guşənişin sözü azərbaycan dilində

guşənişin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • guşənişin • 90.4762%
  • Guşənişin • 7.1429%
  • GUŞƏNİŞİN • 2.3810%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

guşənişin sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Cəmiyyətdən, adamlardan qaçan adam; asket, zahid. □ Guşənişin olmaq – bir yerdə qapanıb qalmaq, evdən bayıra çıxmamaq. [Şah:] Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Ə.Haqverdiyev. // Sif. mənasında. Guşənişin bir adamdır; Xeyrə, şərə yaramaz. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / guşənişin
  • 3 fars. guşə – bucaq, künc; nişin – nişəstən feilinin kökü olub, mürəkkəb sözlərdə “oturan”, “oturmuş” mənalarını verir Cəmiyyətdən, adamlardan qaçan adam, asket, zahid. (“Koroğlu” dastanının lüğəti) Ondan sonra ya gərək özümü öldürəm, ya da ki guşənişin olub evdə oturam, camaat üzünə çıxmayam. (“Koroğlu ilə Bolu bəy”)

    Azərbaycan dastanlarının leksikası / guşənişin

guşənişin sözünün etimologiyası

guşənişin sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 GUŞƏNİŞİN [Çəmbərkəndli:] Guşənişin olub qalmışam, işim-peşəm televizora baxmaqdı (H.Abbaszadə); ASKET ..Səlimə həyatda ona xoş gələn nə varsa onu götürməyə can atırmı? Məgər o asketdirmi? (İ.Əfəndiyev); XANƏNİŞİN (köhn.) Əhməd bundan da diltəng olub həmişəlik xanənişin olub altı-yeddi sənə evindən çıxmadı (Ə.Haqverdiyev); MÜNZƏVİ Əbülhəsən bəy: ..katolik münzəvilərinə məxsus əski monastır çürük kəllələrin gözünə bənzəyən bacaları ilə qatarımıza baxırdı (M.S.Ordubadi); TƏRKİ-DÜNYA Pərişan İntizariyə: Səni – tərki-dünya bir qocanı aclar qorxudur (Ə.Məmmədxanlı); ZAHİD (məc.) Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar (Nəsimi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / guşənişin

guşənişin sözünün rus dilinə tərcüməsi

guşənişin sözünün inglis dilinə tərcüməsi

guşənişin sözünün fransız dilinə tərcüməsi

guşənişin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. аскет, загьид (жемиятдикай, инсанрикай катдай кас); // guşənişin olmaq кӀваляй къецел экъечӀ тавун, са чкада кӀев хьана амукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / guşənişin

"guşənişin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#guşənişin nədir? #guşənişin sözünün mənası #guşənişin nə deməkdir? #guşənişin sözünün izahı #guşənişin sözünün yazılışı #guşənişin necə yazılır? #guşənişin sözünün düzgün yazılışı #guşənişin leksik mənası #guşənişin sözünün sinonimi #guşənişin sözünün yaxın mənalı sözlər #guşənişin sözünün əks mənası #guşənişin sözünün etimologiyası #guşənişin sözünün orfoqrafiyası #guşənişin rusca #guşənişin inglisça #guşənişin fransızca #guşənişin sözünün istifadəsi #sözlük