gönlücə sözü azərbaycan dilində

gönlücə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gönlücə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gönlücə
Gönlücə (lat. Eptesicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Dağ gönlücəsi
Dağ gönlücəsi (lat. Eptesicus serotinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Ölçüləri iridir (kütləsi 15, 0 – 33,7 q, bədəninin uzunluğu 64,0 – 80,0 mm, bazusu 43.2 -58,0 mm). Qanadları enli və kütdür. Qəhvəyimtil-qonur rəngli xəzi hündürdür. == Yayılması == Arealı Şimali Afrikadan və Avropadan Cənub – Şərqi Çinə qədər uzanır. Azərbaycanda 2000 m hündürlüyə qədər hər yerdə yayılmışdır. == Yarımnövləri == Eptesicus serotinus andersoni Eptesicus serotinus isabellinus Eptesicus serotinus mirza Eptesicus serotinus pachyomus Eptesicus serotinus turcomanus == Yaşayış yeri və həyat tərzi == Bütün landşaftlarda rast gəlinir, ancaq meşələrə və ya onları əvəz edən bağlara daha çox bağlı olan çoxsaylı sinantrop növlərdən biridir. Qışdan başqa bütün mövsümlərdə tapılmışdır. Könlücənin məskunlaşma sıxlığı dəniz səviyyəsindən hündürlük və landşaft tipindən asılı olaraq dəyişir.
Qobi gönlücəsi
Qobi gönlücəsi (lat. Eptesicus gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. Əfqanıstan, Çin, Hindistan, Monqolustan, Pakistan və Rusiyada yayılmışdır. Rus zooloqu professor Nikolay Alekseyeviç Bobrinski ilk dəfə 1926-cı ildə Qobi səhrasında Altay dağlarından gələn bu heyvan nümunəsini təsvir etmişdir. == Təsviri == Bu yarasa bədən uzunluğu 57 ilə 65 mm arasında dəyişən, qolunun uzunluğu isə 38 ilə 42 mm arasında dəyişən olduqca kiçik bir hamarburunlar yarasası növüdür. Arxa hissəsində xəz qırmızı-sarı, tüklərinin dibi tünd qəhvəyi, içəri hissələrindəki xəz qəhvəyi ağ rəngdədir. Yarasanın üst çənəsinin daxili kəsici dişləri xarici hissədəki dişlərə nisbətən daha yüksəkdir. == Yayılması və yaşayış mühiti == Orta Asiyaya məxsus yerli heyvan növüdür. Bu yarasa növü Qazaxıstan, Əfqanıstan, Şimali Hindistan, Monqolustan və Cənubi Sibirdəki Tuvadan keçərək Şimali İrana qədər, Əlburz dağlarından Çinin şərqinə qədər yayılmışdır. Tipik olaraq səhra, yarımsəhra və dağ bölgələrində yaşayır.
Şimal gönlücəsi
Şimal gönlücəsi (lat. Eptesicus nilssonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Orta ölçülü növdür (kütləsi 8,0 – 14,5 q, bədəninin uzunluğu 50-60 mm, quyruğun uzunluğu 39-47 mm, qulaqların uzunluğu 12-15 mm, bazusu 37,5-43,0 mm-dir). Qulaqları nazik dərilidir. Qulağın qısa dəri çıxıntısının orta hissəsi enlidir. Qanadları nazik, ucları isə itidir. Xəzi sıx, nisbətən uzun və yumşaqdır. Bədənin üst hissəsində ikirəngli (qızılı çalarlı tünd qonur) alt hissəsidə noxudu bozdur. == Yayılması == Bütün Şimali Avroasiyada yayılmışdır. Arealın cənubunda hər yerdə nadirdir.

gönlücə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. зоол. кожан (род летучих мышей с несросшимися ушами). Dağ gönlücəsi горный кожан, ikirəngli gönlücə двухцветный кожан

    Azərbaycanca-rusca lüğət / gönlücə

Oxşar sözlər

#gönlücə nədir? #gönlücə sözünün mənası #gönlücə nə deməkdir? #gönlücə sözünün izahı #gönlücə sözünün yazılışı #gönlücə necə yazılır? #gönlücə sözünün düzgün yazılışı #gönlücə leksik mənası #gönlücə sözünün sinonimi #gönlücə sözünün yaxın mənalı sözlər #gönlücə sözünün əks mənası #gönlücə sözünün etimologiyası #gönlücə sözünün orfoqrafiyası #gönlücə rusca #gönlücə inglisça #gönlücə fransızca #gönlücə sözünün istifadəsi #sözlük