Goran sözü azərbaycan dilində

Goran

Yazılış

  • Goran • 98.2143%
  • goran • 0.8929%
  • GORAN • 0.8929%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Abdulla Goran
Abdulla Goran və ya Abdulla Qoran (kürd. عەبدوڵڵا گۆران) — İraq kürd şairi. == Həyatı == Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
Goran (Goranboy)
Goran — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Goran qəsəbə və dəmir yolu stansiyası düzənlikdədir. Yaşayış məntəqəsi öz adını dəmir yolu stansiyasından, stansiya isə yaxınlığındakı çaydan almışdır. == Əhalisi == 220 nəfər əhali mövcuddur. Qadınlar üstünlük təşkil edir.
Goran (Pəmbək)
Goran (Qoqaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Toponimi == 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qoqaran adlandırılmışdır. Goran tayfasının adındandır.Toponim şahsevən türk tayfasından olan goran etnonimi əsasında əmələ gəlmişdir. N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.
Goran (Xudabəndə)
Goran (fars. گوران‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (68 ailə).
Goran dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Kiyos Goran
Kiyos Goran Orimi (maz. کیوس گوران) (fars. کیوس گوران‎) — Iranın Mazandaranlı şair, yazıçı, müğənni və jurnalist. Mazandaran və fars dillərində şeirlər yazıb.
Zaza-Goran dili
Zaza dili — şimal-qərbi yarımqrupa daxil olan İran dillərindən biri. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar.
96 saylı Goranboy-Naftalan seçki dairəsi
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi
Abbasqulular (Goranboy)
Abbasqulular (keçmiş adı Şurakənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi vahidi tərkibindəki Şurakənd kəndi Abbasqulular kəndi adlandırılmışdır. == Tarixi == Gəncə-Qazax düzənliyində yerləşən yaşayış məntəqəsini 1928-ci ildə Cənubi Azərbaycandan rəncbərlik etmək üçün gələnlər salmışlar. Sonralar Sovet hökumətinin şərəfinə (rusca "sovet" sözünün azərbaycanca "şura" şəklində tərcümə edilməsi ilə) kənd Şurakənd adlandırılmışdı. 2002-ci ildən kənd Abbasqulular kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 537 nəfər əhali yaşayır.
Alpout (Goranboy)
Alpout — Azərbaycan Respublikasının Goranboy rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Alpout kəndi Fəxralı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alpout kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1953-cü ildə keçmiş Samux rayonunun Alpout kəndinin buraya köçürülməsi ilə yaranmış yaşayış məntəqəsi keçmiş kəndin adını saxlamışdır. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Laçın və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir.
Alpout bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Azad (Goranboy)
Azad — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Baxçakürd kənd Sovetindən Azad kəndi Mixaylovka kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kənd 1949-cu ildə Xanlar rayonunun Azad kəndindən gəlmiş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdir. Tarixi mənbələrin verdiyi məlumata görə, III-V əsrlərdə Azərbaycanda feodal istehsal üsuluna keçildi. Feodallar iki qrupa ayrılırdı: dünyəvi və ruhani feodallar. Dünyəvi feodallar iri və xırda feodallar təbəqəsindən ibarət idi. Xırda feodallar "azatlar" adlanırdı. Hökmdarların və iri I feodalların dayağı olan azatlar onların vassalları hesab edilirdilər. I Xosrov Ənuşirəvanın zamanında azatların sayı artırdı. Azatlar kahinlər kimi böyük imtiyaza malik idilər.
Ağbulaq-Goranlı (Çaroymaq)
Ağbulaq-Goranlı (fars. اغبلاغ كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 35 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (125 ailə).
Ballıqaya (Goranboy)
Yuxarı Ballıqaya
Baş Qışlaq (Goranboy)
Başqışlaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Baş Qışlaq kəndi Buzluq çayının sol sahilində, Murovdağ silsiləsinin şm.-ş. yamacındadır. Oykonim "yuxarıda, yüksəkdə olan qışlaq" deməkdir. Kəndin əhalisi vaxtilə Gədəbəy r.nunun Çaldaş, Çalburun və Dəyəqarabulaq kəndlərindən köçüb gəlmiş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 0 nəfər əhali yaşayır.
Borsunlu (Goranboy)
Borsunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd.Borsunlu regionun qədim yaşayış məskənlərindən biridir. Borsunlu Bələdiyyəsinə, Borsunlu və Qazaxlar kəndləri daxildir. Bu mahalda erkən orta əsrlərdə hun tayfalarından bir hissə də yaşamışdır. Borsunlu "Boris hunlu", yəni "Boris mahalında yaşayan hunlar" mənasındadır. Əslində Borsunlu coğrafi adı Azərbaycanda indiyədək hun etnonimini saxlamış yeganə toponimdir. 1804-cü il tarixli Gəncəbasarın kameral təsvirində 18 ev olmaqla Borsunlu kimi qeydə alınmışdır. Bəziləri kəndin əsasının Gürcüstanın Bolnis rayonundan, digərləri Tərtər rayonunun Borsunlu kəndindən, bir qismi isə XVIII əsrdə qazax zonasından gələnlər tərəfindən qoyulduğunu göstərir. Ola bilsin ki, kəndin adı xəzərlərin borsula tayfasının adı ilə bağlıdır. IV-V əsrlərdə Xəzər dənizinin şimal-qərb sahilində yaşayan türkdilli tayfa olan barsillər (bersillər, basillər, barseltlər) etnik və dil cəhətdən bulqarlar, savirlər və avarlarla yaxın olmuşdur. Borsunlu kəndinin adını həm həmin tayfa ilə, həm də "bol sulu", "boru ilə su gətirilən yer" sözləri ilə bağlayırlar.
Borsunlu bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buz mağarası (Goranboy)
Buz mağarası — Goranboy rayonunda mağara. == İnzibati yeri == "Buz mağarası" adlanan təbiət abidəsi Goranboy rayonunun Buzluq kəndinin cənub qurtaracağında, Kürəkçayın sol tərəfində, dəniz səviyyəsindən 1800 m hündürlükdə, Goranboy Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin xidməti ərazisinin meşə ilə örtülü sahəsi ilə həmsərhəd Buzluq kəndinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. == Tarixi == Mağara uzaq keçmişdə təbii fəlakət zamanı bərk süxurlardan ibarət iri qaya parçalarının mütləq hündürlüyü daha çox olan ərazilərdən yuvarlanaraq qala şəklində Kürəkçayın məcrasına toplanması nəticəsində əmələ gəlmişdir. İri qaya parçalarının toplandığı ərazi 0,22 hektar sahəni təşkil etməklə hər bir təərəfi ağaçlarla əhatələnmişdir. Buz mağarası təxminən onun mərkəzi hissəsində qaya parçalarının altında yerləşir və içərisində daim buz olur. Mağaraya daxil olmaq üçün qaya parçalarının arasından 3-3,5 metr şaquli istiqamətdə çox çətinlikə keçilə bilən dar keçidlərlə aşağıya düşmək lazım gəlir. Yay fəslinin və ərazidə yüksək hərarətin olmasına baxmayaraq mağaradan buz parçaları çıxarılır.
Buzluq (Goranboy)
Buzluq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd adını Buzluqçayın adından almışdır. Başqırdıstanda Buzdak, Rusiyanın Orenburq vilayətində Buzuluk adlı yaşayış məntəqələri qeydə alınmışdır. == Tarixi == Kənd əvvəllər Talış nahiyəsinə ait idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. Qarabağ münaqişəsi başlayan zaman Ermənistandan bu əraziyə çoxlu silahlı ermənilər gələrək kənddə nəzarəti ələ keçirmişdilər. Onlar buradan qonşu azərbaycanlı kəndlərinə quldur basqınları edirdilər. 1991-ci ilin iyulun 18-də Sovet ordusu ilə Azərbaycan OMON-nun birgə əmliyyatı nəticəsində kənd quldurlardan azad edildi, kəndin əhalisi isə Ermənistana və Rusiyaya köçdü. Kənddə isə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar məskunlaşdırıldı. Kəndə sonradan ermənilər dəfələrlə hücum etmiş, qısa müddətə kəndi ələ keçirsələr də, kənd Azərbaycan silahlı Qüvvələri tərəfindən azad olunmuşdu.
Börü (Goranboy)
