Azaldılmış göstərişlər toplusuyla hesablama
Azaldılmış göstərişlər toplusuyla hesablama (ing. Reduced instruction set computing), RISC — nisbətən az sayda özəl göstərişlər toplusunun cəld və səmərəli yerinə yetrilməsinə yönəli mikroprosessor arxitekturası tipi. Prosessorun yalnız məhdud sayda sadə göstərişləri yerinə yetirə bilməsi hesabına belə mikroprosessorlu kompüter çox sürətli işləyir. Bu sadə göstərişlərdən daha mürəkkəb göstərişlər formalaşdırmaq mümkün olduğundan RISK prosessorları dar ixtisaslaşdırılmış olmur. Ancaq mürəkkəb göstərişlərin yerinə yetirilməsi zamanı RISK mikrosxemləri CISC mikrosxemləri ilə müqayisədə yavaş işləyir, çünki belə göstərişləri daha sadə göstərişlərə "bölmək" lazım gəlir.