göbələyi sözü azərbaycan dilində

göbələyi

Yazılış

  • göbələyi • 92.3664%
  • Göbələyi • 7.6336%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayaq göbələyi
Ayaq göbələyi – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər. == Xəstəliyin əlamətləri == Dözülməz dərəcədə qaşınma. Ayağın formasında hiss olunan dəyişikliklər. Ayaqda səpkilər və onların sulanması. == Yaranma səbəbləri == Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır. == Müalicəsi == Bu xəstəliyin müalicəsində ən çox əsasən, göbələk əleyhinə kremlərdən istifadə olunur, lakin bunlar o qədər də effektiv olmurlar.
Dırnaq göbələyi
Tinea Unguium kimi də tanınan onikomikoz (Dırnaq Göbələyi) dırnağın göbələk infeksiyasıdır. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb ola bilər. Risk faktorlarına atletin ayağı, digər dırnaq xəstəlikləri, bu xəstəliyə məruz qalma, periferik damar xəstəliyi və zəif immun funksiyası daxildir. Diaqnoz ümumiyyətlə görünüşə görə və laboratoriya testləri ilə təsdiqlənir. Onikomikoz yetkin əhalinin təxminən 10 faizində baş verir, yaşlı insanlar daha tez-tez təsirlənir. Kişilər qadınlardan daha çox təsirlənir. Onikomikoz dırnaq xəstəliyinin təxminən yarısını təşkil edir. İlk dəfə 1853-cü ildə Georg Meissner tərəfindən göbələk infeksiyasının nəticəsi olduğu müəyyən edilmişdir.
Maya göbələyi
Maya göbələyi — təkhüceyrləli, göbələklər aləmüstünün üzvü eukariot orqanizm. Məişətdə və sənaye istehsalında, çörəkbişirmə, pivəbişirmə kimi sahələrdə geniş istifadə olunur. == Ümumi == Təbiətdə onlara ağacların gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında, şirin meyvələrin üzərində rast gəlmək də olur. Onun birhüceyrəli növü çox qədim zamanlardan insanlar tərəfindən yetişdirilir və xəmir qıcqırmasında istifadə olunurdu. Təbiətdə şəkər olan mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır. Maya göbələyi birnüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Saprofit qidalanır. Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə sürətlə çoxalır. Bu zaman ana hüceyrə üzərində qabarcıqlar (tumurcuqlar) əmələ gəlir.
Qov göbələyi
Tırtıl göbələyi
Tırtıl göbələyi (lat. Ophiocordyceps sinensis) — Ophiocordycipitaceae fəsiləsindən göbələk növüdür, Kisəli göbələklər sinfinə aiddir. == İnkişafı == Tırtıl göbələyinə Tibet yaylasının dağlarında təxminən 4 km yüksəklikdə rast gəlinir. Əgər isti mövsümdə göbələyin sporu kəpənək növlərindən birinin (Hepialus armoricanus) sürfəsinə daxil olarsa, qışdan sonra vegetasiya dövrünün başlaması ilə bu spor cücərərək miselium - ota bənzəyən göbələk gövdəsi əmələ gətirir. Beləliklə, böyüyən göbələk öz böyüməsi üçün sürfənin qida maddələrindən istifadə edir. Tırtıl göbələyi (lat. Hepialidae) kəpənəyinin sürfələrində parazitlik edir. Sporlar göbələyin meyvə gövdəsindən küləklə yayılır və bu kəpənəyin tırtıllarında məskunlaşaraq onları yoluxdurur. Tırtıllar 3500-6000 metr hündürlükdə dağlara sürünərək qalxırlar, orada torpaqda gizlənirlər və tırtıllarda göbələklərin miseliumu inkişaf etməyə başlayır, sahibinin qida maddələrindən istifadə edir və onun ölümünə səbəb olur. Növbəti yay, tırtıldan göbələyin ota bənzər meyvə gövdəsi böyüyür.
Şam ağacı göbələyi
Matsutake (yap. 松茸, Şam ağacı göbələyi) Asiya, Avropa və Şimali Amerikada yetişən Maykorza göbələyinin ümumi adıdır.Yaponiyada onun fərqli ədviyyəli-aromatik iyi üçün dəyər verilir.Dünyada demək olar ki, yoxa çıxmış göbələk kateqoriyasına aiddir. Göbələyin nadir olması təbii şəraiti ilə bağlıdır. Həşəratlar göbələyi dərhal yeyib bitirir. == Yaşama yerləri və paylanması == Matsutake ağac altında yetişir və adətən meşə mərtəbəsində tökülmüş yarpaq və yararsız meşə tərəvəzləri(duff) altında gizli olunur.Matsutake Çin, Yaponiya, Koreya, Finlandiya və İsveçdə bitir.Yaponiyada ən çox Pinus densiflora ilə əlaqədardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.43 dəfə / 1 mln.
2004 •••••• 0.34
2006 •••• 0.23
2009 •••••••••••••••••••• 1.12
2010 •••••••••••• 0.64
2011 ••••••• 0.34
2012 ••••••••••• 0.60
2013 ••••••••••••• 0.73
2014 •••• 0.17
2017 •••••••••••••••••••• 1.14
2018 ••••••••••• 0.60
2019 ••••••••••••• 0.70

"göbələyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#göbələyi nədir? #göbələyi sözünün mənası #göbələyi nə deməkdir? #göbələyi sözünün izahı #göbələyi sözünün yazılışı #göbələyi necə yazılır? #göbələyi sözünün düzgün yazılışı #göbələyi leksik mənası #göbələyi sözünün sinonimi #göbələyi sözünün yaxın mənalı sözlər #göbələyi sözünün əks mənası #göbələyi sözünün etimologiyası #göbələyi sözünün orfoqrafiyası #göbələyi rusca #göbələyi inglisça #göbələyi fransızca #göbələyi sözünün istifadəsi #sözlük