* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Tünd-yaşıl, yamyaşıl; hər tərəfi yaşıl. Gömgöy parça. – Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov. Ortada gömgöy otlarda atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə. 2. zərf Soyuqdan, hirsdən göyərmiş. Hirsindən gömgöy olmaq. – İşləmiş qanına bu quduz şaxta; Qalın dodaqları gömgöy kəsilir. S.Vurğun. [Şamxalın] gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın. İ.Şıxlı. 3. is. Zərbə və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn tünd-göy ləkə. Qonşular hələ o vaxt deyirdilər ki, Minayənin üzü-gözü gömgöydür, cırıq-cırıqdır. Ə.Əbülhəsən. □ Gömgöy göyərmək – göy ləkələr əmələ gəlmək, bərk göyərmək. [Səriyyə:] Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib. C.Cabbarlı. Özü yoxsul balası, həm də qərib; Üz-gözü gör necə gömgöy göyərib. Ə.Vahid.
Azərbaycan dilinin izahlı lüğəti / gömgöy2 sif. Tünd-göy, tünd-mavi. Gömgöy paltar. – Buludsuz, açıq, şəffaf, gömgöy səma birdən-birə bulanır… M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / gömgöy2 1 прил. синий-синий, тёмно-синий, пресиний. Gömgöy dəniz синее-синее море, gömgöy səma синее-синее небо; gömgöy göyərmək (soyuqdan, hirsdən) посинеть (от холода, злости, от удара и т. п) 2 прил. 1. тёмно-зелёный. Gömgöy paltar тёмно-зелёная одежда 2. зелёный-зелёный (изобилующий травой, листвой) 3. поэт. зеленёхонький, зеленёшенький (очень зелёный). Gömgöy (yamyaşıl) meşələr зеленёшенькие леса
Azərbaycanca-rusca lüğət / gömgöy1 1. прил. вип-вили, мичӀи-вили, туьнт-вили; 2. нареч. вип-вили, вили; soyuqdan gömgöy olmaq мекьивиляй вип-вили хьун; 3. сущ. ягъуникай ва мс. бедендин са чкадал хьанвай мичӀи-вили леке; gömgöy göyərmək вип-вили хьун, вили лапанар хьун, вили хьун (бедендин са чка).
Azərbaycanca-ləzgicə lüğəti / gömgöy