* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Gözəl adam və ya şeyin halı: qəşənglik, gözəşirinlik. Mənim tanrım gözəllikdir, sevgidir. H.Cavid. [Məmmədbağır] bütün ömrünü qadınların gözəlliklərini ölçməklə keçirmişdi. S.Hüseyn. Gülgəz bütün gözəlliyi və cazibədarlığı ilə [Səmədin] qarşısında dayanıb, sehrlənmiş kimi yerindən tərpənə bilmirdi. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / gözəllik2 ən yüksək estetik məziyyətli hadisələri səciyyələndirən estetik kateqoriya.
Fəlsəfə terminlərinin izahlı lüğəti / gözəllik3 GÖZƏLLİK (müxtəlif mənalarda) Gözəllik bəxşişdir; Bəxşişlə öyünməz insan (B.Vahabzadə); CAMAL (üz gözəlliyi) Gözümdən çəkilmir xəyalın sənin; O şirin gözlərin, camalın sənin.. (R.Rza); DİLRÜBALIQ Gözün hərçənd sahirdir, həbibim, dilrübalıqda (Qövsi); GÖYÇƏKLİK Zülfün üzünü tutsa da, göyçəkliyin artır; Zülmət gecələr olmasa, aydın səhər olmaz! (Ə.Vahid); HƏSƏNAT (kl.əd.) [Molla İbrahimxəlil:] Mən deyiləm məgər bir təqva sevən və həsənata .. vaqif olmuşam (M.F.Axundzadə); HÜSN Xoş havalarda artırmanın başqa hüsnü vardı (Çəmənzəminli); XUBLUQ (kl.əd.) Kərəm: Camalın xubluğu mat elər şahı.. (“Əsli və Kərəm”); QƏŞƏNGLİK, YARAŞIQ Cəmilənin sıx qara saçları .. sifətinə bir qəşənglik, bir yaraşıq verir (S.Rəhimov); LƏTAFƏT Bəhram: Planı sizin keçmiş lətafətiniz? (C.Cabbarlı); MƏLAHƏT Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı qadına məlahət verirdi (T.Ş.Simürğ); VƏCAHƏT (gözəl üz) Qəmərin vəcahəti ala gözlərində özünü toplamış, onun süzgün baxışlarında özünə yuva salmışdı (S.Rəhimov); YARAŞIQ Azər: Bu yaraşığın isə səndən asılı olmayaraq yaranmışdır (Ə.Kərim); ZİBALIQ Səni zibalıqda; Görməyən göz gözdürmü? (San Aşıq); ZÖVQ Nə xoş gəlib bu qış, bu qar; Qışın da başqa zövqü var (M.Dilbazi).
Azərbaycan dilinin sinonimlər lüğəti / gözəllik1 GÖZƏLLİK – ÇİRKİNLİK Gecələr hər şəhərə bir cür gözəllik gətirir (S.Sərxanlı); O inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikdir (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / gözəllik2 сущ. 1. красивость (внешняя красота, привлекательность); мнимая красота. Zahiri gözəllik внешняя красивость 2. красота: 1) красивая, привлекательная внешность. Təbii gözəllik природная красота, qadın gözəlliyi женская красота, gözəllikdən zövq almaq наслаждаться красотой, füsunkar gözəllik пленительная красота 2) всё красивое и прекрасное. Təbiətin gözəlliyi красота природы, çöllərin gözəlliyi красота полей, yazın gözəlliyi красота весны, kainatın gözəlliyi красота вселенной, həyatın gözəlliyi красота жизни; dünyanı gözəllik xilas edəcəkdir мир спасет красота (Достоевский) 3) свойство, качество красивого, прекрасного. Ruhi gözəllik душевная красота, mənəvi gözəllik нравственная красота, daxili gözəllik внутренняя красота; gözəllik vermək придавать, придать красоту; gözəlliklər aləmi мир красот
Azərbaycanca-rusca lüğət / gözəllik1 i. beauty; prettiness; grace; təbiətin gözəlliyi the charms / beauty of nature; ◊ Gözəllik ondur, doqquzu dondur at. söz. ≅ The tailor makes the man. Fine feathers make fine birds
Azərbaycanca-ingiliscə lüğət / gözəllik1 is. beauté f, splendeur f, harmonie f, majesté f ◊ ata. söz. ~ ondur, doqquzu dondur l’habit fait l’homme, la belle plume fait le bel oiseau
Azərbaycanca-fransızca lüğət / gözəllik