Kabusun gözüylə (film, 2010)
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur.
== Mükafat və festivallar ==
24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı.
== Heyəti ==
Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur.
Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir.
== Təqdimatı ==
2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.