Börü (əvvəlki adı: Erməni Borisi) — Azərbaycan Respublikasının Goranboy rayonunun Börü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Erməni Borisi kəndi Börü kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Börü kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 155 nəfər əhali yaşayır.
Börü (Goranboy rayonu)
Börü (əvvəlki adı: Erməni Borisi) — Azərbaycan Respublikasının Goranboy rayonunun Börü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Erməni Borisi kəndi Börü kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Börü kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 155 nəfər əhali yaşayır.
Bəşirli (Goranboy)
Bəşirli (əvvəlki adları: Bəşirabad; Leninabad) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Goranboy rayonunun Hazırəhmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Leninabad kəndi Bəşirli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalından gələrək Qarasuçu, Göynüyən, Hazırəhmədli və b. kəndlərdə rəncbərlik edənlər salmışdılar. 1924-cü ildə kənd partiya və dövlət xadimi Mirbəşir Qasımovun (1879–1949) şərəfinə Bəşirabad adlandırılmışdı. 1930-cu ildə burada Lenin adına kolxoz təşkil edildi və kəndin adı dəyişdirilərək Leninabad adlandırıldı. 1997-ci ildə yaşayış məntəqəsi Bəşirli adı ilə rəsmiləşdirilmişdir. 1933-cü ildə bu kəndlə yanaşı Sabirabad rayonunda da Bəşirabad adlı kənd qeydə alınmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 483 nəfər əhali yaşayır.
Düzqışlaq (Goranboy)
Düzqışlaq (digər keçmiş adları - Abdullabəykürdü, Ağamalıoğlu) — Azərbaycan Respublikasının Goranboy rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi adlandırılmış, Ağamalıoğlu kənd inzibati ərazi dairəsi Düzqışlaq kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyindədir. Antropotoponimdir. 1925-ci ilədək kəndin adı Abdullabəykürdü olmuşdur. İnqilabdan əvvəl Düzqışlaq adlanan bu ərazidə Goranboy rayonunun Bağçakürd kəndindən olan abdullabəykürdü nəsli məskunlaşmışdı. Sovet dövründə kəndin adı sovet dövlət xadimi, publisist Səmədağa Həsən oğlu Ağamalıoğlunun şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2776 nəfər əhali yaşayır.
Düzqışlaq bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eyvazlılar (Goranboy)
Eyvazlılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Eyvazalılar kəndi Gəncə-Qazax düzənliyindədir. Bəzi ədəbiyyatlarda səhvən Eyvazlılar variantında qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında indiki Qazax rayonunun ərazisindən gəlmiş Eyvazalı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Lakin qazax tayfalarının bir qolu olan eyvazalılar (yerli tələffüz formasında ayvazalılar) Qazax rayonunun Xanlıqlar kəndində bu gün də yaşamaqdadır. Oykonim etnotoponim olub, eyvazalılar nəslinin adını əks etdirir. 1933-cü ildə Qaradonlu (İmişli) r-nu ərazisində də Eyvazallar adlı kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 125 nəfər əhali yaşayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.01 dəfə / 1 mln.
2005 ••••• 0.67
2006 •• 0.23
2007 ••••• 0.63
2008 ••••••••••• 1.46
2009 •• 0.16
2010 •••• 0.45
2011 •••••••• 1.03
2012 ••••••••••••• 1.81
2013 •••••• 0.73
2014 •••• 0.51
2015 ••••• 0.68
2016 •••• 0.52
2017 ••••••• 0.98
2018 •••••••••••••••••••• 2.85
2019 •••••••••••••••••• 2.50
2020 •••••• 0.80

Oxşar sözlər

#goran nədir? #goran sözünün mənası #goran nə deməkdir? #goran sözünün izahı #goran sözünün yazılışı #goran necə yazılır? #goran sözünün düzgün yazılışı #goran leksik mənası #goran sözünün sinonimi #goran sözünün yaxın mənalı sözlər #goran sözünün əks mənası #goran sözünün etimologiyası #goran sözünün orfoqrafiyası #goran rusca #goran inglisça #goran fransızca #goran sözünün istifadəsi #sözlük