ayısı (lat. Ursus arctos gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Monqolustan ərazisində Qobi səhrası ərazisində yaşayırlar. Hazırda nəslinin kəsilmə ehtimalı yüksəkdir. Monqolustanın endemik canlısı olması və nəslinin kəsiləsi təhlükəsi ilə əlaqədar Monqolustan Qırmızı kitabına daxil edilmişdir. Xüsusi ilə onların kiçik populyasiyaya malik olması ilə əlaqədar onlar üçün təhlükəni artırır. Son genetik abalizlər nəticəsində onların sayının 22–31 baş (2012-ci ildə bununla bağlı aparılan elmi ekspedisiya zamanı) olması qeydə alınnışdır. == Sistematik xüsusiyyəti == Bəzən Qobi qonur ayısını Ursus arctos pruinosus yarımnövü ilə eyniləşdirirlər. Bu isə onların morfoloji uyğunluqlsrı iləizah olunmağa görədir. Ancaq sovet terioloqları Vladimir Yevgeni Sokolov və Viktor Nikolayeviç Qobi qonur ayısının kəllə quruluşunu əsas gətirərək onlar tibet ayıları ilə deuil daha çox Tyanşan ayıları olan Ursus arctos isabellinus yarımnövünə bənzərlikləri qeydə almışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2017 •••••••••••••••••••• 0.16

Oxşar sözlər

#gob nədir? #gob sözünün mənası #gob nə deməkdir? #gob sözünün izahı #gob sözünün yazılışı #gob necə yazılır? #gob sözünün düzgün yazılışı #gob leksik mənası #gob sözünün sinonimi #gob sözünün yaxın mənalı sözlər #gob sözünün əks mənası #gob sözünün etimologiyası #gob sözünün orfoqrafiyası #gob rusca #gob inglisça #gob fransızca #gob sözünün istifadəsi #sözlük