* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Cəmiyyətdən, adamlardan qaçan adam; asket, zahid. □ Guşənişin olmaq – bir yerdə qapanıb qalmaq, evdən bayıra çıxmamaq. [Şah:] Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Ə.Haqverdiyev. // Sif. mənasında. Guşənişin bir adamdır; Xeyrə, şərə yaramaz. M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / guşənişin2 f. bax haşiyənişin (2-ci və 3-cü mənalarda).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / guşənişin3 fars. guşə – bucaq, künc; nişin – nişəstən feilinin kökü olub, mürəkkəb sözlərdə “oturan”, “oturmuş” mənalarını verir Cəmiyyətdən, adamlardan qaçan adam, asket, zahid. (“Koroğlu” dastanının lüğəti) Ondan sonra ya gərək özümü öldürəm, ya da ki guşənişin olub evdə oturam, camaat üzünə çıxmayam. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası / guşənişin1 Farscadır, guşə “bucaq” (künc), nişin isə “oturan” deməkdir (bir küncə çəkilib oturan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / guşənişin1 GUŞƏNİŞİN [Çəmbərkəndli:] Guşənişin olub qalmışam, işim-peşəm televizora baxmaqdı (H.Abbaszadə); ASKET ..Səlimə həyatda ona xoş gələn nə varsa onu götürməyə can atırmı? Məgər o asketdirmi? (İ.Əfəndiyev); XANƏNİŞİN (köhn.) Əhməd bundan da diltəng olub həmişəlik xanənişin olub altı-yeddi sənə evindən çıxmadı (Ə.Haqverdiyev); MÜNZƏVİ Əbülhəsən bəy: ..katolik münzəvilərinə məxsus əski monastır çürük kəllələrin gözünə bənzəyən bacaları ilə qatarımıza baxırdı (M.S.Ordubadi); TƏRKİ-DÜNYA Pərişan İntizariyə: Səni – tərki-dünya bir qocanı aclar qorxudur (Ə.Məmmədxanlı); ZAHİD (məc.) Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar (Nəsimi).
Azərbaycan dilinin sinonimlər lüğəti / guşənişin2 устар. I сущ. отшельник (человек, живущий в уединении, избегающий общества людей) II прил. замкнутый, необщительный
Azərbaycanca-rusca lüğət / guşənişin1 I. i. ascetic; ~ olmaq to be* ascetic II. s. ascetic, ascetical
Azərbaycanca-ingiliscə lüğət / guşənişin1 [fars.] сущ. аскет, загьид (жемиятдикай, инсанрикай катдай кас); // guşənişin olmaq кӀваляй къецел экъечӀ тавун, са чкада кӀев хьана амукьун.
Azərbaycanca-ləzgicə lüğəti / guşənişin