görünüş sözü azərbaycan dilində

görünüş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • görünüş • 96.3181%
  • Görünüş • 2.5037%
  • GÖRÜNÜŞ • 1.1782%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Görünüş (personaj)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. == Keçmişi == === Düzəldilməsi === Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
İzometrik görünüş
İzometrik görünüş (ing. isometric view, rus. изометрическое представление, türk. izometrik görünüm) – kompüter qrafikasında: fəza fiqurlarını və ya obyektlərini üç ölçüdə – hündürlük və enlə, ancaq dərinliklə verilə bilən perspektivi dəyişmədən göstərən təqdimolunma üsulu. Məsələn, kubun izometrik görünüşünü yaradan rəsm proqramı onun tərəfini dərinlik fərqi olmaqla hündürlüyünə və eninə birin-birə nisbətində göstərir; yəni uzun tərəflər perspektivdə olan görüntü kimi məsafə artdıqca qısalmır. İzometrik görünüşün üstünlüyü ondadır ki, görüntünün hər bir tərəfinin uzunluğu şəklin miqyasına nisbətdə həmişə “düzgün”, dəqiq olur. Tut: PERSPECTIVE VIEW. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görünüş və hiss
Görünüş və hiss (en. look and feel) – proqramların orijinallıq dərəcəsinin qiymətləndirilməsi prinsiplərindən biri. Qrafik istifadəçi interfeysinə (GUI) aid işlədilir və rəng, forma, maket, şrift (“görünüş”) kimi elementlər də daxil olmaqla onun dizaynına, eləcə də düymələr, sahələr, menyular (“hiss”) kimi dinamik elementlərin hərəkətinə baxışı əks etdirir. Görünüş və hiss başqa məhsullara da aiddir. Məsələn, sənədlərdə o, qrafik düzənə (LAYOUT) (sənədin ölçülərinə, rənginə, şriftinə və s.) və yazı üslubuna aiddir. Əməliyyat sisteminin istifadəçi interfeysində görünüş və hiss iki başlıca məqsədə xidmət edir. Birincisi, o, brendinqi təmin edir, yəni bir şirkətin məhsullarını müəyyən etməyə kömək edir. İkincisi, istifadənin asanlığını təmin edir, çünki bir məhsulun iş prinsipi (görünüşü, oxunuşu və s.) ilə tanış olan istifadəçilər öz təcrübələrini eyni görünüş və hissə malik başqa məhsullarda da istifadə edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bakı şəhərinin dənizdən görünüşü (şəkil)
Vereşagin tarixi şəhərlərin təsvirə böyük maraq göstərmişdir. 1951-ci ildə Moskvanın incəsənət fondunnan Azərbaycan Milli İncəsənət Muzeyinə təmənnasız şəkildə verilib. Şəhərin tarixi burda əksini tapıb, Bakı tədricən sənaye şəhəri olub və bu şəkildə qala divarlarının hüdudlarından kənarında yerləşən əlavə tikililəri görmək olar.
Cəngavərin görünüşü (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Timsah görünüşlü ət piroqu
Toledonun görünüşü
"Toledonun görünüşü" (isp. Vista de Toledo) — görkəmli İspan rəssamı El Qrekonun rəsm əsəri. Əsərin digər adı Toledoda tufandır (Toledo en una tormenta). Bu rəsm rəssamın qorunub saxlanılmış 2 mənzərə əsərindən biridir.
Toledonun görünüşü (El Qrekonun rəsmi)
"Toledonun görünüşü" (isp. Vista de Toledo) — görkəmli İspan rəssamı El Qrekonun rəsm əsəri. Əsərin digər adı Toledoda tufandır (Toledo en una tormenta). Bu rəsm rəssamın qorunub saxlanılmış 2 mənzərə əsərindən biridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.20 dəfə / 1 mln.
2004 ••• 0.67
2005 ••• 0.67
2006 •• 0.45
2007 ••• 0.85
2008 •••• 0.97
2009 ••••••• 2.08
2010 •••••••••••• 3.45
2011 ••••••••••• 3.17
2012 •••••• 1.63
2013 ••••••••••••• 3.65
2014 •••••••••••••••••••• 6.01
2015 •••••••• 2.38
2016 ••••• 1.39
2017 •••••• 1.79
2018 •••••••• 2.40
2019 •••••• 1.53
2020 •••• 1.19

görünüş sözünün leksik mənası və izahı

  • 1 is. Bir şeyin və ya adamın zahiri şəkli, görkəmi. Görünüşdən [Almurada] 50 yaş ancaq vermək olardı. İ.Əfəndiyev. Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / görünüş

görünüş sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 GÖRÜNÜŞ Muxtar bütün görünüşü ilə kişi idi (B.Bayramov); DİDAR (kl.əd.) Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma gəldi! (M.Ə.Sabir); GÖRKƏM Balacaboylu Vəli muzdurlar komitəsinin sədri olandan görkəmi də dəyişmişdi, adı da (M.İbrahimov); QIRIM (dan.) [Sadıq:] Mən elə dünən qırımından gördüm ki, bu qan-qan deyir (Anar); QİYAFƏT Bəhram: Əvvəl sən belə deyildin, mən səndən qaçırdım, amma indi başqa bir qiyafət almışsan (C.Cabbarlı); YÖNDƏM (dan.) İmaməli: Qıraqlarında desən, yenə bir yöndəmi var! (S.Rəhimov); YÖR-YÖNDƏM Pası: Qadam sənin yöründ-yöndəminə.. (S.Rəhimov); FASON (məc., dan.); KONFİQURASİYA, ZAHİR.

    Azərbaycan dilinin sinonimlər lüğəti / görünüş

görünüş sözünün rus dilinə tərcüməsi

görünüş sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (peysaj) view; öndən ~ front view; yandan ~ side view; ümumi ~ general view; 2. air, appearance, look; Onun görünüşü xoşagələn deyil He / She has a disagreeable appearance. There is a disagreeable air about him / her

    Azərbaycanca-ingiliscə lüğət / görünüş

görünüş sözünün fransız dilinə tərcüməsi

görünüş sözünün ləzgi dilinə tərcüməsi

görünüş sözünün türk dilinə tərcüməsi

"görünüş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#görünüş nədir? #görünüş sözünün mənası #görünüş nə deməkdir? #görünüş sözünün izahı #görünüş sözünün yazılışı #görünüş necə yazılır? #görünüş sözünün düzgün yazılışı #görünüş leksik mənası #görünüş sözünün sinonimi #görünüş sözünün yaxın mənalı sözlər #görünüş sözünün əks mənası #görünüş sözünün etimologiyası #görünüş sözünün orfoqrafiyası #görünüş rusca #görünüş inglisça #görünüş fransızca #görünüş sözünün istifadəsi #sözlük