GSM sözü azərbaycan dilində

GSM

Yazılış

  • GSM • 99.5597%
  • gsm • 0.3145%
  • Gsm • 0.1258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
GSM
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir.Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir.2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi. Bu anlayışın əhatə dairəsi zaman keçdikcə genişlənmiş, məlumat kommunikasiyalarını, ilk növbədə "Circuit Switched Data", sonra "General Packet Radio Service" (GPRS) və "Enhanced Data rates for GSM Evolution" (EDGE) vasitəsilə paket məlumatların daşınmasına aid edilməyə başlamışdır. "3GPP" sonradan üçüncü nəsil (3G) "UMTS" standartlarını, ardınca dördüncü nəsil (4G) "LTE Advanced" və beşinci nəsil 5G standartlarını işləyib hazırlamışdı.
GSM-mobil rabitə üçün qlobal sistem
GSM - Mobil rabitə üçün qlobal sistem - (ing.GSM-(Global System for Mobile Communications), ru.GSM-(глобальная система для мобильной связи)) -– kanalların zamana (TDMA) və tezliyə (FDMA) görə ayrılmasına əsaslanan rəqəmsal mobil rabitənin qlobal standartı. Ötən əsrin 80-ci illərinin sonunda Avropa Telekommunikasiya Standartları İnstitutunun (European Telecommunications Standards Institute, ETSI) himayəsi altında işlənib hazırlanıb. GSM ikinci nəsil (2 Generation) şəbəkələrə aiddir (1G – analoq hücrəsəl rabitə, 2G – rəqəmsal hücrəsəl rabitə, 3G – çoxamaclı kompüter şəbəkləri, o cümlədən İnternet vasitəsilə kommutasiya olunan genişzolaqlı rəqəmsal hücrəsəl rabitə). Hücrəsəl telefonlar 4 tezlik diapazonu üçün buraxılır: 850 MHs, 900 MHs, 1800 MHs, 1900 MHs. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.34 dəfə / 1 mln.
2003 •• 1.97
2004 •••• 3.37
2005 ••• 2.70
2006 •••••• 5.86
2007 •••••••• 7.40
2008 ••••••• 6.09
2009 •••• 3.04
2010 •••• 3.27
2011 •• 1.80
2012 •••• 3.18
2013 ••••• 4.96
2014 ••••• 4.12
2015 ••••• 4.76
2016 •••••••••• 9.89
2017 •••••••••••••••••••• 20.00
2018 •••••••••••••••••••• 19.03
2019 •••••••••••• 11.82
2020 ••• 2.65

Oxşar sözlər

#gsm nədir? #gsm sözünün mənası #gsm nə deməkdir? #gsm sözünün izahı #gsm sözünün yazılışı #gsm necə yazılır? #gsm sözünün düzgün yazılışı #gsm leksik mənası #gsm sözünün sinonimi #gsm sözünün yaxın mənalı sözlər #gsm sözünün əks mənası #gsm sözünün etimologiyası #gsm sözünün orfoqrafiyası #gsm rusca #gsm inglisça #gsm fransızca #gsm sözünün istifadəsi #sözlük