* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Daha da gözəl olmaq; qəşəngləşmək. Qız böyüdükcə gözəlləşir. – …Qız o qədər böyümüş və gözəlləşmişdi ki, gərək iki göz olub ona tamaşa eyləyəydi. E.Sultanov. Nigar böyüyür, böyüdükcə rəngi ağarır, gözəlləşirdi. S.Hüseyn. Züleyxa getdikcə gözəlləşirdi… C.Cabbarlı. // Daha da yaxşılaşmaq, qəşəngləşmək. Xətti getdikcə gözəlləşir. Kəndimiz ildən-ilə gözəlləşir.
Azərbaycan dilinin izahlı lüğəti / gözəlləşmək2 GÖZƏLLƏŞMƏK [Fərəc:] Əcəb gözəlləşmisən, Nazlıcan (Anar); GÖYÇƏKLƏŞMƏK Fərəc: Belə hüsn-camal olmaz, belə xətti-xal olmaz, hara belə göyçəkləşmisən (Anar); QƏŞƏNGLƏŞMƏK Sultanın gözlərində Nazlı olduqca qəşəngləşmiş və totuxlanmış göründü (S.Rəhimov); ZİBALANMAQ Ala gözlər nərgisi-məstanə tək şəhlalənir; Elə ki süzgünləşir, yüz mərtəbə zibalənir (M.P.Vaqif).
Azərbaycan dilinin sinonimlər lüğəti / gözəlləşmək1 GÖZƏLLƏŞMƏK – EYBƏCƏRLƏŞMƏK Düzlər ətirlənir baharla, yazla; Güllər, çiçəklər də gözəlləşibdir (H.Hüseynzadə); Onun dodaqları əsdi, eybəcərləşdi (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / gözəlləşmək2 глаг. хорошеть, похорошеть (становиться, стать красивее, приобретать, приобрести более привлекательный вид). Qız gözəlləşib девушка похорошела, şəhərimiz gündən-günə gözəlləşir город наш с каждым днём хорошеет; həyat gözəlləşir жизнь становится краше
Azərbaycanca-rusca lüğət / gözəlləşmək1 f. to become* / to grow* more beautiful, to improve (in appearance); (qız) to get* / to become* prettier; Bu qız günbəgün gözəlləşir This girl is getting prettier day by day
Azərbaycanca-ingiliscə lüğət / gözəlləşmək1 f. embellir vi ; Bu qız günbəgün gözəlləşir cette jeune fille embellit de jour en jour
Azərbaycanca-fransızca lüğət / gözəlləşmək